Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-388/2023 11.05.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeḣ qızına qarşı “alqı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "ABC-Telecom" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Cavabdeḣ qızına qarşı “alqısatqı müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********01944 X4 A8.0 markalı tablat üçün 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat dəbbə; 2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, X7, Samsung Soyuducu üçün 1710 (min yeddi yüz on) manat ödənilməmiş hissə, 510 (beş yüz on) manat dəbbə; 3. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Hoffmann Ventilyator üçün 60 (altmış) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə; 4. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********01898 Samsung Galaxy A02 markalı telefon üçün 321.83 (üç yüz iyirmi bir manat səksən üç qəpik) manat ödənilməmiş hissə, 93.17 (doxsan üç manat on yeddi qəpik) manat dəbbə; 5. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********01844 X5 8 markalı telefon üçün 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 157 (yüz əlli yeddi) manat dəbbə. 6. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, X6, Samsug Paltaryuyan üçün 2262.7 (iki min iki yüz altmış iki manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 598.3 (beş yüz doxsan səkkiz manat otuz qəpik) manat dəbbə, ümumilikdə 6747 manat borc, 87.47 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021 il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei Kodu **********01944 X4 A8.0 markalı tablet, X7, Samsung Soyuducu, Hoffmann Ventilyator, İmei Kodu **********01898 Samsung Galaxy A02 markalı telefon, İmei kodu **********01844 X5 8 markalı telefon, X6, Samsug Paltaryuyanalmış və nəticədə 6747 (altı min yeddi yüz qırx yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516.6 (beş yüz on altı manat altmış qəp) manat (18 ay x 28.7 manat + 0 manat ilkin ödəniş) olan, İmei Kodu **********01944 X4 A8.0 markalı tablet üçün ümumilikdə, 408 (dörd yüz səkkiz) manat olmaqla ondan, 316 (üç yüz on altı) manat ödənilməmiş hissə, 92 (doxsan iki) manat dəbbə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3156 (üç min yüz əlli altı) manat (24 ay x 131.5 manat + 0 manat ilkin ödəniş) olan X7, Samsung Soyuducu üçün ümumilikdə, 2220 (iki min iki yüz iyirmi) manat olmaqla ondan, 1710 (min yeddi yüz on) manat ödənilməmiş hissə, 510 (beş yüz on) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 75 (yetmiş beş) manat (15 ay x 5 manat + 0 manat ilkin ödəniş) olan Hoffmann Ventilyator üçün ümumilikdə, 78 (yetmiş səkkiz) manat olmaqla ondan, 60 (altmış) manat ödənilməmiş hissə, 18 (on səkkiz) manat dəbbə; xx.xx.2021 il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 352.13 (üç yüz əlli iki manat on üç qəp) manat (12 ay x 26.82 manat + 30.29 manat ilkin ödəniş) olan İmei Kodu **********01898 Samsung GalaxyA02 markalı telefonüçün ümumilikdə, 415 (dörd yüz on beş) manat olmaqla ondan, 321.83 (üç yüz iyirmi bir manat səksən üç qəp) manat ödənilməmiş hissə, 93.17 (doxsan üç manat on yeddi qəp) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 650.4 (altı yüz əlli manat qırx qəp) manat (18 ay x 35.8 manat + 6 manat ilkin ödəniş) olan İmei kodu **********01844 X5 8 markalı telefonüçün ümumilikdə, 765 (yeddi yüz altmış beş) manat olmaqla ondan, 608 (altı yüz səkkiz) manat ödənilməmiş hissə, 157 (yüz əlli yeddi) manat dəbbə; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2395.8 (iki min üç yüz doxsan beş manat səksən qəp) manat (18 ay x 133.1 manat + 0 manat ilkin ödəniş) olan X6, Samsug Paltaryuyanüçün ümumilikdə, 2861 (iki min səkkiz yüz altmış bir) manat olmaqla ondan, 2262.7 (iki min iki yüz altmış iki manat yetmiş qəp) manat ödənilməmiş hissə, 598.3 (beş yüz doxsan səkkiz manat otuz qəp) manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 1867.4 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021 il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeḣ qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeḣ qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 22300153 №-li müqaviləyə əsasən Cavabdeḣ qızı "xxxx" MMC-dən ümumi qiyməti 516.6 manat dəyərində olan İmei Kodu **********01944 X4 A8.0 markalı tablet almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeḣ qızı xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 28.70 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeḣ qızı arasında bağlanmış xx.xx.2020-cu il tarixli 22008296 №-li müqaviləyə əsasən Cavabdeḣ qızı "xxxx" MMC-dən ümumi qiyməti 3156 manat dəyərində olan X7, Samsung Soyuducu almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeḣ qızı xx.xx.2020-cu il tarixli müqavilə üzrə borcu 24 ay müddətinə, aylıq 131.5 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeḣ qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23197500 №-li müqaviləyə əsasən Cavabdeḣ qızı "xxxx" MMC-dən ümumi qiyməti 75 manat dəyərində olan Hoffmann Ventilyator almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeḣ qızı xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 15 ay müddətinə, aylıq 5 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeḣ qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* №-li müqaviləyə əsasən Cavabdeḣ qızı "xxxx" MMC-dən ümumi qiyməti 352.13 manat dəyərində olan İmei Kodu **********01898 Samsung GalaxyA02 markalı telefon almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeḣ qızı xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 26.82 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeḣ qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* №-li müqaviləyə əsasən Cavabdeḣ qızı "xxxx" MMC-dən ümumi qiyməti 352.13 manat dəyərində olan İmei Kodu **********01898 Samsung Galaxy A02 markalı telefon almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeḣ qızı xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 12 ay müddətinə, aylıq 26.82 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeḣ qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24054087 №-li müqaviləyə əsasən Cavabdeḣ qızı "xxxx" MMC-dən ümumi qiyməti 650.4 manat dəyərində olan İmei kodu **********01844 X5 8 markalı telefon almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeḣ qızı xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 38.80 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeḣ qızı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 24018318 №-li müqaviləyə əsasən Cavabdeḣ qızı "xxxx" MMC-dən ümumi qiyməti 2395.8 manat dəyərində olan X6, Samsug Paltaryuyan almışdır. Ödəniş cədvəlindən görünür ki, Cavabdeḣ qızı xx.xx.2021-ci il tarixli müqavilə üzrə borcu 18 ay müddətinə, aylıq 133.1 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan “Maliyyə və ödəniş cədvəlin”dən görünür ki, Cavabdeḣ qızı ödənişləri gecikdərməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq xx.xx.2021-ci il tarixli 22300153 saylı müqavilə üzrə 316 manat ödənilməmiş hissə, 92 manat dəbbə; xx.xx.2020-cu il tarixli 22008296 saylı müqavilə üzrə 60 manat ödənilməmiş hissə, 18 manat dəbbə; xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 321.83 manat ödənilməmiş hissə, 9317 manat dəbbə; xx.xx.2021-ci il tarixli 24054087 saylı müqavilə üzrə 608 manat ödənilməmiş hissə, 157 manat dəbbə və xx.xx.2021-ci il tarixli 24018318 saylı müqavilə üzrə 2262.7 manat ödənilməmiş hissə, 598.3 manat dəbbə hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən borclu Cavabdeḣ qızına ünvanlanmış bildirişlərdən görünür ki, borcunun tam olaraq qısa bir zamanda ödəməyi təklif etmişlər, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddia üzrə iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində tam əsaslıdır. Ona görə də, cavabdehdən "xxxx" MMC-nin xeyrinə xx.xx.2021-ci il tarixli 22300153 №-li müqavilə üzrə 316 manat, xx.xx.2020-cu il tarixli 22008296 №-li müqavilə üzrə 1710 manat, xx.xx.2021-ci il tarixli 23197500 №-li müqavilə üzrə 60 manat, xx.xx.2021-ci il tarixli ******* №-li müqavilə üzrə 321.83 manat, xx.xx.2021-ci il tarixli 24054087 №-li müqavilə üzrə 608manat və xx.xx.2021-ci il tarixli 24018318 №-li müqavilə üzrə 2262.7 manat ödənilməmiş əsas borcu tutulmalıdır. Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli 22300153 №-li saylı müqavilə üzrə 92 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 31 manata endirilməli, xx.xx.2020-cu il tarixli 22008296 №-li saylı müqavilə üzrə 510 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 171 manata endirilməli, xx.xx.2021-ci il tarixli 23197500 №-li saylı müqavilə üzrə 18 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 6 manata endirilməli, xx.xx.2021-ci il tarixli ******* №-li saylı müqavilə üzrə 93.17 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 32 manata endirilməli, xx.xx.2021-ci il tarixli 24054087 №-li saylı müqavilə üzrə 157 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 60 manata endirilməli və xx.xx.2021-ci il tarixli 24018318 №-li saylı müqavilə üzrə 598.3 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 226 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 96.87manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeḣ qızından xx.xx.2021-ci il tarixli müqavilə üzrə 316 (üç yüz on altı) manat əsas borc, 31 (otuz bir) manat cərimə borcu olmaqla, cəmi 347 (üç yüz qırx yeddi) manat borc; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1710 (bir min yeddi yüz on) manat əsas borc, 171 (bir yüz yetmiş bir) manat cərimə borcu olmaqla, cəmi 1881 (bir min səkkiz yüz səksən bir) manat borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 60 (altmış) manat əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, cəmi 66 (altmış altı) manat borc; xx.xx.2021 il tarixli müqavilə üzrə 321.83 (üç yüz iyirmi bir manat səksən üç qəpik) manat əsas borc, 32 (otuz iki) manat cərimə borcu olmaqla, cəmi 353.83 (üç yüz əlli üç manat səksən üç qəpik) manat borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 608 (altı yüz səkkiz) manat əsas borc, 60 (altmış) manat cərimə borcu olmaqla, cəmi 668 (altı yüz altmış səkkiz) manat borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2262.7 (iki min iki yüz altmış iki manat yetmiş qəpik) manat əsas borc, 226 (iki yüz iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 2488.7 (iki min dörd yüz səksən səkkiz manat yeddi qəpik) manat borc olmaqla ümumilikdə 5804.53 (beş min səkkiiz yüz dörd manat əlli üç qəpik) manat borc və 87.47 (səksən yeddi manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeḣ qızından xx.xx.2021-ci il tarixli müqavilə üzrə 316 (üç yüz on altı) manat əsas borc, 31 (otuz bir) manat cərimə borcu olmaqla, cəmi 347 (üç yüz qırx yeddi) manat borc; xx.xx.2020-ci il tarixli müqavilə üzrə 1710 (bir min yeddi yüz on) manat əsas borc, 171 (bir yüz yetmiş bir) manat cərimə borcu olmaqla, cəmi 1881 (bir min səkkiz yüz səksən bir) manat borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 60 (altmış) manat əsas borc, 6 (altı) manat cərimə borcu olmaqla, cəmi 66 (altmış altı) manat borc; xx.xx.2021 il tarixli müqavilə üzrə 321.83 (üç yüz iyirmi bir manat səksən üç qəpik) manat əsas borc, 32 (otuz iki) manat cərimə borcu olmaqla, cəmi 353.83 (üç yüz əlli üç manat səksən üç qəpik) manat borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 608 (altı yüz səkkiz) manat əsas borc, 60 (altmış) manat cərimə borcu olmaqla, cəmi 668 (altı yüz altmış səkkiz) manat borc; xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2262.7 (iki min iki yüz altmış iki manat yetmiş qəpik) manat əsas borc, 226 (iki yüz iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 2488.7 (iki min dörd yüz səksən səkkiz manat yeddi qəpik) manat borc olmaqla ümumilikdə 5804.53 (beş min səkkiiz yüz dörd manat əlli üç qəpik) manat borc və 87.47 (səksən yeddi manat qırx yeddi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-388/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-388/2023
11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver