Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-457/2022 27.04.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin, 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsinin və 04.09.2019-cu il tarixli 035A********** saylı kreditmüqaviləsinin ləğv edilməsi; 2. Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 819.13 manat məbləğində kredit bоrcu, 9.31 manat məbləğində faiz bоrcu və 402.17 manat məbləğində cərimə olmaqla, cəmi 1230 (min iki yüz otuz) manat 61(altmış bir) qəpik məbləğində bоrcun; 3. Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 1864.03 manat məbləğində kredit bоrcu, 22.55 manat məbləğində faiz bоrcu və 915.21 manat məbləğində cərimə olmaqla, cəmi 2801 (iki min səkkiz yüz bir) manat 79 (yetmiş doqquz) qəpik məbləğində bоrcun; 4. Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 müştərək qaydada İddiaçı QSCnin xeyrinə 3174.11 manat məbləğində kredit bоrcu, 38.40 manat məbləğində faiz bоrcu və 1558.52 manat məbləğində cərimə olmaqla, cəmi 4771 (dörd min yeddi yüz yetmiş bir) manat 03 (üç) qəpik məbləğində bоrcun; 5. Vətərəfimizdən ödənilmiş 108.04 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh3 İddiaçı QSC ilə 04.09.2019-cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 822.8 (səkkiz yüz iyirmi iki) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 06.10.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmışaylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 3.67 manat ödəniş etmiş və оnun iddiaçıya 819.13 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cümaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün 09.02.2022-ci il tarixə 491 gün üçün hesablanmış faiz borcu 9.31 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumiməbləği 5 (beş) il ərzində 0.1% artıq olmaması şərti ilə cərimə ödəməlidir. 09.02.2022-ci il tarixə 491 gün üçün kredit müqaviləsi üzrə hesablanmışcərimə 402.17 manat təşkiledir. Bundan başqa, Cavabdeh3 İddiaçı QSC ilə 04.09.2019-cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 1864.03 (min səkkiz yüzaltmış dörd) manatməbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 06.10.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmışaylıq üçün kredit bоrcu vəfaiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 1864.03 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cümaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tamqaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmişaylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu vəfaiz borcunuKreditora qaytarmadığı üçün 09.02.2022-ciiltarixə 491 gün üçün hesablanmış faiz borcu 22.55 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumiməbləği 5 (beş) ilərzində 0.1% artıq olmamasışərti ilə cərimə ödəməlidir. 09.02.2022-ciiltarixə 491 gün üçün kreditmüqaviləsi üzrə hesablanmışcərimə 915.21 manat təşkiledir. Bundan başqa, Cavabdeh3 İddiaçı QSC ilə 04.09.2019-cu il tarixdə bağladığı 035A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtiilə 3174.11 (üç min yüz yetmiş dörd) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə 06.10.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmışaylıq üçün kredit bоrcu vəfaiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan ödəniş etməmiş və оnun iddiaçıya 3174.11 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cümaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmişaylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu vəfaiz borcunu Kreditora qaytarmadığı üçün 09.02.2022-ciiltarixə 491 gün üçün hesablanmış faiz borcu 38.40 manat təşkiledir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının illik 0.02 % məbləğində, lakin ümumiməbləği 5 (beş) ilərzində 0.1% artıq olmamasışərti ilə cərimə ödəməlidir. 09.02.2022-ciiltarixə 491 gün üçün kreditmüqaviləsi üzrə hesablanmışcərimə 1558.52 manat təşkiledir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq оlaraq krediti və faizi qaytarma planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hesablanmışcəriməni tələb etmək hüququna malikdir. Yuxarıda göstərilən kredit müqaviləsi üzrə Cavabdeh3 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh1 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən yuxarıda göstərilən krеdit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh3 ilə birgə məsuliyyət daşıyır və krеdit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə baxışını onların iştirakı olmadan keçirib qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh3 İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 5 il müddətinə 04 sentyabr 2019-cu il tarixdə müqavilələr əsasında 822.8 manat, 1864.03 manat və 3174.11 manat olmaqla üç müqavilə üzrə kredit götürmüşdür. Həmin kredit məbləğlərini hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh3 kredit müqavilələri üzrə bir müddət ödənişləri etsə, daha sonra maddi imkanı aşağı olduğundan ödəniş edə bilməmişdir. Kredit müqavilələri üzrə qalıq borcu qəbul edir. Lakin qalıq borcu Cavabdeh3 yalnız hissə-hissə ödəyə bilər. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən • Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. • Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. • Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. • Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. • Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 04.09.2019-cu u il tarixli 035A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh3 illik 1 faizlə 60 ay müddətinə 822.8 (səkkiz yüz iyirmi iki manat səksən qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.09.2019-cu u il tarixli 035A********** nömrəli kredit razılaşması üzrə Ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit razılaşmasının ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh3 822.8 manat məbləği illik 1 %-lə, 60 ay (1 il güzəşt müddəti tətbiq edilməklə) müddətinə aylıq 17 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 04.09.2019-cu u il tarixli 035A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh3 illik 1 faizlə 60 ay müddətinə 1864.03 (bir min səkkiz yüzaltmış dörd manat üç qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.09.2019-cu u il tarixli 035A********** nömrəli kredit razılaşması üzrə Ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit razılaşmasının ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh3 1864.03 manat məbləği illik 1 %-lə, 60 ay (1 il güzəşt müddəti tətbiq edilməklə) müddətinə aylıq 40 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan 04.09.2019-cu il tarixli 035A********** nömrəli Kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı QSC tərəfindən Cavabdeh3 illik 1 faizlə 60 ay müddətinə 3174.11 (üç min yüz yetmiş dörd manat on bir qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.09.2019-cu u il tarixli 035A********** nömrəli kredit razılaşması üzrə Ödəniş cədvəlindən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit razılaşmasının ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh3 3174.11 manat məbləği illik 1 %-lə, 60 ay (1 il güzəşt müddəti tətbiq edilməklə) müddətinə aylıq 68 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 04.09.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borclu Cavabdeh3nın 04.09.2019-cu u il tarixli 035A********** saylı, 04.09.2019-cu u il tarixli 035A********** nömrəli və 04.09.2019-cu il tarixli 035A********** nömrəli kredit müqavilələrindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan 23.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 04.09.2019-cu u il tarixli 035A********** nömrəli kredit razılaşması üzrə 09.02.2022-ci il tarixə 819.13manat əsas, 9.31 manat faiz, 402.17 manat cərimə borcu vardır. İş materiallarında olan 23.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 04.09.2019-cu u il tarixli 035A********** nömrəli kredit razılaşması üzrə 09.02.2022-ci il tarixə 1864.03 manat əsas, 22.55 manat faiz, 915.21 manat cərimə borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 23.02.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 04.09.2019-cu il tarixli 035A********** nömrəli kredit razılaşması üzrə 09.02.2022-ci il tarixə 3174.11 manat əsas, 38.40 manat faiz, 1558.52 manat cərimə borcu vardır. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, zamin durmuş digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilədə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə borc məbləği onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqavilələri üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, 09.02.2022-ci il tarixə Cavabdeh3 04.09.2019-cu u il tarixli 035A********** nömrəli müqavilə üzrə əsas borcu 819.13 manat, faiz borcu 9.31 manat, 04.09.2019-cu u il tarixli 035A********** nömrəli müqavilə üzrə əsas borcu 1864.03 manat, faiz borcu 22.55 manat və 04.09.2019-cu il tarixli 035A********** nömrəli müqavilə üzrə əsas borcu 3174.11 manat, faiz borcu 38.40 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdehlərdən müştərək qaydada iddiaçı bankın xeyrinə 04.09.2019-cu u il tarixli 035A********** nömrəli müqavilə üzrə əsas borcu 819.13 manat, faiz borcu 9.31 manat, 04.09.2019-cu u il tarixli 035A********** nömrəli müqavilə üzrə əsas borcu 1864.03 manat, faiz borcu 22.55 manat və 04.09.2019-cu il tarixli 035A********** nömrəli müqavilə üzrə əsas borcu 3174.11 manat, faiz borcu 38.40 manat borcun tutulmasını əsaslı hesab edir Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 04.09.2019-cu u il tarixli 035A********** saylı müqavilə üzrə 402.17 manat cərimə borcu, 04.09.2019-cu u il tarixli 035A********** saylı müqavilə üzrə 915.21 manat cərimə borcu və 04.09.2019-cu il tarixli 035A********** saylı müqavilə üzrə 1558.52 manat cərimə borcu, yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 04.09.2019-cu u il tarixli 035A********** saylı müqavilə üzrə 81 manata, 04.09.2019-cu u il tarixli 035A********** saylı müqavilə üzrə 186 manata və 04.09.2019-cu il tarixli 035A********** saylı müqavilə üzrə 317 manata endirilməlidir. Məhkəmə hesab edir ki, qeyd olunan cərimə məbləğlərinin tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, həmin cərimə məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə X1 arasında bağlanmış 04.09.2019-cu il tarixli 035A********** saylı, 04.09.2019-cu il tarixli 035A********** saylı və 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqavilələri ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 108 manat 40 qəpik manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər (borclu) Cavabdeh3, (zamin) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 819 manat 13 qəpik əsas borc, 9 manat 31 qəpik faiz borcu və 81 manat cərimə borcu, 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 1864 manat 03 qəpik əsas borc, 22 manat 55 qəpik faiz borcu və 186 manat cərimə borcu, 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 3174 manat 11 qəpik əsas borc, 38 manat 40 qəpik faiz borcu və 317 manat cərimə borcu olmaqla ümumilikdə 6511 manat 53 qəpik borc və 108 manat 40 qəpik dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 04.09.2019-cu il tarixli 035A********** saylı, 04.09.2019-cu il tarixli 035A********** saylı və 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqavilələri ləğv edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər (borclu) Cavabdeh3, (zamin) Cavabdeh1 və (zamin) Cavabdeh2 müştərək qaydada 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 819 manat 13 qəpik əsas borc, 9 manat 31 qəpik faiz borcu və 81 manat cərimə borcu, 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 1864 manat 03 qəpik əsas borc, 22 manat 55 qəpik faiz borcu və 186 manat cərimə borcu, 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqaviləsi üzrə 3174 manat 11 qəpik əsas borc, 38 manat 40 qəpik faiz borcu və 317 manat cərimə borcu olmaqla ümumilikdə 6511 manat 53 qəpik borc və 108 manat 40 qəpik dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 04.09.2019-cu il tarixli 035A********** saylı, 04.09.2019-cu il tarixli 035A********** saylı və 04.09.2019-cu il tarixli 035A********** saylı kredit müqavilələri ləğv edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-457/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-457/2022
27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver