Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-39/2025 13.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia qaldıraraq cavabdehlər Cavabdeh3, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 9881.78 manat əsas kredit borcu, 665.10 manat kreditdən istifadəyə görə faiz borcunu,11.75 manat cərimə borcu olmaqla, cəmi 10558.63 manat borcu həmçinin 142.58 manat ödənilmiş dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə bağlanmış 2310***-*******01 saylı 31.03. 2023-cü il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh3 48 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11950 manat məbləğində kredit verilmişdir. "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış 310***-*******01 saylı 31.03. 2023-cü il tarixli “tələbin güzəştinə dair müqaviləyə” əsasən, Cavabdeh3 ilə bağlanmış 2310***-*******01 saylı 31.03. 2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq İddiaçı ASC-yə güzəşt etmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini kimi bankla digər Cavabdeh2 ilə xx.xx.2023-cü il tarixli 2FİZAM120271902 saylı və Cavabdeh1 ilə xx.xx.2023-cü il tarixli 31FİZAM119713202 zaminlik müqaviləsi bağlanmış və kredit limitimüqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh3 İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixə 9881.78 manat əsas kredit borcu, 665.10 manat kreditdən istifadəyə görə faiz borcu,11.75 manat cərimə olmaqla cəmi 10558.63 manat borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və pretenziya müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədilər. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən o, 11950 manat məbləğində kredit götürmüşdür. Bu məbləği 48 ay müddətinə illik 18% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə hissə-hissə olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. Bir müddət ödənişləri həyata keçirsə də, hazırda maddi imkanı zəif olduğundan ödənişlərin qalanını həyata keçirə bilməmişdir. Belə ki, o, FHN-nin N №-li hərbi hissəsinin X1 Rabitə tağımının Radiotelefon manqasının komandiri vəzifəsində çalışıb. Səhətində problem olduğuna görə 7 aydır ki, onu işdən azad etmişlər. İşdən çıxdıqdan sonra ödənişləri həyata keçirməkdə çətinlik çəkir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə bankla kredit müqaviləsi bağlayaraq 11950 manat məbləğində kredit almışdır. O isə bankla zaminlik müqaviləsi bağlayaraq kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehlik götürmüşdür. Hazırda isə onlarıın maddi imkanı aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilmir. Qalıq borcu yalnız hisəhisə ödəyə bilərlər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan "xxxx" BOKT MMC ilə bağlanmış xx.xx.2023-cü il tarixli 2310***-*******01 saylı kredit müqaviləsinin surətinə əsasən Cavabdeh3 48 ay müddətinə 18 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 11950 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" BOKT MMC ilə İddiaçı ASC arasında bağlanmış 310***-*******01 saylı 31.03. 2023-cü il tarixli “tələbin güzəştinə dair müqaviləyə” əsasən, Cavabdeh3 ilə bağlanmış 2310***-*******01 saylı 31.03. 2023-cü il tarixli kredit müqaviləsi üzrə tələb hüquqlarını, o cümlədən digər hüquq və vəzifələrini tam olaraq İddiaçı ASC-yə güzəşt etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 2FİZAM120271902 saylı zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh2 zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli 31FİZAM119713202 saylı zaminlik müqaviləsinin surətinə əsasən Cavabdeh1 zaminlik müqaviləsi bağlamış və kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 onlara verilən 11950 manat məbləğində krediti 4904.6 manat faizlə birlikdə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan 23 sentyabr 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh3 illik 18 % ödəmək və xx.xx.2027-ci ilədək qaytarmaq şərtilə 11950 manat kredit verilmişdir. Kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Banka olan borcun məbləği: əsas borc üzrə 9881,78 manat, faizlər üzə 660,77 manat, cərimə üzrə 8,58 manat olmaqla, 10551,13 manat təşkil edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9881,78 (doqquz min səkkiz yüz səksən bir manat yetmiş səkkiz qəpik) manat əsas borc, 665,10 (altı yüz altmış beş manat on qəpik) manat faiz borcu, 11,75 (on bir manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 10558,63 (on min beş yüz əlli səkkiz manat altmış üç qəpik) manat borc və 142,58 (bir yüz qırx iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 9881,78 (doqquz min səkkiz yüz səksən bir manat yetmiş səkkiz qəpik) manat əsas borc, 665,10 (altı yüz altmış beş manat on qəpik) manat faiz borcu, 11,75 (on bir manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 10558,63 (on min beş yüz əlli səkkiz manat altmış üç qəpik) manat borc və 142,58 (bir yüz qırx iki manat əlli səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-39/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-39/2025
13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver