Məhkəmə qərarları › İş №e-2(025)-362/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-362/2024

29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-362/2024 29.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X2 vərəsəsi Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X2 vərəsəsi Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyət cavabdeh (mərhum) X2 vərəsəsi Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 12 aprel 2021-ci il tariхli, 109804-845291\4 nömrəli krеdit müqaviləsi üzrə 5100 manat məbləğində əsas bоrc və 95.82 manat faiz borcu оlmaqla, ümumilikdə 5195.82 (beş min bir yüz doxsan beş manat, səksən iki qəpik) manat və 72.36 (yetmiş iki manat, otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X6 arasında bağlanmış 12 aprel 2021-ci il tariхli, 109804-845291\4 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 5100 (beş min bir yüz) manat məbləğində krеdit vеrilmişdir. X6 12 may 2021-ci il tarixdə vəfat etmişdir. X2 vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X4 dair xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X2 vərəsəsi kimi arvadı Cavabdeh tanınmış və bu barədə 03 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən Cavabdeh miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs., İnşaatçılar küçəsi, 145, M7, mənzil 4dən tam hissədə pay almışdır. Bundan sonra X2 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin banka olan borc ödənilməmişdir. 09 yanvar 2024-cü il tarixinə kredit müqaviləsi üzrə 5100 manat məbləğində əsas bоrc və 95.82 manat faiz borcu оlmaqla, ümumilikdə 5195.82 (beş min bir yüz doxsan beş manat, səksən iki qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işlərin çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC ilə X6 (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan 109804-845291/4 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 5100 (beş min bir yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 109804-845291/4 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən hazırlanmış ödəniş cədvəlindən görünür ki, borcalan X6 5100 manat məbləğini illik 20%-lə, 36 ay müddətinə aylıq 189,53 manat, sonuncu ay isə 189,75 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixə 109804-845291/4 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5100 manat əsas borc, 95.82 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-İİ seriyalı, 187762 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X6 “dəqiqləşdirilməmiş koma, beyin ölümü” xəstəliyindən xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 433 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X1 tarafindən təsdiq edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə”-nin surətindən görünür ki, Cavabdeh X2 əmlakdan tam hissədə pay almış vərəsəsidir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh xx.xx.2024-cü il tarixdə ünvanladığı xəbərdarlıq məktubunun surətindən görünür ki, "xxxx" ASC-nin X6 arasında bağlanmış 109804-845291/4 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 5100 manat məbləğində nəğd kredit verilməsi nəzərinə çatdırılmaqla həmin kredit müqaviləsi üzrə yaranmış 5100 manat məbləğində əsas borcun və 95.82 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. Bildirişdə borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ona bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mülki işin materiallarından göründüyü kimi, "xxxx" ASC ilə X6 arasında bağlanan 109804-845291/4 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 5100 (beş min yüz) manat məbləğində nəğd kredit verilmişdir. X6 “Dəqiqləşdirilməmiş koma, beyin ödemi” xəstəliyindən xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mülki işin materialları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 adına açılmış xx.xx.2023-cü il tarixli vərəsəlik işi üzrə Cavabdeh onun vərəsəsidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, X2 xx.xx.2024-cü il tarixə 109804-845291/4 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 5100 manat əsas borc, 95.82 manat məbləğində faiz borcu vardır. Buna görə də "xxxx" ASC Cavabdeh xx.xx.2024-cü il tarixdə “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş” ünvanlayaraq "xxxx" ASC ilə X6 arasında bağlanmış 109804-845291/4 nömrəli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə hesablanmaqla 5100 (beş min bir yüz) manat məbləğində nəğd kredit verilməsi nəzərinə çatdırılmaqla həmin kredit müqaviləsi üzrə yaranmış 5100 manat məbləğində əsas borcun və 95,82 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. Bildirişdə borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında bigrə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qanunvericiliyin şərh olunan müddəalarını və işin məlum hallarını sistematik təhlil edərək və nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi X2 vərəsəsi olan, hazırkı iş üzrə Cavabdeh münasibətdə qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum X2 vərəsəsi Cavabdehdır. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından (mərhum) X2 vərəsəsi Cavabdeh kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyır və 109804-845291/4 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ondan tutulmalıdır. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 72.36 (yetmiş iki manat otuz altı qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12 aprel 2021-ci il tariхli, 109804-845291\4 nömrəli krеdit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5100 manat əsas borc və 95,82 manat faiz borcu olmaqla, cəmi 5195,82 (beş min bir yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində kredit borcu və 72,36 (yetmiş iki manat otuz altı qəpik) manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 12 aprel 2021-ci il tariхli, 109804-845291\4 nömrəli krеdit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5100 manat əsas borc və 95,82 manat faiz borcu olmaqla, cəmi 5195,82 (beş min bir yüz doxsan beş manat səksən iki qəpik) manat məbləğində kredit borcu və 72,36 (yetmiş iki manat otuz altı qəpik) manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar