Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-36/2025 11.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: pulun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 126675,2 (bir yüz iyirmi altı min altı yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində borc, 28336,57 (iyirmi səkkiz min üç yüz otuz altı manat əlli yeddi qəpik) manat məbləğində faiz, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 446 (dörd yüz qırx altı) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdehdan tutulularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə elektron qaydada iddia tələbinin azaldılması barədə ərizə göndərərək, 108525,2 (yüz səkkiz min beş yüz iyirmi beş manat iyirmi qəpik) manat məbləğində borc, 25034,44 (iyirmi beş min otuz dörd manat qırx dörd qəpik) manat məbləğində faiz, 400 (dörd yüz) manat məbləğində hüquqi yardım xərci və 424 (dörd yüz iyirmi) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 05 oktyabr 2019-cu il tarixində cavabdehə 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat məbləğində borc vermişdir. Aralarında olan razılaşmaya əsasən cavabdeh aldığı borc məbləğini 9 (doqquz) ay müddətinə geri ödəməli imiş. Lakin buna baxmayaraq cavabdeh verdiyi borcdan 2019-cu ildə 1000 (bir min) manat, 2020-ci ildə 12000 (on iki min) manat, 2021-ci ildə 10000 (on min) manat və 2022-ci ildə 1500 (bir min beş yüz) manat məbləğində pulu ona geri ödəmişdir. Beləliklə də, borc verdiyi gündən bu günə qədər cavabdeh ümumilikdə ona 24500 (iyirmi dörd min beş yüz) manat məbləğində pul ödəmişdir. Borcun 9 (doqquz) ay müddətinə geri qaytarılmalı olmasına baxmayaraq üzərindən 5 (beş) ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh bu günə qədər borcunu tam şəkildə ödəməmişdir. Hazırda cavabdehin 126675,2 (bir yüz iyirmi altı min altı yüz yetmiş beş manat iyirmi qəpik) manat məbləğində borcu qalmışdır. Son iki il ərzində isə cavabdehlə əlaqə saxlamaq demək olar ki, mümkün olmamışdır. Əlaqə yarada bildikdə isə cavabdeh hər dəfə borcunu ödəyəcəyi vəd etsə də, bu günə qədər borclu olduğu məbləği ödəməmişdir. Bununla bağlı dəfələrlə aralarında danışıqlar aparılsa da, heç bir nəticə əldə etmək mümkün olmamışdır. Cavabdeh borcun ödənilməsini 5 (beş) il müddətində gecikdirdiyi üçün o, cavabdehdən öhdəliyin icrasının gecikdirildiyi müddət üçün illik beş faiz məbləğində pulun ödənilməsini də tələb etmək niyyətindədir. Borcun ödənilməsinin gecikdirildiyi bütün müddət üçün hesablanmış illik beş faiz 28336,57 (iyirmi səkkiz min üç yüz otuz altı manat əlli yeddi qəpik) manat təşkil edir. Beləliklə də faizlə birlikdə cavabdehin ümumi borcu 155011,77 (bir yüz əlli beş min on bir manat yetmiş yeddi qəpik) manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin azaldılması barədə ərizə nəzərə alınmaqla, iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, İddiaçı 2019-cu ilin sentyabr ayında onunla əlaqə saxlayaraq bildirmiş ki, onun təxminən 150.000 manat pulu var və həmin pulu aktiv investisiyada istifadə edərək gəlir əldə etmək istəyir. O isə Anara, qeyd olunan pulu investisiya edə biləcəyi bir neçə biznes təklif etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı 85700 ABŞ dolları və 1080 AZN pulu investisiya məqsədilə (borc olaraq yox) ona vermişdir. O, qeyd olunan pul vəsaitindən 45.000 ABŞ dollarını tanışı Laçın Məmmədova vermiş və o, həmin pulu Gürcüstanda olan biznesinə investisiya etmişdir. Bu barədə İddiaçı önəcədən həm məlumatı, həm də razılığı olmuşdur. Bu məqsədlə o, iddiaçının bacısı ilə yazılı müqavilə bağlamış, ancaq həmin müqavilə münasibətləri tam düzgün əks etdirmir. Yazılı müqavilədə qeyd edilənlərin əksinə İddiaçıla danışıqları sübut edir ki, göstərilən vəsait borc məqsədilə deyil, investisiya məqsədilə təqdim edilmişdir. Buna görə də o, 45.000 ABŞ dollarını investisiya məqsədilə Laçın Məmmədova vermiş, sonuncu isə həmin məbləği Gürcüstandakı biznesinə yatırım etmişdir. Eyni zamanda yazılı müqavilədə göstərilənlərdən fərqli olaraq əsas məbləğin 9 ay müddətinə yox, 7 il müddətinə şərtli qaytarılması nəzərdə tutulmuşdur. Qeyd olunan razılaşma ilə bağlı İddiaçı aylıq 1000 ABŞ dolları da ödənilmişdir. Daha sonra X1 biznesi bağlanmış və onun yatırdığı pullar batmışdır. Bununla bağlı Laçın Məmmədov məhkəməyə müraciət etmiş və ona dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmə qətnaməsi mövcuddur. X4 şahid kimi iştirak edərək bunu təsdiq edə bilər. İddiaçı aldığı və Laçın Məmmədova verdiyi məbləğdən geri qalan məbləği isə başqa bir biznesə yatırmışdır. Ancaq pandemiya dövrünə təsadüf etdiyindən işlər gözlədiyi kimi alınmamışdır. Nəticədə direktoru və təsisçisi olduğu şirkət "xxxx" MMC adından "X6" MMC-yə qarşı pul tələbinə dair Bakı Kommersiya Məhkəməsində iddia qaldırmış və hakim Leyla Əliyevanın xx.xx.2022-ci il tarixli, e-2-2(113)-448/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin olunaraq 77242 manat vəsait cavabdehdən tutulmuşdur. Ancaq bugünədək məhkəmə qətnaməsi icra olunmamışdır. Məlumat üçün onu da bildirmək istəyir ki, o, özü sahibkar kimi fəaliyyət göstərir. İddiaçı qeyd olunan məbləği aldığı dövrdə (2019-cu il) onun istər vergi borcu, istər banklara kredit borcu və başqa heç bir borcu olmamışdır. Bir sözlə, onun İddiaçı puluna ehtiyacı olmamışdır. Anar ondan pulunun passiv qalmaması üçün investisiya edilməsini xahiş etmişdir. O da Anarın adından, onun tapşırığı ilə pul vəsaitini şəriklik (investisiya) məqsədilə bir neçə yerə yatırmışdır. Həmçinin iddiaçının onunla telefonla əlaqə saxlaya bilməməsi tam yalandır. Telefonunda olan votsap tətbiqindəki səsyazı və yazışmalarla bunu tam sübut edə bilər. Onunla İddiaçı arasında olan bağlanmış müqavilə borc yox, şəriklik-tapşırıq müqaviləsi kimi qiymətləndirilməlidir. Çünki iddiaçı ilə aralarındakı danışıqlar, yəni iddiaçının səs yazıları və yazışmaları sübut edir ki, o pul vəsaitini ona borc məqsədilə deyil, yatırım edərək qazanc əldə etmək məqsədilə vermişdir. Buna görə də iddiaçı və cavabdeh arasında şəriklik-tapşırıq münasibətləri qurulmuşdur. Yazılı borc müqaviləsi isə yalan əqdin pərdələyən əqdi olduğuna görə etibarsızdır və əsl əqd, yəni pərdələnən əqd üzrə hüquqi nəticə əsas götürülməlidir. Aralarındakı danışıqlardan görünür ki, iddiaçı pul vəsaitinin investisiyası məqsədilə ondan məsləhət alır və ona bir neçə biznes təklif edir. Daha sonra isə ona tapşırıq verir ki, pulu investisiya etsin. Onun pul vəsaitinin bir hissəsini dostu laçın Məmmədova təqdim etməsi barədə də iddiaçı öncədən məlumatlı və razı olmuşdur. Bu halda o, iddiaçıya münasibətdə tapşırıq alan Laçın Məmmədova münasibətdəisə səlahiyyətli nümayəndə kimi çıxış edir. Bu müddət ərzində sözügedən şifahi müqavilə əsasında, Laçın Məmmədovla iddiaçı arasında onun vasitəsilə şəriklik münasibəti qurulmuşdur. Səs yazılarından da göründüyü kimi pul vəsaitləri borc məqsədilə deyil, investisiya (şəriklik) məqsədilə təqdim edilmişdir. Eyni zamanda göstərmişdir ki, iddaçı tərəf iddia həcmini azaltsa da, onun etdiyi ödənişlər tam olaraq nəzərə alınmamışdır. Hesab edir ki, xeyli ödənişlər etməsinə baxmayaraq iddiaçı ondan yenə də çox pul tələb etməkdədir. İddiaçıdan 150000 manat pul almış və həmin pulun hamısını iddiaçıya qaytaracaqdır. Bunun nəticəsidir ki, iddiaçıya pulun bir hissəsini geri qaytarmışdır. Lakin hal-hazırda iddiaçının ondan tələb etiyi əsas borc məbləği ilə və faiz borc məbləği ilə razı deyildir. Hesab edir ki, onun etdiyi ödənişlər tam nəzərə alınmamışdır. Məhkəmə iddiaçının vəkilinin və nümayəndəsinin və cavabdehlərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2019-cu il tarixdə yazılmış və Cavabdeh, İddiaçı və X3 tərəfindən imzalanmış iltizamda göstərilmişdir ki, “Mən Cavabdeh yazıb təsdiq edirəm ki, həqiqətən də dostum İddiaçı 05 oktyabr 2019-cu il tarixində 87 600 (səksən yeddi min altı yüz) dollar və 1 080 (bir min səksən) manatı borc olaraq 9 aylıq müddətə götürmüşəm. Bu məbləğə o razılıqla verilib ki, bu məbləğin 45 000 (qırx beş min) dolları 9 ay müddətinə tanışım Məmmədov Laçın … oğluna Gürcüstandakı layihəsinə verilir və o, bunun müqabilində hər ay 975 $ ödəniş edir və bu məbləğin hamısını İddiaçı verilir. 9 ayın sonunda borc götürülən məbləğ dollar olaraq geri qaytarılır. Məbləğin qalan hissəsini isə yəni 42600 (qırx iki min altı yüz) dolları və 1080 (bir min səksən) manatı mən öz şəxsi biznesimin inkişafı üçün gəlirdən heç bir ödəniş etməmək şərti ilə borc olaraq 9 aylıq götürürəm. Sonda mənə aid olan hissənin dollar məbləğini 1.702 məzənnə ilə geri qaytarıram. Bütün məbləğlərin tam olaraq qaytarılmasını 9 ayın sonunda öz öhdəliyimə götürürəm və girov olaraq adımda olan istənilən mülk və şəxsi bizneslərimdə olan payımı qoyuram.” Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.1-ci maddəsinə əsasən Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 445.7-ci maddəsinə əsasən Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasənborc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 777.1-ci maddəsinə əsasən Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.2-ci maddəsinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 783.2-ci maddəsinə əsasən Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı cavabdehə ümumilikdə 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat borc verdiyini, cavabdehin həmin məbləğdən 24500 (iyirmi dörd min beş yüz) ABŞ dollarını qaytardığını, qalan borcunu qaytarmadığını, iddia tələbinin əsası kimi cavabdeh tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli iltizamı əsas gətirir. Cavabdeh isə iddia tələbini qismən qəbul edərək iddiaçıdan həmin pulu borc məqsədi ilə almadığını, 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat pulu yatırım edərək qazanc əldə etmək məqsədilə aldığını, həmin puldan 27100 (iyirmi yeddi min yüz) ABŞ dollarının ödənildiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 87600 ABŞ dolları və 1080 manat borc pul verdiyini iddia etdiyi üçün bu halda birincisi, 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun borc məqsədilə cavabdehə verilib-verilməməsi, ikincisi borcun verilməsi sübuta yetirildiyi halda, borc müqaviləsinin qanuna uyğun bağlanıb-bağlanmaması akpektindən çıxış edərək mübahisəyə hüquqi qiymət verilməlidir. Birinci aspektlə bağlı məhkəmə bildirir ki, borc müqaviləsinin anlayışını verən MM-nin 739.1-ci maddəsinin mənasına görə borc verən tərəfindən pulu və ya digər əvəz edilən əşyaları mülkiyyət hüququnun borcluya keçirilməsi borc müqaviləsinin bağlanmasının əsas şərtidir. Mülkiyyət hüququnun keçirilməsi isə pulun və ya digər əvəz edilən əşyaların borc alana faktiki olaraq, yaxud tərəflərin razılaşmasına uyğun formada verilməsi ilə mümkün ola bilər. Hazırki işdə İddiaçı cavabdehə ümumilikdə 87600 (səksən yeddi min altı yüz) ABŞ dolları və 1080 (bir min səksən) manat pul verməsini Cavabdeh imzaladığı xx.xx.2019-cu il tarixli iltizası ilətəsdiq etməkdədir. Həmin iltizamın Cavabdeh tərəfindən imzalanmaması isə cavabdehin tərəfindən mübahisələndirilməmiş, əksinə cavabdeh həmin iltizamı imzalanmasını məhkəmə iclasında etiraf etmişdir. Cavabdeh 87600 ABŞ dolları və 1080 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən borc qismində deyil, iddiaçının pulu yatırım edərək qazanc əldə etmək məqsədilə verdiyini bildirsə də, bu halı təsdiq edəcək sübutları təqdim edə bilməmiş, əksinə, Cavabdeh tərəfindən imzalanmış iltizamda tez-tez borc ifadəsindən istifadə etmiş, pulu öz şəxsi biznesini inkişaf etdirmək üçün borc məqsədi ilə aldığını etiraf etmişdir. Bundan başqa, cavabdehin bildirdiyi kimi 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun iddiaçının pulu yatırım edərək qazanc əldə etmək məqsədilə verildiyi təqdirdə, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 87600 ABŞ dolları və 1080 manat məbləğində pul cavabdehə borc məqsədi ilə fiziki olaraq nağd qaydada verilməklə iddiaçı pula olan mülkiyyət hüququnu cavabdehə faktiki olaraq keçirmiş, sonradan cavabdeh müəyyən qədər ödənişlər etmiş və həmin pulun müəyyən hissəsi ödənilməmiş qalmışdır. 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun verilməsi ilə bağlı müqavilənin etibarlılıq (qanuna uyğun bağlanıb-bağlanmaması) məsələsinə münasibətdə isə məhkəmə qeyd edir ki, 87600 ABŞ dolları və 1080 manat məbləğində pul borc məqsədilə cavabdehə verilmiş, başqa sözlə, həmin məbləğdə pulun cavabdehə borc verilməsi faktı baş vermişdir. Lakin Mülki Məcəllənin 739-cu maddəsinin məzmununa görə borcun məbləği 3000 manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmənin qənaətinə görə qanunla müəyyən edilmiş yazılı formaya əməl edilməməsi nəticəsində 87600 ABŞ dolları və 1080 manat məbləğində pulun verilməsi faktını özündə əks etdirən hüquqi nəticə baş vermişdir. Lakin bu hüquqi nəticənin etibarlı borc müqaviləsi statusuna gətirən qanuni əsas, yəni yazılı borc müqaviləsinin bağlanmaması qeyd edilən hüquqi nəticəni etibarsız etmişdir. Məcburi forması göstərildiyi halda, müqavilənin həmin formada bağlanmamasının onun etirbasız əqd olması ilə nəticələnməsi isə qanunun imperativ tələbidir. Belə ki, Mülki Məcəllənin 329.1-ci maddəsinə görə əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Lakin borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilməməsi onun predmeti olan pulun qaytarılmamasını istisna etmir. Belə ki, Mülki Məcəllənin 337.5-ci maddəsində etibarsız əqdlər üzrə əldə edilənlərin qaytarılmasının hüquqi əsasları nəzərdə tutulmuşdur. Məhkəmə iddia tələbinin əsas borca aid hissədə qismən təmin edilməsi ilə bağlı qeyd edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iş materiallarına əlavə edilmiş iltizamla iddiaçının cavabdehə 87600 ABŞ dolları və 1080 manat borc verməsi işin mübahisəsiz halıdır və bu halı cavabdehdə qəbul etməkdədir. Lakin cavabdeh iddiaçıya müəyyən qədər ödənişlər etdiyini bildirmiş, iddiaçı tərəf isə iddia ərizəsində cavabdeh tərəfindən 24500 (iyirmi dörd min beş yüz) manat ödənilməsini qeyd etsə də, məhkəmə araşdırması zamanı 24500 manat deyil, 24500 ABŞ dollarının cavabdeh tərəfindən ödənildiyini qeyd etmiş və bu səbəbdən iddia tələbini azaltmışdır. Cavabdeh isə məhkəmədə iddiaçıya 24500 ABŞ dolları deyil, 27100 ABŞ dolları ödədiyini qeyd etmiş, iddiaçının vəkili və nümayəndəsi isə həmin məbləğlə razılaşmış və həmin hissədə mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Göründüyü kimi iddiaçı cavabdehin 24500 ABŞ dolları ödəməsini nəzərə alaraq cavabdehdən 108525,2 manat borc tələb etmişdir. Məhkəmə zamanı isə cavabdehin ödədiyi məbləğin 27100 ABŞ dolları olması ilə razılaşmışdır. Belə olduğu təqdirdə 27100 ABŞ dolları (27100 X 1,70) qətnamə çıxarılan günə manatla hesablanan zaman 46070 manat edir. 24500 ABŞ dolları isə (24500 x 1,70) qətnamə çıxarılan günə manatla hesablanan zaman 41650 manat edir. Bu halda 46070-41650=4420 manat fərq iddiaçının tələb etdiyi 108525,2 manatdan çıxıldıqda yerdə qalan məbləğ 104105,2 manat edir ki, həmin məbləğdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının faiz borcu tələbi ilə bağlı məhkəmə bildir ki, iddiaçı faiz borcunu məhz MM-in 445.7-ci maddəsinə əsasən tələb etdiyinə görə tələb həmin hissədə rədd edilməlidir. Belə ki, MM-nin 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Hazırkı halda tərəflər arasında olan iltizamda (razılaşmada) cavabdeh 87600 ABŞ dolları və 1080 manat borcu 1.702 məzənnə ilə geri qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı isə cavabdehdən pulu həmin məzənnə ilə tələb etmək hüququnun olmasına baxmayaraq bu hüququndan istifadə etməmişdir. Belə olduğu təqdirdə isə iddia tələbi gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsi hissəsində əsassız olduğundan təmin edilməməlidir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, borc müqaviləsinin qanunla müəyyən edilmiş forma və məzmununa riayət edilmədiyindən, yəni borc müqaviləsi etibarlı olmadığından da iddia tələbi həmin hissədə təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində iddiaçı ilə aralarında olan münasibətlərin tapşırıq müqaviləsindən irəli gəldiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd edir ki, Tapşırıq müqaviləsi bir qayda olaraq əvəzsiz əqddir. Vəkalət verən yalnız vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Tapşırıq müqaviləsinə zərurət o halda yaranır ki, mülki hüquq subyektləri müəyyən üzrlü səbəblərdən şəxsən əqd bağlaya və digər hüquqi əhəmiyyətli hərəkətləri edə bilmirlər. Bu halda onlar səlahiyyətli nümayəndə vasitəsi ilə həmin hərəkətləri həyata keçirirlər. Buna görə də tapşırıq müqaviləsi nümayəndəlik və etibarnamə institutları ilə sıx bağlıdır. Bir qayda olaraq tapşırıq müqaviləsinin bağlanması ilə bərabər etibarnamə də verilir, çünki vəkalət alanın etməli olduğu elə hərəkətlər olur ki, bu hərəkətləri etibarnaməsiz həyata keçirmək mümkün olmur. Hal-hazırda işin araşdırılan halları ilə iddiaçı və cavabdeh arasında tapşırıq müqaviləsinin şərtlərinin olmadığı müəyyən edilməkdədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı halda iddia tələbi qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq iddia verilən zaman ödənilmiş 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manatdövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 400 manat xərcin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 104.105,2 (yüz dörd min yüz beş manat iyirmi qəpik) manat məbləğində pul, 400 (dörd yüz) manat vəkil xidmət haqqı və 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manat dövlət rüsumu alınaraq İddiaçıödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 104.105,2 (yüz dörd min yüz beş manat iyirmi qəpik) manat məbləğində pul, 400 (dörd yüz) manat vəkil xidmət haqqı və 394,11 (üç yüz doxsan dörd manat on bir qəpik) manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-36/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-36/2025
11.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver