Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-370/2022 28.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrə son qoyulması, dəymiş maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və X1 nümayəndəsi Nümayəndə1 və İddiaçı4 nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrə son qoyulması, dəymiş maddi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İşin halları İddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, maneələrə son qoyulması, dəymiş maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli ÇİXARİŞ-a əsasən iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və Cavabdeh1 Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 xeyrinə 32.825 manat dəymiş ziyanın və 187,5 (yüz səksən yeddi manat 50 qəpik) manat dövlət rüsumunun alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlər 6 ildən çox bir müddət onlara məxsus olmuş fındıq bağını mənimsəyərək onun məhsulunu yığmış və onları bu illər ərzində həmin bağa içəri daxil olmağa qoymamışdılar. Belə ki, cavabdehlər özləri də başqa məhkəmə iclasında etiraf edirlər ki, bu bağ sahəsini 6 ildən çoxdur ki, fındığını yığırlar. Bunu da yalandan onunla əsaslandırılar ki, guya bağı onlar salıblar və bağın bəhrəsini də özləri götürürlər. Lakin bu heç də belə deyil. Cavabdehlər dəfələrlə onlara bağdan istifadəyə maneələrin son qoyulması və fındığın bağdan yığılmasına son qoyulması barədə xəbərdarlıq edilmələrinə baxmayaraq bu illər ərzində yenə də etdiklərini edirlər. Bir il qabaq belə Nümayəndə2 iddiası üzrə maneələrə son qoyulması və həmin bağdan onların çıxarılması barədə məhkəmə işi getməsinə baxmayaraq və bununla bağlı məhkəmə qətnaməsi olmasına baxmayaraq 2021-ci ilin avqust sentyabr ayında yenə məhsulu gəlib özləri yğımışdılar. Bununla bağlı polisə də müraciət olunmuşdur. Polis mülki məsələ olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Göründüyü kimi cavabdehlər məhkəmə qətnaməsi olmasına baxmayaraq yenə də 2021-ci ildə fındığın ən bol olduğu ildə məhsulu yığıb mənimsəmişdilər. Həmçinin cavabdehlər bugünədək də həmin torpaq sahəsindən çıxarılmırlar. Cavabdeh1 ilə bərabər həmçinin indi Cavabdeh2 də onlara maneçilik törədir və fıdığı yığır. Sonuncu dəfə hər ikisi bağ sahəsində olmuşdular. Cavabdehlər yuxarıda qeyd eidlən məhkəmə iclasında etiraf etmişdir ki, “bəli o, 6 ildən çox müddətdir ki, həmin bağ sahəsində olan fındıqları yığmış və özünə götürmüşdür. Cavabdehlərə olan sual cavabda da bunları etiraf etmiş və məhkəmə iclasının protokoluna bu qeyd edilmişdir. Bunların artıq sübut olunmasına ehtiyac yoxdur. Hazırda cavabdehlər bu halı özü etiraf etdiyindən artıq məhkəmədə yalnız həmin bağ sahəsindən cavabdehlər tərəfindən nə qədər məhsul yığılmasının sübuta yetirilməsi hissəsi qalmışdır. Bununla bağlı məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Qəbələ Bazarından və Qəbələ rayon Statistika İdarəsindən aldığı və məhkəməyə hazırda təqdim etdiyi sənədlərdən göründüyü kimi illər üzrə fındığın qiyməti və həmçinin 1 ha fındıq bağından yığılan məhsulun orta ststistik məlumatı mövcuddur. Həmin sənədlərə əsasən cavabdehlər tərəfindən 6 il ərzində 10.100 kq məhsul yığılmışdır. Həmin illər ərzində orta qiyməti 3.25 manat olmaqla cavabdeh tərəfindən ümumilikdə 10.100 kq * 3.25 manat 32.825 manat məhsul yığılmış və mənimsənilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3 və X1 nümayəndəsi Nümayəndə1 iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı4 nümayəndəsi Nümayəndə2 iddia tələblərini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia əsl həqiqəti əks etdirmədiyi üçün, əsassız, qanunsuz olduğu üçün iddiaya etirazını bildirir və etirazını aşağıda göstərdiklərində əsaslandıraraq, hesab edir ki, iddia tamamilə rədd edilməlidir. İddiaçılar ərizədə göstərdikləri fərziyyələri və uydurmaları ilə öz tələblərini həyata keçirməyə cəhd edirlər. Onların ərizədə göstərdikləri həqiqətə uyğun olmayan əsassız və qanunsuz tələblərinin hər birinə ayrılıqda aydınlıq gətirməyi və Məhkəmənin nəzərinə çatdırmağı zəruri hesab edir. Belə ki, 1. İddia ərizəsindən sitat: - “cavabdehlər 6 ildən çox bir müddət bizə məxsus olmuş fındıq bağını mənimsəyərək onun məhsulunu yığmış və bu illər ərzində həmin bağa içəri daxil olmağa qoymamışdılar, - “cavabdehlər özləri də başqa məhkəmə iclasında etiraf edirlər ki, bu bağ sahəsini 6 ildən çoxdur ki, fındığını yığırlar”; - “Bunu da yalandan onunla əsaslandırırlar ki, guya bağı onlar salıblar və bəhrəsini də özləri götürürlər. Lakin bu heç də belə deyil. - “Cavabdehlər dəfələrlə onlara bağdan istifadə maneələrin son qoyulması və fındığın bağdan yığılmasına son qoyulması barədə xəbərdarlıq edilmələrinə baxmayaraq bu illər ərzində yenə bildiklərini edirlər”; - “Bunula bağlı tərəfimizdən polisə də müraciət olunmuşdur. Polis mülki məsələ olduğuna görə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir”;- “Cavabdeh1 ilə bərabər həmçinin indi Cavabdeh2 də bizə maneçilik törədir və fındığı yığır. Sonuncu dəfə hər ikisi bağda olmuşlar.”; İddiaya etirazın əsası: Əvvəcə onu bildirir ki, həmin torpaq sahəsi kiməsə məxsusdur. Lakin, həmin torpaq sahəsində şəxsən özüm və təkcə əkib-becərdiyi 167 (yüz altmış yeddi) ədəd bar verən fındıq ağacları ona məxsusdur, şəxsi mülkiyyətidir. Həmin torpaq sahəsindən o, 6 il yox, 32 ildir istifadə edirəm və ilk gündən bu günə qədər ondan və ailə üzvlərindən başqa heç kim, heç vaxt həmin sahədə nə bir qarış torpağı daşdan-kəsəkdən təmizləməyib, nə də bir ağac əkməyib, su verməyib, qulluq etməyib.. Həmin fındıq bağı salmış olduğu 1 hektar sahə, ötən əsrin 90-cı illərinə kimi, Qəbələ rayonunun keçmiş Xanlar adına kolxoz təsərrüffatının tütün bitkisi əkilən 10-15 hektarlıq ərazinin bir hissəsi olmuşdur və həmin sahə Mirzəbəyli kəndin keşmiş sakini, Xanlar adına kolxozun üzvü, milliyətcə udin olan Ərütünov İvan adlı şəxsin öhdəsində olmuşdur. 1990-cı ildə respublikada yaranmış milli münaqişə səbəbinə Ərütünov ailəsi ilə kəndi həmişəlik tərk etmişdir. Həmi vaxt kolxoz rəhbərlərinin tövsiyyəsi ilə, o, baxımsız qalmış tütün sahəsinin bir hektar hissəsini əkib-becərməyi qərara aldı. İlk əvvəl, həmin sahəyə ipəkçilikdə istifadə edilən gər (çəkil) ağacları əkdim. Lakin bunun mənfəətsiz olduğunu bilidikdə sonra, bar verən ağaclar əkməyi qərarlaşdırdı. 1990-91-ci illər ərzində cavan fındıq ağacları alıb gətirib həmin bir hektar sahədə cəmi 167 ədəd fındıq ağacı əkdi, becərib böyütdü və hər il məhsulunu özü yığır. 1996-cı ildən başlayaraq pespublikada torpaq islahatı başladı və kolxoz quruluşu ləğv olundu. Lakin, həmin torpaq sahəsi yenə də onun öhdəsində qaldı. Bildirir ki, həmin torpaq sahəsinə dair “iddiaçılar”, məhkəməyə müraciət etdikləri indiki iddia ərizəsindən başqa, heç vaxt, heç yerə, həmçinin ona də müraciət etməmişlər. Polisə müraciət etmələrinə dair heç bir sənəd-sübutu Məhkəməyə təqdim etməyiblər. Ona görə ki, onların heç biri, heç vaxt polisə müraciət etməmişdir. “Fındığın bağdan yığılmasına son qoyulması” tələbləri ilə bağlı, özlərini “iddiaçı” adladıranlara bildirir ki, 32 il öncə, məhz özü əkdiyim, illər boyu aqrotexniki qaydada qulluq etdiyi, qoruduğum, suladığı, yay-qış, gecə-gündüz əziyyət çəkib zəhmətlə becərdiyi ağacların barını yığmış və ona xüsusi mülkiyyətindən istifadəyə qadağa qoymağa onların heç bir hüququ əsası yoxdur. Bu şəxslərin məqsədi, xüsusi mülkiyyəti olan 167 ədəd fmaıq ağaclarına və həmin ağacların barından əldə etdiyi pul vəsaitinə Məhkəmə vasitəsi ilə yiyələnməkdir və elə bu səbəbə iddia ərizəsində göstərmişlər ki, “6 ildən çox bir müddət onlara məxsus olmuş fındıq bağını mənimsəyərək onun məhsulunu yığmışdır”. Ərizədən aydın görünür ki, torpaq sahəsindən cavabdehin çıxarılmasından üstün, iddiaçılar üçün, məhz son 6 il ərzində yığılmış məhsulun dəyəri olan “32.825 manat dəymiş ziyan”m cavabdehdən alınması tələbidir. Sual yaranır ki, bəs 6 il əvvələ, yəni 2016-cı ilə kimi həmin torpaq sahəsi onlara məxsus olmayıb? Fındıq ağacları öz başına bitib, böyümüşdür? Həmin ağaclara kim qulluq edib? Məhsulu kimi yığıb, kimə “ziyanı” kim-kimə və hansı yolla vurmuşdur? Bəs niyə onlar indiyə kimi susub dayanmışlar? Bir Atalar məsəli yada düşür: “Nə yoğurdum, nə yapdım ...” Bağın yolunu tanımayan, ömründə bircə dəfə ora ayaq basmayan, 167 ədəd ağaca bir fındıq qabığının tutumu qədər su verməyən bu şəxslər, onlarla tonlarla fındığın pulunu tələb etməyə üz taparaq, ərizə ilə Məhkəməni aldadırlar ki, sitat: “Bunu da yalandan onunla əsaslandırırlar ki, guya bağı onlar (cavabdehlər) salıblar və bəhrəsini də özləri götürürlər. Lakin bu heç də belə deyil”. Amma nədənsə, ”heç də belə deyil” demiş olsalar da, “necə” olduğunu da ərizədə göstərməmişlər, daha doğrusu göstərə bilməmişlər və bilməzlər. Əslində isə belədir: 2. İddia ərizəsindən sitat: “Bir il qabaq belə Nümayəndə2 iddiası üzrə maneələrə son qoyulması və həmin bağdan çıxarılması barədə məhkəmə işi getməsinə baxmayaraq və bunula bağlı məhkəmə qətnaməsinin olmasına baxmayaraq 2021-ci ilin avqust-sentyabr ayında yenə məhsulu gəlib özləri yığmışdılar.” İddiaya etirazın əsası: “Bir il qabaq” verilmiş iddianı xatırlatsalar da, nədənsə “5 ildə cavabdehin qanunsuz hərəkətləri nəticəsində əsassız varlanaraq ona dəymiş 22.100 manat maddi ziyanın ödənilməsi”ns dair Nümayəndə2 iddiası onların yadından “çıxıb”. İndiki iddia üzrə iddiaçılar olan: İddiaçı2 əri, o biri 4 nəfər iddiaçıların isə atası olan Nümayəndə2 onun doğma qardaşıdır. Nümayəndə2lə o 90-cı illərdə birgə təsərrüfatla məşğul olurdu. Birlikdə, yəni şərikli olaraq başqa yerdə də ayrıca torpaq sahəsi, obyektlər və "xxxx" MMC- də olmuşdur. Bütün təsərrüffatlara rəhbərliyi Nümayəndə2 edirdi və bütün sənədləşməlri də özü aparırdı. Bu barədə ona notarial qaydada təsdiq edilmiş etibarnamə də vermişdir. 1996-ci ildə respublikada torpaq islahatı ilə əlaqədar bölgülər başlananda qardaşı Nümayəndə2 öz ailəsi üçün pay torpağı götürərkən, onun əkib-becərdiyi 1 hektar torpaq sahəsini ona vermiş olduğu etibarnamədən istifadə etməklə öz ailə üzvülərinin adına sənədləşdirmişdi. Bu məsələ ona 2017-18-ci illərdə aydın oldu və Nümayəndə2 həmin etibarnamədən sui-istifadə etməsini bildikdə, o, etiraz etdi, münsibəti kəskinləşdi və nəticəsini aşağıda izah edəcək. “Bir il qabaq verilmiş iddia” ilə bağlı bildirir ki, bir yox, 2 dəfə iddia verilmişdir: Birinci dəfə, 2(025)-638/2020 №-li mülki iş üzrə, 10.06.2020-ci il tarixdə Nümayəndə2 Qəbələ rayon məhkəməsində iddia qaldırmışdır ki, “Dövlət reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən onun və ailə üzvlərinin xüsusu mülkiyyətində olan 1 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması, 5 ildə ona dəymiş 22.100 manat maddi ziyanın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılsın”, o, iddiaya etiraz və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdi. 03.07.2020- ci il tarixdə iddiaçı Nümayəndə2 vəkili Nadirşah Şirinov iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə xahişi təmin edərək, 03.07.2020-ci il tarixli, 2(025)-638/2020 saylı qərardadla iddia ərizəsini və sənədlərin geri qaytarmışdır. (qərardadın surəti əlavə edilir) İkiinci dəfə, 2(025)-855/2020 №-li mülki iş üzrə 27.07.2020-ci il tarixdə məhkəməyə müraciət etdiyi iddia ərizəsində Nümayəndə2 göstərmişdi^ ki, “Dövlət reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən onun həyat yoldaşı İddiaçı2, övladları: X3, X2, X7, Nümayəndə1 və X4 xüsusu mülkiyyətində olan 1 ha torpaq sahəsindən Cavabdeh1 çıxarılması barədə qətnamə qət edilsin, (iddia ərizəsinin surəti əlavə edilir) Nümayəndə2 həmin iddia ərizəsində göstərmişdir ki, sitat: “bağ sahəsinə baxa bilmədiyimə görə şifahi razılıq əsasında 0,3 ha torpaq sahəsini bacım oğlu X8 və 1 ha torpaq sahəsini qardaşım Cavabdeh1 müvəqqəti bağ sahəsinə baxmağa və istifadə edərək meyvəsini toplamağa icazə vermişəm”. Nümayəndə2 iddia ərizəsində “şifahi razılıq əsasında” göstərməsi özünün mənə vermiş olduğu sözə görə məcburi etirafıdır. Çünki, illər öncə şərikli təsərrüffatı idarə etmək üçün ona 49 il müddətə vermiş olduğu etibarnamədən sui-istifadə etməklə onun payına düşəcək torpağı Nümayəndə2 öz ailəsinin adına sənədləşdirdiyini o, bildikdə, ona söz vermişdi ki, torpaq həmişəlik sənindir. Sonda isə, əvvəlcə özü məhkəməyə gəlir, sonra isə arvad-uşağı məhkəməyə müraciət etməyə məcbur edir. 21.09.2020-ci il tarixdə iddiaçı Nümayəndə2 iddia tələbinin artırılması barədə ərizəni məhkəməyə təqdim edərək, 5 ildən artıq müddətə əsassız varlandığına görə ona dəymiş 22.100 manat maddi ziyanın onun xeyrinə alınmasını xahiş etmişdir. 29.09.2020- ci il tarixdə iddiaçı Nümayəndə2 iddia tələbinin artırılması barədə ərizəni məhkəməyə təqdim edərək, onun xeyrinə 32.825 manat dəymiş ziyanın onun xeyrinə alınmasını xahiş etmişdir. Məhkəmə 01.10.2020-ci il tarixli, 2(025)-855/2020 saylı qətnamə ilə iddianı qismən təmin etsə də, 32.825 manat dəymiş ziyanın alınmasını təmin etməmişdir. Qətnamə qüvvəsini almışdır. (qətnamənin surəti əlavə edilir) 3. İddia ərizəsindən daha bir sitat: “Cavabdehlər yuxarıda qeyd edilən məhkəmə iclasında etiraf etmişlər ki, “bəli mən 6 ildən çox müddətdir ki, həmin bağ sahəsində olan fındıqları yığmış və özünə götürmüşdür. ” Cavabdehlərə olan sual-cavabda da bunları etiraf etmiş və məhkəmə iclasının protokoluna bu qeyd edilmişdir. Bunların artıq sübut olunmasına ehtiyac yoxdur. İddiaya etirazın əsası: İndi baxılan, 2(025)-370/2022 saylı mülki iş üzrə iddiaçıların istinad etdikləri “məhkəmə iclası və məhkəmə iclasının protokolu'1'1 mənim yuxarıda göstərdiyim, 01.10.2020-ci il tarixdə qətnamə qət edilmiş 2(025)-855/2020 №-li mülki iş üzrə məhkəmə iclaslarının və protokoldur ki, həmin qətnamə ilə, “32.825 manat dəymiş ziyanın alınması” iddiası tam rədd edilmişdir. 2(025)-855/2020 sayli iş üzrə Qətnamədə göstərilmişdir ki, 32.825 manat məbləğdə maddi ziyanın ona dəydiyini sübuta yetirmək məqsədi ilə və həmin məbləğin məndən alınıb ona verilməsinə dair Məhkəmənin qətnamə qət etməsi üçün, iddiaçı Nümayəndə2: - “NTEV MMC” ticarət mərkəzinin 30 saylı 25.09.2020-ci il tarixli, - Qəbələ rayon Statistika İdarəsinin 121 saylı 28.09.2020-ci il tarixli, - Mirzbəyli Bələdiyyəsinin 18 saylı, 20.05.2020-ci il tarixli arayışlarını təqdim etmişdir. Lakin, Məhkəmə haqlı olaraq həmin sənədləri sübut kimi qəbul etməmişdir. 2020-ci ilin may-sentyabr aylarında Nümayəndə2 adına verilmiş, yuxarıda göstərdiyi hər üç sənədin kserosurətlərini mötəbər sübut kimi Məhkəməyə təqdim etməklə, indi baxılan 2(025)-370/2022 saylı mülki iş üzrə iddiaçı olan şəxslər də onların “xeyrinə 32.825 manat dəymiş ziyanın və 187,5 (yüz səksən yeddi manat 50 qəpik) manat dövlət rüsumunu alınması barədə” qətnamə qət edilməsini Məhkəmədən tələb etmişlər. Yenə Atalar məsəli yada düşür, öz də ikisi birdən: “köhnə hamam, ...” və “utanmasan oynamağa...” Qanunvericilkidə nəzərdə tutulmuş qaydalara əsasən, iddiası qaldırılan torpaq sahəsini tərk etmək məcburiyyəti qarşısında qaldığı təqdirdə, xüsusi mülkiyyəti olan 167 ədəd fındıq ağaclarının çıxarılıb digər bir əraziyə köçürülməsi hüququmun olduğunu iddiaçıların nəzərinə çatdırır. Göstərilənlərə əsasən iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iddiaçı tərəfin izahatlarını və işdə olan sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********69; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 10.08.2010 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 1.3 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Nümayəndə2, Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və X7 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Qəbələ rayon Mirzəbəyli Bələdiyyəsi tərəfindən 18 saylı 20 may 2020-ci il tarilxli arayışdan görünür ki, Qəbələ Rayon Mİrzəbəyli (Corlu) kənd sakini Nümayəndə2 Qəbələ Rayon Mİrzəbəyli kəndində 1.30 ha fındıq bağı var. Hər il həmin fındıq bağında təxminən 1.200 kq və 1.500 kq civarinda məhsul olur. Son 5 (beş) ildə məhsulun təxmini miqdarı 6.500 kq və həmin məhsulun qiyməti daxili bazar qiyməti ilə minimum 3.40 manat ümumi qiyməti 22.100 manat təşkil edir. İş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Nümayəndə2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən edilməsi, ilkin iddia üzrə iddiaçı Nümayəndə2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X5 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)- 289/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(102)-4114/2021 nömrəli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin olunmamış və qarşılıqlı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan Qəbələ rayonu, Mirzəbəyli kəndində yerləşən 1.3 ha torpaq sahəsi Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********69; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 10.08.2010 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışına əsasən iddiaçılar Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və dugər ailə üzvlərinin mülkiyyətindədir. Cavabdehlər qeyd olunan ərazini qanunsuz şəkildə zəbt edərək iddiaçıların həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradırlar. Hazırda iddiaçılar Cavabdeh1 və Cavabdeh2 DƏDRX-dən verilmiş ********** qeydiyyat nömrəli, **********69 reyestr nömrəli ÇİXARİŞ-a əsasən iddiaçılara məxsus torpaq sahəsindən çıxarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə maneələrə son qoyulması və Cavabdeh1 Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və X1 xeyrinə 32.825 manat dəymiş ziyanın və 187,5 (yüz səksən yeddi manat 50 qəpik) manat dövlət rüsumunun alınmasını tələb edir. Cavabdehlər iddia tələblərini qismən qəbul edərək həmin torpaq sahəsini zəbt etdiklərini etiraf etsələr də, fındıq ağaclarının onlar tərəfindən əkildiyini bildirmişlər. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, iddiaçılar özlərinə məxsus torpaq sahəsindən qanuni şəkildə əldə etsə də, məhkəmə araşdırması zamanı məlum oldu ki, iddiaçıların mülkiyyət hüquqlarının sərbəst şəkildə həyata keçirilməsinə cavabdehlər tərəfindən maneələr yaradılmış, iddiaçı Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1 və X7 ümumi birgə mülkiyyətində olan 1.3 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunaraq fındıq ağacları əkilmişdir. Həmçinin cavabdehlər həmin torpaq sahələrindən iddiaçıların istifadəsinə maneələr törədir. Bununla da iddiaçıların mülkiyyət hüquqları pozulmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, Nümayəndə2 bir tərəfdən və Cavabdeh1 ilə Cavabdeh2 digər tərəfdən arasında eyni predmet üzrə mülki işə baxılaraq, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh1 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********69, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən Nümayəndə2 və onun ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1 ha torpaq sahəsindən çıxarılması və onun tərəfindən törədilən maneələrə son qoyulması, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə iddiaçı Nümayəndə2 Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********31, qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən X5 xüsusi mülkiyyətində olan 1,9171 ha torpaq sahəsindən çıxarılması, qarşılıqlı iddia tələbinin qalan hissədə, həmçinin 167 (bir yüz altımış yeddi) ədəd fındıq ağaclarının ümumi dəyəri 25.000 (iyirmi beş min) manat olan pul məbləğinin xeyrinə ödənilməsi hissəsində təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Qəbələ Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(025)-855/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 30 avqust 2021-ci il tarixli, 2(102)-4114/2021 nömrəli qərarı ilə ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 yanvar 2020-ci il tarixli, 2(107)-289/2021 nömrəli qətnaməsi mübahisələndirilən, yəni ilk iddianın təmin olunmamış və qarşılıqlı iddianın təmin olunmuş hissələrində dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan mübahisəli torpaq sahəsi üzrə mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh1 Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-i tərəfindən verilmiş reyestr nömrəsi – **********69; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 10.08.2010 olan Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Nümayəndə2 və ailə üzvlərinin mülkiyyətində olan 1.3 ha torpaq sahəsinin zəbt etdiyini etiraf etmişdir. Həmçinin göründüyü kimi tərəflər arasında mübahisəli torpaq sahəsində dəymiş maddi ziyanın dəyərinin ödənilməsi ilə bağlı daha əvvəl mübahisələrinin olması və yuxarıda qeyd olunduğu kimi çoxsaylı məhkəmə aktlarına əsasən öz həllini tapmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Beləliklə, iddiaçılar məhkəmə iclasında verdiyi izahatında və məhkəməyə təqdim etdiyi sənədlərdə mübahisəli torpaq sahəsində salınmış fındıq ağaclarının onlara məxsus olmasını və cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara 32.825 manat məbləğində maddi ziyan vurulmasını iddia etsələr də, tələblərini həmin hissədə əsaslandıra bilməmiş və iddianın əsası kimi məhkəməyə mötəbər sübut növü təqdim etməmişdir, maddi zərərin nədən ibarət olduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələblərinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının tələbinin əsası kimi istinad etdiyi hallar sübuta yetirilmədiyi üçün iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində təmin edilməməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün 187.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA № ******* saylı, 10.08.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, Nümayəndə2 və X7 ümumi birgə mülkiyyətində olan 1.3 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA № ******* saylı, 10.08.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən Nümayəndə1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X1, Nümayəndə2 və X7 ümumi birgə mülkiyyətində olan 1.3 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-370/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-370/2022
28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver