Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-426/2024 28.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması, sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması, sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı daşınmaz əmlak obyektinin qanunsuz sahibdən geri alınması, sahibliyin pozulmasına yönəlmiş qanunazidd hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyriyaşayış sahəsinin( registr nömrəsi: **********9-000) cavabdehin qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi, əmlakdan istifadə hüququnu həyata keçirməsinə maneçilik törədən qanunsuz hərəkətlərə son qoyulması və ödənilmiş 1250,0 manat icarə haqqı əvəzində müvafiq məbləğin tutularaq xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən “Qəbələ RLS” adlanan Hərbi şəhərcik ərazisində yerləşən ticarət məntəqəsində 1978-ci ildən 1991-ci ilədək mağaza müdiri vəzifəsində işləmiş və SSRİ dağıldıqdan sonra Rusiya Federasiyasına məxsus 30765 saylı Hərbi hissə komandirinin razılığı ilə şəhərçik ərazisində budka qoyaraq ticarətlə məşğul olmuşdur. 2008-ci ildə Hərbi hissə komandirin razılığı ilə budkanın yerində 1 mərtəbəli, 197,2 kv/m sahəsi olan qeyri-yaşayış sahəsi tikərək 2012-ci ilədək fərdi qaydada sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Cavabdeh mağazada satıcı işləmiş, bütünlüklə mal tədarükü və satışı, ödəmələr və işlərin görülməsi onun şəxsi məsuliyyəti ilə icra edilmişdir. Rusiya Federasiyasına məxsus olan 30765 saylı Hərbi hissə Qəbələ rayonu ərazisindən köçürüldükdən sonra mağaza binası Qəbələ rayon İcra hakimiyyətinin balansına verilmiş və fəaliyyətini dayandırmışdır. 2023-cü ildə həmin binanı binası Qəbələ rayon İcra hakimiyyətindən icarəyə götürmüş və ayda 260,0 manat icarə haqqını vaxtı vaxtında ödəmişdir. Lakin Cavabdeh mağazanın açarlarının onda qalmasından istifadə edərək binanı zəbt etmiş və qapıları bağlı saxlayaraq istifadə edilməsinə imkan verməmişdir. Ona görə də, icarə hüququ ilə əldə etdiyi Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri alınaraq ona təhvil verilməsi, əmlakdan istifadə hüququnu həyata keçirməsinə maneçilik törədən qanunsuz hərəkətlərə son qoyulması və ödənilmiş 1250,0 manat icarə haqqı əvəzində müvafiq məbləğin tutularaq xeyrinə ödənilməsi haqqında iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 1994-cü ildə o, Rusiya Federasiyasına məxsus 30765 saylı Hərbi hissə komandirinin razılığı ilə Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən “Qəbələ RLS” adlanan Hərbi şəhərcik ərazisində budka qoyaraq İddiaçı ilə birlikdə şərikli ticarətlə məşğul olmuş və əldə olunan qazanc aralarında bərabər qaydada bölünmüşdür. 2005-ci ildə İddiaçı “Gilan” şirkətində rəhbər vəzifə tutması ilə əlaqədar ondan ayrılmış və Hərbi şəhərcik ərazisində fəaliyyətini dayandırmışdır. 2006-cı ildə o, Hərbi hissə komandirin razılığı ilə budkanın yerində 1 mərtəbəli, 197,2 kv/m sahəsi olan qeyri-yaşayış sahəsi tikərək 2012-ci ilədək fərdi qaydada sahibkarlıq fəaliyyətini davam etdirmişdir. Həmin müddətdə bütünlüklə mal tədarükü və satışı, ödəmələr və işlərin görülməsi onun şəxsi məsuliyyəti ilə icra edilmiş, İddiaçı mağazanın fəaliyyətində heç bir iştirakı olmamışdır. Rusiya Federasiyasına məxsus olan 30765 saylı Hərbi hissə Qəbələ rayonu ərazisindən köçürüldükdən sonra mağaza binası Qəbələ rayon İcra hakimiyyətinin balansına verilmiş və fəaliyyətini dayandırmışdır. Həmin binanın istifadə hüququnu əldə etməkdən ötrü Qəbələ rayon İcra hakimiyyətinə müraciət etmiş, lakin sənədlər hazır olmadığından hələlik rəsmiləşdirə bilməmişdir. İddiaçı həmin qeyri yaşayış binası üzərində hüquqları olmadığı artıq məhkəmə qaydasında müəyyən edilmiş və aralarında yaranmış mübahisə onun xeyrinə həll edilmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli 3941 saylı Dövlət əmlakının ( qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə müqaviləsinin surətinə əsasən AR İN ƏMDX-nin xx.xx.2023-cü il tarixli 188 saylı Sərancamına əsasən Qəbələ rayon İcra hakimiyyətinin balansında olan Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış binası (registr nömrəsi: **********9-000) xidmət məqsədilə aylıq icarə haqqı 260,0 manat olmaqla xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı istifadəsinə verilmişdir. Müqavilənin 3.3-cü bəndinə əsasən icarə müqaviləsinə müddəti bitdikdən sonra xitam vermək və ya dəyişdirmək haqqında İcarəçinin (İddiaçı) ərizəsi olmadıqda müqavilə nəzərdə tutulmuş eyni müddət və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilənin 6.1-ci bəndinə əsasən İcarəyəverənin yazılı razılığı olmadan əmlakın İcarəçi tərəfindən ikinci əldən icarəyə verilməsi, yaxud bu və ya digər formada başqa şəxsin istifadəsinə verilməsi qadağandır. İşdə olan xx.xx.2023-cü il tarixli Təhvil-təslim aktının surətinə əsasən Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış binası (registr nömrəsi: **********9-000) xx.xx.2023-cü il tarixli 3941 saylı Dövlət əmlakının ( qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında İcarə müqaviləsinə əsasən AR İN ƏMDX Qəbələ Ərazi şöbəsi tərəfindən İddiaçı təhvil verilmişdir. AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirilirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi..... əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əssən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qəbələ rayon İcra hakimiyyətinin balansında olan Qəbələ şəhəri, M.Abıyev küçəsində yerləşən 1 mərtəbəli, 197,2 kv/m qeyri-yaşayış sahəsi üzərində mülkiyyətçi ilə bağlanan İcarə müqaviləsi əsasında xx.xx.2023cü il tarixdə sahiblik və istifadə hüququ əldə etmişdir. Cavabdeh həmin əmlak üzərində hər hansı əsasla hüquq əldə etməsi müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə əssən ......,vicdansız sahib əmlakın mülkiyyətçisinə əəmlakın onda olması ilə ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 162-ci maddəsinə əsasən əşyaya faktik sahib olmağa mahiyyətcə müvəqqəti iqtidarsızlıq və ya imkansızlıq əşyaya sahibliyi ləğv etmir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Məhkəmə hesab edir ki, Qəbələ rayon İcra Hakimiyyətinin balansında olan Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli 3941 nömrəli İcarə müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində, 1 mərtəbəli tikilidə ( registr nömrəsi: **********9-000) yerləşən ümumi sahəsi 197,2 kv/m olan qeyriyaşayış binası Cavabdeh qanunsuz olduğundan geri alınmalı və İddiaçı dəymiş 1250,0 manat məbləğində maddi zərər Cavabdeh hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Qəbələ rayon İcra Hakimiyyətinin balansında olan Dövlət əmlakının( qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli 3941 nömrəli İcarə müqaviləsi əsasında İddiaçı istifadəsinə verilmiş Qəbələ şəhəri, Muxtar Abduyev küçəsində, 1 mərtəbəli tikilidə (registr nömrəsi: **********9-000) yerləşən ümumi sahəsi 197,2 kv/m olan qeyri-yaşayış binası Cavabdeh qanunsuz sahibliyindən geri alınıb İddiaçı təhvil verilsin. Cavabdeh 1250,0 (min iki yüz əlli) manat və 100,0 (yüz) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №e-2(025)-426/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-426/2024
28.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver