Məhkəmə qərarları › İş №e-2(025)-429/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-429/2024

18.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-429/2024 18.04.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair (Açarsözlər: ödənilmiş dövlət rüsumunun geri qaytarılması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylıQəbələ Ərazi İdarəsindən 463 (dörd yüz altmış üç) manat məbləğində pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2001-ci il tarixində onun, Qəbələ rayonu, Yenikənd kəndində yaşayan anası X3 vəfat etmişdir. Miras əmlak aşağdakından ibarətdir: Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə JN-318A, kod-40807048 olan xx.xx.2016-cı il tarixli şəhadətnaməyə əsasən Qəbələ rayonu, Yenikənd kəndində yerləşən tam mülkiyyət üzrə 0.34 ha yaşayış məntəqələrinin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi. O, Qəbələ Asan xidmətində vərəsəlik açmış və miras qoyanın fərdi yaşayış evi üzərindəki hüquqlarının Hüquqların Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirində qeydə alınması torpaq sahəsi və ev üçün çıxarışın verilməsi üçün ərizə ilə müraciət etmişdir. 25 dekabr 2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin işçiləri evlərinə gəlib torpaq sahəsinə və evə baxış keçirmişdir. Lazımı ölçüləri götürmüşdür. Anasından qalan fərdi evin qəzalı vəziyyətdə olduğunu nəzərə alıb həmin torpaq üzərində anası öldükdən sonra tikilmiş evə çıxarış verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsindən ona zəng edib idarəyə çagırmışlar və bildirmişlər ki, çıxarış almaq istədiyi ev anasının ölümündən sonra tikildiyi üçün evə çıxarış verə bilmirlər. O, razılaşmış və ordaca Ərizə yazıb xahiş etmiş ki, evə çıxarış vermək mümkün olmadığı üçün arayış (Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestirindən arayış) əsasında təkcə 0.34 ha toppaq sahəsinə onun adına çıxarış versinlər. Bir neçə gündən sonra telefonuna sənədlərin hazır olması haqda mesaj gəlmişdir. xx.xx.2024-cü il tarixində Qəbələ Asan xidmətinə getmiş, növbəsi çatanda demişlər ki, xidmət haqqı və rüsmu ödə və sənədləri al. Həmin mərtəbədə xidmət haqqını (388 AZN) və rüsumu (75 AZN) Kapital Banka ödəmiş və sənədləri almışdır. Sənədləri alanda görmüş ki, torpaq üzərində hüquqlar miras qoymuş anasının adına rəsmiləşdirilib. (Çıxarış və texniki pasport(plan və ölçülər)). O, etirazını bildirmiş, Çıxarışın anasının adına yox, onun adına verilməli olduqlarını nəzərlərinə çatdırmışdır. Anasının adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə olduğu üçün (JN-318A,kod ********) Hüququn ölmuş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışa əsasən torpaq üzərində birbaşa onun hüquqları rəsmiləşdirilməli idi. Onlara “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu əsas gətirmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və digər hüquqlar əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmuş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsiNümayəndə2 iddia tələbini qəbul etməyərək göstərmişdir ki, o, maliyyə şöbəsinin müdiridir. O, maliyyə tərəfi ilə bağlı deyir ki, iddiaçının mərhum valideynlərinin adına olan 0,34 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinə çıxarış və Texniki Pasport almaq üçün iddiaçı onlara müraciət etmişdir. Vətəndaşa Forma 37 arayış verilmişdir. Bir ərizə ilə forma 37 arayış və Texniki Pasportun vətəndaşa verilməsi təmin olunub. X7 üçün 388 manat xidmət haqqı və 75 manat dövlət rüsumu ödəmişdir. İkinci mərhələdə, yəni vərəsəlikdən qayıdandan sonra 125 manat dövlət rüsumu və 150 manat xidmət haqqı ödəmişdir. Birinci mərhum anasının adına texniki pasport və forma 37 arayış verilmişdir. Beləliklə, iddiaçıdan dövlət rüsumunun tutulması əsaslı olmuşdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək göstərmişdir ki,İddiaçı vərəsəsi olduğu mərhum anası X2 adına olan 0.34 ha həyətyanı torpaq sahəsinə vəfat etmiş şəxsin adına arayışın verilməsi üçün ********** saylı ərizəsi ilə 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın aparılması üçün aşağıdakı punktlar yığılmışdır: 1. Vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (dövlət rüsumu 2. Daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında X7 (dövlət tutulmur). rüsumu 75 (yetmiş beş) manat). Dövlət rüsumu haqqında qanunun 26.1.2-ci maddəsinə əsasən 75 (yetmiş beş) manat dövlət rüsumu tutulmuşdur. 0.34 ha yaşayış məntəqələrinin torpaqları üçün ilkin texniki inventarlaşdırma Tarif Şurasının 31 iyul 5 nömrəli qərarının 2.2 maddəsinə əsasən 238 (iki yüzotuz səkkiz) manat, 4-cü bölməsi üzrə 120 (yüz iyirmi) manat, 5-ci bölməsi üzrə 30 (otuz) manat olmaqla cəmi 388 (üç yüz səksən səkkiz) manat xidmət haqqı hesablanmışdır. Ümumilikdə dövlət rüsumu və xidmət haqqı 463 manat (dörd yüz atmış üç) manat təşkil etmişdir. Vərəsəlikdən sonra İddiaçı daşınmaz əmlakı dövlət reyestrində qeydiyyata alınması üçün ********** saylı ərizəsi ilə müraciət etmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın aparılması üçün aşağıdakı punktlar yığılmışdır: 1. Hüquqların dövlət qeydiyyatı haqqında vərəsəlik (Çıxarış). 2. Daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında X7un verilməsi təkrar texniki pasport Dövlət rüsumu haqqında qanunun 26.1.1-ci maddəsinə əsasən Çıxarış üçün 50 (əlli) manat, dövlət rüsumu haqqında qanunun 26.1.2-ci maddəsinə əsasən 75 (yetmiş beş) manat olmaqla, cəmi 125 (yüz iyirmi beş) manat dövlət rüsumu hesablanmışdır. 0.34 ha yaşayış məntəqələrinin torpaqları üçün inventarlaşdırma aparılmadan Tarif Şurasının 31 iyul 5 nömrəli qərarının 4-cü bölməsi üzrə 120 (bir yüz iyirmi) manat, 5-ci bölməsi üzrə 30 (otuz) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat xidmət haqqı hesablanmışdır. Ümumilikdə dövlət rüsumu və xidmət haqqı 275 manat (iki yüz yetmiş beş) manat təşkil etmişdir. İddiaçının tələbi əsassız olduğundan iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan "xxxx" ASC-yə məxsus xx.xx.2024-cü il tarixli, ********** nömrəli və ********** nömrəli ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinin hesabına ümumilikdə463 (dörd yüz altmış üç) manat pul ödənilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu, Yenikənd kəndində yerləşən 0,34 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin xx.xx.2023-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********56 reyestr nömrəli Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışdan görünür ki, Qəbələ rayonu, Yenikənd kəndində yerləşən 0,34 ha həyətyanı torpaq sahəsi X1 adına qeydə alınmışdır. Mülki işə tətbiq edilən hüquq: AzərbaycanRespublikasının“Dövlət rüsumu haqqında” Qanununun: 26.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının (o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların) dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi üçün 50 manat dövlət rüsumu tutulur. 26.1.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi üçün 75 manat dövlət rüsumu tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 22.2-ci maddəsinə istinad edərək, dövlət rüsumunu əsassız ödədiyini, bu səbəbdən ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını tələb edir. Cavabdeh tərəf isə bu halla razılaşmır və iddiaçı tərəfindən dövlət rüsumunun qanuni şəkildə ödədiyini bildirir. Beləliklə, işin halları ilə müəyyən olunur ki, İddiaçı vərəsəsi olduğu mərhum anası X2 adına olan 0.34 ha həyətyanı torpaq sahəsinə vəfat etmiş şəxsin adına arayışın verilməsi üçün ********** saylı ərizəsi ilə 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatın aparılması üçün aşağıdakı punktlar yığılmışdır: 1. Vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış (dövlət rüsumu 2. Daşınmaz əmlakın texniki pasportunun verilməsi haqqında X7 (dövlət tutulmur). rüsumu 75 (yetmiş beş) manat). Dövlət rüsumu haqqında qanunun 26.1.2-ci maddəsinə əsasən 75 (yetmiş beş) manat dövlət rüsumu tutulmuşdur. 0.34 ha yaşayış məntəqələrinin torpaqları üçün ilkin texniki inventarlaşdırma Tarif Şurasının 31 iyul 5 nömrəli qərarının 2.2 maddəsinə əsasən 238 (iki yüz otuz səkkiz) manat, 4-cü bölməsi üzrə 120 (yüz iyirmi) manat, 5-ci bölməsi üzrə 30 (otuz) manat olmaqla cəmi 388 (üç yüz səksən səkkiz) manat xidmət haqqı hesablanmışdır. Ümumilikdə dövlət rüsumu və xidmət haqqı 463 manat (dörd yüz atmış üç) manat təşkil etmişdir. Göründüyü kimi cavabdeh təşkilatın iddiaçıdan dövlət rüsumunu tələb etməsi qanuni və əsaslı olmuşdur. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 22.2-ci maddəsinə əsasən dövlət rüsumunu əsassız ödədiyini bildirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin hallarından da göründüyü kimi iddiaçıya Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 syalı Qəbələ Ərazi İdarəsi tərəfindən “Hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən” arayış verilmişdir. Yəni cavabdehin hərəkətləri qanuni olmuşdur.Bu səbəbdən sözügedən maddə ilə də iddiaçı dövlət rüsumundan azad edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsədə o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və dövlət rüsumunu qanunsuz olaraq ödənilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı isə öz iddiasının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “ödənilmiş dövlət rüsumunun geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar