Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-494/2024 07.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4209 (dörd min iki yüz doqquz) məbləğində faizlərlə birlikdə qalıq borc, 3120 AZN penya məbləği, 98 (doxsan səkkiz) AZN məbləğində ödənilmiş dövlət rüsumu və 320 (üç yüz iyirmi) AZN vəkil xidmətinə görə ödənilmiş məbləğ, cəmi 7747 (yeddi min yeddi yüz qırx yeddi) AZN tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağladıqları 21 iyul 2023cü il tarixli 1067 saylı Lombard kredit müqaviləsinə (bundan sonra “Müqavilə”) əsasən cavabdehə 62 (altmış iki) təqvim günü müddətində 5000 (beş min) AZN məbləğində lombard krediti verilmişdir ki, bu da cavabdeh tərəfindən imzalanmış 21 iyul 2023-cü il tarixli qəbzlə təsdiq olunur. Müqavilənin 2.3-cü bəndinə əsasən cavabdeh iddiaçıya hər təqvim günü üçün Borc məbləğinin 0.49% (sıfır,qırx doqquz) faizi miqdarında faiz ödəməli idi. Həmin faizin hesablanma müddəti Müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş Borc məbləğinin verilmə günündən, yəni xx.xx.2023-cü ildən başlayır. 5000 AZN-in hər gün üçün ödənilməli 0,49 faizi 24,5 AZN təşkil edir. Borcun 62 təqvim günü ərzində faizlə birgə qaytarılmalı olduğunu nəzərə alsalar, cavabdehin faizlərlə birlikdə ödəməli olduğu məbləğ 5000 əsas borc + 1519 (62 gün x 24,5 AZN) faiz borcu = 6519 AZN edir. Cavabdeh tərəfindən son ödəniş xx.xx.2023-cü il tarixində olmqala cəmi 2310 AZN pul ödənilmiş və həmin tarixə onun faizlərlə birlikdə ödənilməmiş borcu 4209 AZN təşkil edir. Cavabdehdən faizlərlə birlikdə borcundan əlavə, xx.xx.2023-cü ildən hesablanmaqla xx.xx.2024-cü ilədək olan 127 gün üçün də hər günə gündəlik ödəmənin 100 (bir yüz) %-i miqdarında penya tutulmalıdır ki, bu da 127 gün x 105 AZN (gündəlik ödənilməli olan məbləğ) = 13.353 AZN edir. Lakin götürülmüş borcun məbləğini və cavabdehin maddi vəziyyətini nəzərə alaraq penya tutulan günlərin sayını 30 gün hesab edirlər. Beləliklə, cavabdehdən tutulmalı penyanın məbləğini 30 gün x 105 AZN (gündəlik ödənilməli olan məbləğ) = 3120 AZN qəbul edirlər. Cavabdeh əsas borcu, əsas borc üzrə ödəməli olduğu faizləri və penyanı ödəməkdən yayınır. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, heç bir nəticəsi yoxdur. Ona görə də vəkil xidmətlərindən istifadə etməklə, müvafiq miqdarda dövlət rüsumu ödənilməklə məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göründüyü kimi, cavabdehdən 4209 (dörd min iki yüz doqquz) məbləğində faizlərlə birlikdə qalıq borc, 3120 AZN penya məbləği, 98 (doxsan səkkiz) AZN məbləğində ödənilmiş dövlət rüsumu və 320 (üç yüz iyirmi) AZN vəkil xidmətinə görə ödənilmiş məbləğ, cəmi 7747 (yeddi min yeddi yüz qırx yeddi) AZN tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddiaçıya məxsus VÖEN olduğunu, lakin cavabdehə məxsus VÖEN olduğundan xəbərsiz olduğunu, işin kommersiya məhkəməsinə göndərilməsinə münasibət bildirməyi məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığı aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, eyni zamanda “Elektron məhkəmə” sistemi ilə axtarış edilmiş və bu zaman İddiaçı MMC-nin və Cavabdeh fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir. (İddiaçı MMC, VÖEN **********, Cavabdeh VÖEN **********, Azərbaycan Respublikası Vergilər Nazirliyi, faktiki ünvan ünvan 1v 89, mənzil 12). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPMin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İddia tələbinin mahiyyəti və məhkəmə tərəfindən araşdırılan hallardan məlum olur ki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən qaynaqlanan əmlak münasibətlər mövcud olmuş və yaranmış mübahisə də bilavasitə tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış borc-pul tələbi ilə bağlıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-494/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-494/2024
07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver