Məhkəmə qərarları › İş №e-2(025)-527/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-527/2025

29.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-527/2025 29.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı «"xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh1 iştirakları ilə İddiaçı «"xxxx" X4 Səhmdar Cəmiyyətinin cavabdeh (mərhum) X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı «"xxxx" X4 Səhmdar Cəmiyyəti cavabdeh (mərhum) X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, iddiaçı "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 174sBKS/21 saylı kredit müqaviləsi üzrə 281,31 manat əsas və 1,03 AZN faiz olmaqla, cəmi 282,34 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 30,40 AZN məbləğində vəsaitin vərəsələri, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 174sBKS/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 29% olmaq şərtilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Cavabdeh xx.xx.2024-cü il tarixində vəfat etmişdir. Qəbələ Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin məlumatına əsasən cavabdehin vərəsələri olduğu müəyyən edilmişdir. Bu isə həmin şəxslərin mərhumun hüquqi varisləri olması anlamına gəlir. Lakin cavabdeh Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1309-cu maddəsində qeyd edildiyi kimi hərəkət etməyərək mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat verməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı "xxxx" ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh X3 iddianı qəbul edərək izahatında göstərdi ki, mərhum X3 onun oğludur. Oğlu cavan yaşında özünü öldürmüşdür. Oğlunun ölümü ona çox pis təsir etmiş və bu günə qədər də özünə gələ bilməmişdir. Bankın tələb ediyi məbləğ əslində böyük məbləğ deyildir. Lakin bankın əməkdaşları onunla çox kobud rəftar etmiş, ona pis münasibət bəsləmişlər. Bankın əməkdaşlarının hərəkətlərindən narazıdır və bununla bağlı onların rəhbərliyinə şikayət edəcəkdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh2 iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materillarında olan "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 174sBKS/21 saylı “Kredit müqaviləsi”ndən görünür ki, həmin müqaviləyə əsasən "xxxx" KB ASC tərəfindən cavabdeh X2 illik 29 faizlə 60 ay müddətinə 300 manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X1 xx.xx.2025-ci il tarixə 281,31 manat əsas, 1,03 manat faiz, cəmi 282,34 manat borcu vardır. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024cü il tarixli, AZ-İİ seriyalı, 458835 nömrəli «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, X3 “qırtlaq və traxeyanın bərk əzilməsi” səbəbindən xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 989 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Problemli istehlak kreditləri üzrə məhkəmələrlə iş departamentinə 21 yanvar 2025-ci il tarixdə ünvanlanmış 168 saylı məktubda göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş, xx.xx.1999-cu il təvəllüdlü X1 adına Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində 458 reyestr nömrəli xx.xx.2024-cü il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsəsi ünvan 1anında qeydiyyatda olan atası Cavabdeh1 və ünvan 1anında qeydiyyatda olan anası Cavabdeh2dır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Mülki işin materiallarından göründüyü kimi, "xxxx" KB ASC ilə X3 arasında bağlanan xx.xx.2021-ci il tarixli, 174sBKS/21 saylı kredit müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit limiti ayrılmışdır. X3 “qırtlaq və traxeyanın bərk əzilməsi” xəstəliyindən xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Qəbələ regional ASAN xidmət mərkəzində Notariat Ofisinin 21 yanvar 2025-ci il tarixli, 168 saylı məktubu ilə mərhum X1 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri Cavabdeh1 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından göründüyü kimi X1 xx.xx.2025-ci il tarixə xx.xx.2021-ci il tarixli, 174sBKS/21 saylı kredit müqaviləsi üzrə 281,31 manat əsas, 1,03 manat faiz ə borcu vardır. Buna görə də «"xxxx" KB ASC Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ünvanladığı “kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair bildiriş” ünvanlayaraq bildirişdə "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 174sBKS/21 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 60 ay müddətinə 300 manat məbləğində kredit verildiyi onların nəzərinə çatdırılmaqla həmin kredit müqaviləsi üzrə yaranmış 281,31 manat məbləğində əsas borcun, 1,03 manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmişdir. Həmin bildirişdə borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi onlara bildirilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında bigrə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsvirici-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Qanunvericiliyin şərh olunan müddəalarını və işin məlum hallarını sistematik təhlil edərək və nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi X1 vərəsələri olan, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi mərhum X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 olması müəyyən edilmişdir. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından (mərhum) X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyırlar və kredit müqaviləsi üzrə əsas borc onlardan tutulmalıdır. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 30 (otuz) manat dövlət rüsumu və 0,4 (qırx qəpik) manat xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (mərhum) X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 281,31 manat əsas borc, 1,03 manat faiz borcu və 30,40 manat dövlət rüsumu iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh (mərhum) X1 vərəsələri Cavabdeh1 və Cavabdeh2 281,31 manat əsas borc, 1,03 manat faiz borcu və 30,40 manat dövlət rüsumu iddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar