Məhkəmə qərarları › İş №e-2(025)-508/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-508/2025

10.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-508/2025 10.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə (eyni zamanda ilkin iddia üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) iştirakları ilə İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 dəymiş maddi zərərin əvəzi olaraq 1950 (min doqquz yüz əlli) manat məbləğində pulun və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması (başqa cavabdehin əlavə edilməsi) barədə vəsatət verərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qaydada 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində pul, ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun ona ödənilməsi və ekspertizanın aparılması üçün sərf edilmiş 300 (üç yüz) manatın cavabdehlərə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı “başqa cavabdehin əlavə edilməsi” barədə vəsatəti təmin edilmiş, Nümayəndə (AA*******) “mülki iş üzrə cavabdeh kimi işə cəlb olunmuşdur. xx.xx.2025-ci il tarixdə cavabdeh Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddiada cavabdeh İddiaçı ona vurulmuş ziyana görə 4020 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icrrata götürülərək ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. İşin faktiki halları: İlkin iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 30 noyabr 2024-cü il tarixdə saat təxminən 17:00 radələrində özünə məxsus “Mıtsubıshı Lancer” minik markalı, 99-XP574 dövlət qeydiyyat nişanlı avtomobillə Qəbələ rayonu Nohurqışlaq kəndində hərəkətdə olarkən 1 baş iri buynuzlu heyvan olan inək asvalt yolda qarşısına çıxmışdır. O, hadisədən yayına bilməmiş, nəticədə həmin inəyi asvalt beton örtüklü yolda vurmuşdur. Həmin vaxt inəyin sahibi inəyin yanında olmamışdır. Həmin hadisəndən sonra Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən 30 noyabr 2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Qəbələ Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı ona məxsus “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)-657/2024 nömrəli qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 100 (bir yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmənin sözügedən qərarından Cavabdeh1 tərəfindən şikayət verilməmiş və qərar öz qanuni qüvvəsini almışdır. Hadisə zamanı avtomobilinə 1950 manat maddi zərər dəymişdir. Ona dəymiş ziyan bu günə qədər cavabdeh tərəfindən ödənilməmişdir. O isə bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin diqqətin ona çatdırır ki, avtomobilinə dəymiş ziyanın məbləği ümumilikdə 1950 manat etmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə ziyan aktı tərtib edilmişdir. Cavabdeh1 isə ona məxsus olan “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurması Qəbələ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(025)- 657/2024 nömrəli qərarı ilə sübuta yetirilməkdədir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia tələbi qanunsuz və əsassızdır. Ona məxsus iribuynuzlu heyvan, inək xx.xx.2024-cü il tarixdə saat 14:40 radələrində avtomobil yoluna çıxaraq cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi ilə toqquşmuşdur. İnəyin avtomobil yoluna çıxmasına səbəb həmin vaxt yol idarəsi tərəfindən avtomobil yolunda aparılan təmir işləri ilə bağlı otlaq sahəsinin müəyyən hissəsində hasarın yararsız vəziyyətə salınması olmuş, qapalı otladığı yerdən heyvan həmin yerdən yola çıxmışdır. Həmin yolda sürət həddi aşağı saatda 30 km olduğu üçün toqquşma halında da sürücü xəsarət almamış, maşına onun guya ziyan aktında qeyd etdiyi ziyan dəyməmişdir. Maşının əsl mülkiyyətçisi X4r. İlkin iddia ərizəsi əsl olmayan iddiaçı tərəfindən verilmişdir. Hadisə günü “Mitsubushi Lancer" minik markalı **- XP-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı qanunsuz olaraq idarə etmiş, nəqliyyat vasitəsini idarə etməklə bağlı etibarnamə qəzadan sonra alınmışdır. Həmin etibarnamə ilə əmlaka vurulmuş hər hansı ziyanı əslində belə bir ziyan mövcud deyil, İddiaçı tələb edə bilməzdi. Qəzadan sonra İddiaçı təkrar hadisə olan əraziyə gələrək heyvanın sahibini müəyyənləşdirməkdən ötrü onun qulağında qeyd olunan məlumatları oxumaqdan ötrü heyvanı çay ərazisi deyilən yerdə qovaraq kanala sıxışdırmışlar, onu yıxıdaraq ağacla döymüşlər, heyvanın qarın nahiyəsi cırılmışdır. Yaralı vəziyyətdə heyvan yaşadığı evin qarşısında tələf olmuş, heyvanın içalatı bayıra tökülmüşdür. Məktəbdən gələn azyaşlı uşaqlarım heyvanı həmin vəziyyətdə görərək qorxuya düşmüşlər. Uşaqlara psixiloji yardım göstərilməsi üçün X7 müraciət etmişdir. Heyvanın cavabdeh tərəfindən döyülərək tələf olması ilə əlaqədar Bakı Baytarlıq İdarəsinə şikayət etmiş, onlar müraciətini rayon şöbəsinə yönəltmişlər. Tələf olunan inək onun mülkiyyətində olmuşdur, qarnında balası olmuşdur. Belə ki, "elektron kənd təsərrüfatı" - e agro elektron portalında həmin heyvan onun adına qeydiyyata alınmışdır. Həmin heyvanın bazar qiyməti 1900 manat olmuşdur. Heyvan hər gün sağılırmış, günə 6 litr süd verirmiş, günə 9 manat gəlir əldə edirmiş. Bir ay üzrə 270 manat təşkil edirmiş. Heyvanın tələf olduğu vaxtdan bu günə kimi 6 ay ərzində 270 azn x 6= 1620 manat gəlirdən məhrum olunmuşdur. Heyvan iyun əvvəli bala verməli imiş. Balası da heyvanın qarnında tələf olmuşdur. Heyvanının balasının bazar qiyməti 400 azn, heyvan bala verdikdə dövlət verdiyi 100 manat məbləğində fermer kartına yüklənməli olan 100 azn gəlirdən məhrum olmuşdur. Nəticədə cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona 4020 (dörd min iyirmi) manat məbləğdə ziyan dəymişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda bildirdi ki, ilkin iddia tələbində 1950 manat tələb etmiş, lakin sonradan cavabdehin vəsatəti ilə iş üzrə ekspertiza keçirilmiş və dəymiş zərərin həcmi 1770 manat müəyyən edilmişdir, o da hazırda həmin məbləğin cavabdehlərdən tutularaq ona ödənilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Nümayəndə (eyni zamanda ilkin iddia üzrə Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi) qarşılıqlı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X5 şahid qismində verdiyi izahatında göstərmişdir ki, hadisə baş verdiyi zaman kafedən magazaya gedirmiş. Gedərkən əlində telefon var imiş və başı telefona qarışıq imiş. Sonra səs gəldiyi üçün başını qaldırmış, maşının inəyi vuraraq yolun kənarına atdığını görmüşdür. Telefona baxdığı üçün hadisənin başlama anını tam görməmişdir. Hadisəni görən digər şəxslərlə birlikdə inəyin kimin olduğunu aydınlaşdırmağa çalışmışlar. İnək bir müddət orada dayanmış, daha sonra isə hara getdiyini görməmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi (atası) X3 iştirakı ilə dindirilən X8 şahid qismində verdiyi izahatında göstərmişdir ki, əmisi oğlu ilə birlikdə çörək almaq üçün mağazaya gedirmişlər. Birdən səs eşitmişlər, baxanda görmüşlər ki, bir maşın inəyi vurubdur. İnək də yolun kənarında ayaq üstə dayanmış və qarnından da qan gəlirmiş. Sonra bir ədəd ağ rəngli “pikap” markalı maşın yaxınlaşmış və inəyin qulağında olan “bilka”-nı almaq istəyirmiş. Lakin inək kanal tərəfə doğru getmiş və maşın da onun ardı ilə getmişdir. Onlarda maşının ardı ilə qaçaraq getdikdə görmüşlər ki, inək kanal tərəfdə dayanıb. Həmin adamlar inəyə daş atmışlar. Həmçinin inəyin qarnının yırtıldığını da görmüşlər. Onlar inəyin sahibinə atmaq məqsədi ilə inəyin şəkillərini çəkmişlər və inəyin sahibi Cavabdeh1 göndərmişlər. Ağ rəngli “pikap” markalı maşındakılar inək qaçmasın deyə saxlamaq məqsədi ilə inəyə daş atmışlar. Ağ maşın oranı tərk etdikdən sonra isə onlar inəyi cavabdehin evi tərəfə sürərək ötürmüşlər. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında X9 şahid qismində verdiyi izahatında göstərmişdir ki, İddiaçıla şərikli qapı-pəncərə mağazası işlədirlər. Avtomobil ona məxsusdur. Bir-birlərinin maşınını idarə edirlər, bu barədə də bir-birlərinə etibarnamə vermişlər. Hadisə baş verən gün İddiaçı ona zəng vurmuş ki, Vəndam yolunda inək yola çıxmış və oa da maşınla inəyi vurmuşdur. O, hadisə yerinə çatanadək DYP əməkdaşı orada olmuşlar. Demişlər ki, maşınla inək vurulub, həmin vaxt inək kənd tərəfdə kolların yanında imiş. DYP əməkdaşından soruşanda o demiş ki, inəyin qulağında birka var, birkanın şəklini çəksinlər, inəyin sahibi məlum olacaqdır. Onlar inəyə yaxınlaşmışlar, həmin vaxt orda həmin kənddən olan 2 nəfər uşaq var imiş.Onlar inəyə yaxınlaşanda inək kənd tərəfə gedirmiş, qarnı da cırılmışdır. Görmüşlər ki, inəyin qarnı maşının krelinə keçib cırılıb, çünki maşının krelində inəyin dərisi və qan izləri var idi. Onlar uşaqlardan inəyin sahibini tanıdıqlarını soruşduqda uşaqlar kimin inəyi olduğunu deyə bilməmişlər. İnəyin birkasının şəklini çəkmişlər, DYP əməkdaşı kimin inəyi olduğunu öyrənmişdir. Zəng vurmuşlar, ağsaqqal bir kişi gəlmişdir. Gələn adam da DYP əməkdaşının həmkəndlisi imiş. DYP əməkdaşı həmin kişiyə demiş ki, öz aranızda razılaşın, dəymiş ziyanı ödəyin, iş məhkəməyə getməsin. Onlar təklif etmişlər ki, maşının kapotu ilə buferini alsınlar, maşını özləri təmir edəcəkdir. Əvvəl həmin kişi razılaşmış, bundan sonra onun yanına bir nəfər cavan oğlan gəlmiş, səhv etmirsə, həmin kişinin oğlu imiş. Həmin oğlan demiş ki, onlara heç nə verməyəcəklər, məhkəmədə görüşərlər. Onlar dadəymiş ziyan aktını çıxartmışlar, onunla razılaşmamışlar. Ekspertiza keçirilən gün o da gəlmiş, ekspert maşına baxmışdır. Verdiyi rəy ilə də razıdırlar. Məhkəmə proses iştirakçılarınınvə şahidlərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin iddia təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)- 657/2024 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 30 noyabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu Nohurqışlaq kəndi ərazisində özünə məxsus iri buynuzlu heyvanı asfalt örtüklü beton yola ötürmüş və nəticədə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsi zamanı “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Bu səbəbdən Cavabdeh1 barəsində İXM-nin 338.7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan AD № 818021 nömrəli “X1 Şəhadətnaməsi”ndən görünür ki, “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Etibarnamədən görünür ki, X10 tərəfindən “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobil idarə etmək üçün xx.xx.2028-ci il tarixə qədər İddiaçı etibar edilmişdir. İş materiallarında olan 02 dekabr 2024-cü il tarixli “Ziyan Akt”ından görünür ki, hadisə nəticəsində “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1950 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmənin 22 aprel 2025-ci il tarixli, e-2(025)-508/2025 nömrəli qərardadı ilə məhkəmə avtotexniki əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. "xxxx" MMC-nin 15may 2025-ci il tarixli, ƏEM/M 31-221/25 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin həcmi 1770 (bir min yeddi yüz yetmiş) manat təşkil edir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)- 657/2024 nömrəli qərarı ilə Cavabdeh1 təqsiri müəyyən olunmuş və təqsirinin nəticəsində “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəyməsi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)-657/2024 nömrəli qərarı ilə sübuta yetmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, ikin iddiaçı iddia tələbində cavabdehdən 1950 manat məbləğində maddi ziyan tutulmasını tələb etmişdir. "xxxx" MMC-nin 15 may 2025-ci il tarixli, ƏEM/M 31-221/25 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixə “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin həcmi 1770 (bir min yeddi yüz yetmiş) manat təşkil edir. İlkin iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə isə cavabdehlərdən 1770 (bir min yeddi yüz yetmiş) manat maddi ziyanın ödənilməsini təşkil etmişdir. Məhkəmə bu səbəbdən ilkin iddia üzrə cavabdehlərdən ilkin iddiaçının xeyrinə 1770 manat maddi zərərin tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 1770 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Nümayəndə iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Hazırkı ilkin və qarşılıqlı iddia ərizələrindən görünür ki, həm ilkin iddiaçı, həm də qarşılıqlı iddiaçı bir-birindən dəymiş zərərin ödənilməsini tələb edirlər. Belə ki, ilkin iddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə məxsus olan iri buynuzlu heyvan ilə istifadəsində olan nəqliyyat vasitəsinin toqquşması nəticəsində avtomobilinə dəymiş ziyanın ödənilməsini, qarşılıqı iddiaçı isə həmin hadisə nəticəsində iri buynuzlu heyvanın (inək) ölümünə görə dəymiş zərəri tələb etməməkdədir. Göründüyü kimi ilkin və qarşılıqlı iddialar bir-birinə qarşı yönəlmişdir, ilkin iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırır. İşin hallarından görünür ki, cavabdehlər Cavabdeh1 və Nümayəndə məxsus iri buynuzlu heyvan ilə İddiaçı məxsus “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşmasında hüquqa zidd əməlin və həmin hüquqa zidd əməlin təqsirli olaraq Cavabdeh1 tərəfindən edilməsi Qəbələ Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 3(025)-657/2024 nömrəli qərarı ilə sübuta yetirilməkdədir. Beləliklə də, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı hüquqa zidd əməl törətməsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən qarşılıqlı iddia tələbi rədd edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı Nümayəndə ona məxsus olan iribuynuzlu heyvanın avtomobillə toquşması nəticəsində deyil, İddiaçı iribuynuzlu heyvan olan inəyin ağacla döyülərək öldürülməsi bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Qarşılıqlı iddiaçının məhkəməyə gətirdiyi şahid X2 verdiyi ifadə ilə bağlı məhkəmə qeyd edir ki, həmin şahid ifadəsində İddiaçı tərəfindən inəyin döyülərək öldürülməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Həmçinin qarşılıqlı iddiaçının məhkəməyə dəvət etdiyi şahid Əmiralı Əliyev məhkəmə iclasında verdiyi ifadəsində ağ rəngli “pikap” markalı maşında olan şəxslərin inəyə daş atmasını qeyd etsə də, onun ifadəsi digər sübutlarla ziddiyyət təşkil etmişdir. Həmçinin, qarşılıqlı iddiaçının dəvət etdiyi şahid X8 qarşılıqlı iddiaçının əmisi oğlu olmaqla iş üzrə maraqlı şəxs olub onu dəvət etmiş şəxsin mövqeyinə uyğun ifadə vermişdir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Qarşılıqlı iddiaçı isə qarşılıqlı iddiasını sübuta yetirə bilməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçı “Mıtsubıshı Lancer” minik markalı, **- XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinin X10 olduğunu, bu səbəbdən İddiaçı subyektiv hüquqa malik olmamasını göstərmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 aprel 2022-ci il tarixli Plenumun qərarında göstərilmişdir ki, Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Həmin qərarda həmçinin göstərilmişdir ki, Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Göründüyü kimi nəqliyyat vasitəsini idarə etməyə dair etibarnamənin olması avtomobili etibarnamə ilə idarə edən şəxsin mülki hüquq məsuliyyətini yaradır. Belə olduğu halda eyni zamanda avtomobilə dəymiş zərərə görə də “Mıtsubıshı Lancer” minik markalı, **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyə etibarnaməsi olan İddiaçı dəymiş maddi zərəri cavabdehlərdən tələb etməsinə subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ilkin iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 1770 (bir min yeddi yüz yetmiş) manat alınıb İddiaçı verilməli, iddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, 37,70 (otuz yeddi manat yetmiş qəpik) manat dövlət rüsumu Cavabdehlər Cavabdeh1 və Nümayəndə tutularaq ilkin iddiaçıya verilməlidir. Qarşılıqlı iddia isə təmin edilmədiyindən qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Nümayəndə aid edilməlidir. Aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 və Nümayəndə tutulаrаq "xxxx"nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 1770 (bir min yeddi yüz yetmiş) manat və 37,70 (otuz yeddi manat yetmiş qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Nümayəndə aid edilsin. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 və Nümayəndə tutulаrаq "xxxx"nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar