Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-364/2025 10.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbi barədə iddia qaldıraraq, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 03 iyul 2023-cü il tarixli 334387-CNS- 46334 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2025-ci il tarixə Banka borclu olduğu 2.162,08 (iki min bir yüz altmış iki, 08) manat məbləğində əsas borc, 88,52 (səksən səkkiz, 52) manat məbləğində faiz borcu, 69,60 (altmış doqquz, 60) manat məbləğində cərimə, ümumilikdə isə 2.320,20 (iki min üç yüz iyirmi, 20) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 43,20 (qırx üç, 20) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 03 iyul 2023-cü il tarixli 334387-CNS-46334 saylı“Kredit borcunun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 334387-CNS-28386 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 2.239,52 (iki min iki yüz otuz doqquz, əlli iki qəpik) manat məbləğində borcu illik 11 (on bir) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.162,08 (iki min bir yüz altmış iki, səkkiz qəpik) manat məbləğində əsas borc, 88,52 (səksən səkkiz manat əlli iki qəpik) manat məbləğində faiz borcu, 69,60 (altmış doqquz manat altmış qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 2.320,20 (iki min üç yüz iyirmi manat iyirmi qəpik) manat məbləğində borcu qalmışdır. İşdə olan 03 iyul 2023-cü il tarixli 334387-CNS-46334 saylı “Kredit borcunun restrukturizasiya” müqaviləsinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli 334387-CNS-28386 saylı kredit müqaviləsi üzrə Banka xx.xx.2023-cü il tarixə mövcud olan borcu kapitallaşdırılmış və o, 2.239,52 (iki min iki yüz otuz doqquz, əlli iki qəpik) manat məbləğində borcu illik 11 (on bir) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 2239.52 manat məbləğində krediti 771.23 manat faizlə birlikdə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2028-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixinə 2162.08 manat əsas borc, 88.52 manat faiz vorc və 69.60 manat cərimə borcu olmaqla, cəmi 2320.20 manat borcu vardır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən şəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, “Bank VTB (Azərbaycan)) ASCnin xeyrinə Cavabdeh 2162.08 manat əsas borc, 88.52 manat faiz borc, 69.60 manat məbləğində cərimə və 43.20 manat dövlət rüsumu tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 2162.08 manat əsas borc, 88.52 manat faiz borc, 69.60 manat cərimə olmaqla, ümumilikdə 2320.20 manat borc və 43.20 manat dövlət rüsumu tutulub kreditor İddiaçı ASC-nin hesabına xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-364/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-364/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver