Məhkəmə qərarları › İş №e-2(025)-482/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-482/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-482/2025 03.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 1321.52 manat borc və 35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onun əsaslandırmışdır ki, o, “SMART ELECTRONİCS” mağazasınin sahibi işləyir. X1 xx.xx.2024-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən SMART ELECTRONİCS mağazasından ümumi dəyəri 1574 manat 48 qepik dəyərində “ütü raf 1256B Duxofqa Fiver camili ütü Raf 1153 Blender Bosh MSM24500 Soyuducu Vestel RM680BF3EL” modelli mallar almişdir.xx.xx.2024 cü il tarixli ödəniş qrafikinə əsasən 1574 manat 48 qepik puldan ilkin olaraq 700 manat ilkin ödəniş vermiş və qalan məbləgi her ayin 23-ünə qədər 3 ay müddətində 3.476 faziz dərəcəsi ilə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh qeyd olunan müqavilənin şərtlərini yerinə yetirməyərək, bu günədək ödəniş qrafiki üzrə Heç bir ödəniş yerine yetirməmişdir. Cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Nəticədə cavabdehin mənə 874 manat 48 qəpik əsas və gecikdirilmis 260 gündə yaranmiş 447 manat 04 qəpik cərimə borcu olamqla cəmi manə 1321 manat 52 qəpik ödənməmiş borcu vardir. İşdə olan 23 aprel 2024-cü il tarixli nisyə satış Müqaviləsinin surətinə əsasən Cavabdeh 1574.48 manat dəyərində “ütü raf 1256B Duxofqa Fiver camili ütü Raf 1153 Blender Bosh MSM24500 Soyuducu Vestel RM680BF3EL” almışdır. Müqaviləyə əlavə edilmiş 007489 nömrəli Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 874.48 manat məbləğində məişət avadanlığının ödənişini xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli arayışın surətinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixli, müqavilə üzrə 874.48 manat əsas, 447.04 manat cərimə borcu vardır. İşdən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək, 874.48 manat borclu qalmış və 447.04 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə,..... həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı xeyrinə Cavabdeh 874.48 manat əsas borc, dövlət rüsumuna görə 30 (otuz) manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 874.48 manat əsas borc, 10 manat cərimə və dövlət rüsumuna görə 30 manat pul alınıb İddiaçı hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar