Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-335/2024 24.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər - Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 müştərək qaydada 15919.06 manat əsas, 2871.57 manat faiz və 911.75 AZN cərimə olmaqla, cəmi 19702.38 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 149.51 manat məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndasi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, cavabdehlər tərəfindən borc tam ödəndiyinə görə iş üzrə icraata xitam verilməsini, xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri göndərilmiş, lakin iddiaçının nümayəndəsi və cavabdehlər göstərilən tarixdə məhkəməyə gəlməmişlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlıq iclasında iddiaçının vəsatəti əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarıla bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. X1 Haqqında Azərbaycan Respublikasının qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün dövlət büdcəsinə 149.11 manat dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 149.11 (bir yüz qırx doqquz manat on bir qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 263- 264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Qərara a l d ı: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən “Hökümət ödəniş portalı” vasitəsilə dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 149.11 (bir yüz qırx doqquz manat on bir qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-yə geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun "xxxx" ASC-nə geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə ondan şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-335/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-335/2024
24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver