Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-345/2024 02.09.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X6 Cavabdeh Hidyət oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızıının katibliyi, iddiaçı X6 nümayəndəsi Vəkil iştirakı ilə, iddiaçı X6 Cavabdeh Hiidayər oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X9 Cavabdeh Hiidayər oğluna qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən cəmi 3700,0 manat məbləğində maddi vəsaitin indeksasiya nəzərə alınaraq 7114,6 manat dəyərində ekvivalenti və 94,0 manat dövlət rüsumu tutulub xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, Cavabdeh Hiidayər oğlunun ailə üzvlərinin mülkiyyətində olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2012-ci il tarixdə 2600,0 manat ödəməklə və 0024 M saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2015-ci il tarixdə 1100,0 manat ödəməklə X9 şifahi müqavilə əsasında satınalma yolu ilə əldə etmişdir. Cavabdeh Hiidayər oğlu müqaviləni torpağın pulunu almasına dair qəbzlə təsdiq etmiş və gələcəkdə alqı-satqı əməliyyatını notarial qaydada həyata keçirtməyi öhdəsinə götürmüşdür. Torpaq sahəsi həmin vaxtdan etibarən X1 olmala təyinatına uyğun şəkildə istifadə edilmiş və əlavə xərclər hesabına məhsuldarlığı artırmışdır. Ötən müddət ərzində torpaq sahəsinin qiymətində əhəmiyyətli artım olduğu üşün Cavabdeh Hiidayər oğlu torpaq sahəsinə dair X9 ilə bağladığı şifahi müqavilənin notarial qaydada təsdiq olunmasından imtina etmiş və torpaq sahəsini geri almışdır. Ona görə də, Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin satınalma yolu ilə əldə edilməsinə görə ödənilən cəmi 3700,0 manat məbləğində maddi vəsaitin indeksasiya nəzərə alınaraq 7114,6 manat dəyərində ekvivalenti və 94,0 manat dövlət rüsumu Cavabdeh Hiidayər oğlundan alınıb iddiaçı X6 xeyrinə ödənilməlidir. İşdə olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha, 0024 saylı planda yeri göstərilmiş 2,85 ha və 24 C saylı planda yeri göstərilən 0,64 ha ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-nin xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə Cavabdeh Hiidayər oğlu, X4, X10 və X7 ümumi birgə mülkiyyətinə verilmişdir. İşdə olan xx.xx.2012-ci il tarixli Qəbzin surətinə əsasən surətinə əsasən Cavabdeh Hiidayər oğlu özünə və ailə üzvlərinə məxsus olan Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ailə üzvlərinin razılığı ilə X3 ondan 2600,0 manat almışdır. İşdə olan xx.xx.2015-ci il tarixli Qəbzin surətinə əsasən surətinə əsasən Cavabdeh Hiidayər oğlu özünə və ailə üzvlərinə məxsus olan Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini X3 ondan 1100,0 manat almışdır. İşdə olan AR ƏN MEM tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 9/2875 saylı rəyə əsasən AR Dövlət Statistika Komitəsinin (stat.gov.az rəsmi internet səhifəsindən alınan məlumatlara əsasən) müəyyənləşdirdiyi istehlak qiymətləri indeksinə əsasən 94,1 % artım nəzərə alınmaqla 2012-ci ilin yanvar ayının 2600,0 manatının 2024-cü ilin yanvar ayına indeksasiyası 5.046,6 manat ( 2600,0 +94,1%) məbləğində; 88,0% artım artım nəzərə alınmaqla 2015-ci ilin yanvar ayının 1100,0 manatının 2024-cü ilin yanvar ayına indeksasiyası 2068,0 manat (1100,0 +88,0%) məbləğində müəyyən edilir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmədə təddqiq olunmuş sübutlara əssən müəyən edilmişdir ki, Cavabdeh Hiidayər oğlu ailə üzvlərinin mülkiyyətində olan JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2012-ci il tarixdə 2600,0 manata və 0024 M saylı planda yeri göstərilmiş Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsini xx.xx.2015-ci il tarixdə 1100,0 manata X8 şifahi müqavilə əsasında sataraq torpaq sahəsi faktiki surətdə X2 vermiş və sonradan torpaq sahəsinin özgəninkiləşdirilməsi haqqında razılaşmadan (şifahi müqavilədən) imtina edərək torpaq sahəsini geri almışdır. AR Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavlə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb -sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayonu Kürd kəndi ərazisində yerləşən JN 0024 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən 0024 M saylı planda yeri göstərilmiş 1,36 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin və 0024 saylı planda yeri göstərilmiş 2,85 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair X9 ilə Cavabdeh Hiidayər oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli və xx.xx.2015-ci il tarixli razılaşma ( şifahi müqavilə) notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır və əmlak əldə edilməsi üçün əsas olmadığından həmin müqavilə üzrə alınanlar geri qaytarılmalıdır. Manatın rəsmi devalivasiya nəticəsinə nominal dəyərini itirməsi və ötən müddətdə bazar qiymətlərində müşahidə edilən əhəmiyyətli artım nəticəsində real dəyəyərinin mütənasib qaydada azalması ilə əlaqədar X5 alınan pulun eyni ilə qaytarılması mümkün olmadığından əvəzində həmin məbləğin (2600+1100=3700,0) hazırkı bazar qiymətlərinə uyğun ekvivalenti (5046,6+2068,0=7114,60) Cavabdeh Hiidayər oğlundan tutulub iddiaçı X6 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 7114,60 (yeddi min bir yüz on dörd manat altmış qəpik) manat pul və 92,0 (doxsan iki) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-345/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-345/2024
02.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver