Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-528/2025 17.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərəin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, dəymiş zərərin ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərəin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq istifadəsində olan Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən 2,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində becərilən yonca məhsulunun 2025-ci ilin yanvar ayında şumlanaraq məhv edilməsi nəticəsində 6000,0 manat məbləğində maddi zərər çəkdiyini göstərib həmin məbləğin və 500,0 manat hüquqi xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, o, Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən özünə məxsus olan torpaq sahəsində fərdi təsərrüfatla məşğul olur və yaxınlıqda olan 5,28 ha boş ərazidə yerləşən 2,0 ha torpaq sahəsini altı il bundan qabaq tutaraq ötən müddətdə heç kim tərəfindən etiraz edilmədən fasiləsiz qaydada istifadə etmişdir. 2022-ci ildə həmin torpaq sahəsində yonca məhsulu becərmiş və hər il mövsüm vaxtı biçərək faydalanmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh növbəti biçindən qabaq ona məxsus olan 2,0 ha yonca sahəsini şumlayaraq taxıl əklmiş və xx.xx.2025-ci il tarixdə X3 ilə icarə müqaviləsi bağlayaraq torpaq sahəsinə qanunsuz yolla yiyələnmişdir. Halbuki, torpaq sahəsinin X1 mülkiyyətində olduğu, yaxud bələdiyyə və meşə fonduna daxil olduğu müəyyən deyil. Cavabdeh hərəkətləri nəticəsində ona cəmi 6000,0 manat miqdarında maddi zərər dəymiş və könülü qaydada ödənilməsindən imtina edilmişdir. Ona görə də, Cavabdeh 6000,0 manat və 500,0 manat hüquqi xidmət haqqı alınaraq ona verilməsi barədə iddia qaldırmışdır. İddiaçının nümayəndəsi Nümayəndə İddiaçı izahatında göstərilən xüsusatları eyni ilə təsdiq edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Qəbələ rayonu Zarağan kəndində yaşayır və fərdi təsərrüfatla məşğul olur. 2024cü ildə Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən X12 məxsus olan 1,21 ha, X6 məxsus olan 0,76 ha, X2 məxsus olan 1,0 ha X8 məxsus olan 1,0 ha və X15 məxsus olan 0,38 ha, ümumilikdə 4,5 ha kənd təsərrafatı təyinatlı torpaq sahəsini 10 il müddətinə icarəyə götürmüş və şumlayaraq arpa əkmişdir. Torpaq mülkiyyətçiləri ilə müqavilələr şifahi bağlanmış, həmin torpaq sahələrinə dair sənədlərin surətləri ona verilmiş və əldə olunan məhsuldan hər birinin pay alması razılaşdırılmışdır. İddiaçı yaxınlıqda fəaliyyət göstərən balıqçılıq təsərrüfatnı idarə edir və icarəsində olan torpaq sahələrinə gedən yolu bağladığı üçün aralarında mübahisə yaranmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən **********07 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,0495 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7 beş nəfərlik ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən **********46reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,3772 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X13 beş nəfərlik ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ əsasında **********1 qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən **********44 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu Zarağan kəndində yerləşən 1,09747 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 dörd nəfərlik ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətinə əsasən **********73 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində ölçüləri və koordinatları göstərilən Qəbələ rayonu Zarağan kəndində yerləşən 0,7594 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 beş nəfərlik ailə üzvlərinin adına ümumi birgə mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə xx.xx.2025ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan JN-0008 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətinə əsasən planda sərhədləri göstərilən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 1,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Qəbələ rayon AİK-nın xx.xx.2002-ci il tarixli 03 saylı qərarı ilə X9 beş nəfərlik ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh Qəbələ rayonu Zarağan kəndi ərazisində, eyni massivdə yerləşən X17, X10, X3, X14 və X15 məxsus olan ümumilikdə 4,5 ha kənd təsərrafatı təyinatlı torpaq sahəsindən faktiki surətdə istifadə edir. Həmin massivdə yerləşən 2,0 ha kənd təsərrafatı təyinatlı torpaq sahəsinin İddiaçı hər hansı bir hüquqla məxsus olması müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquq və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Həmin Məcəllənin 14.2.4-cü maddəsinə əsasən qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsasını təşkil edir. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. AR Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Qəbələ rayonu Zarağan kəndi ərazisində yerləşən X17, X10, X3, X14 və X15 məxsus olan ümumilikdə 4,5 ha kənd təsərrafatı təyinatlı torpaq sahələri ilə eyni massivdə yerləşən 2,0 ha kənd təsərrafatı təyinatlı torpaq sahəsinə girmək və ərazidən hər hansı bir məqsədlə istifadə etmək hüququ olmadığından həmin ərazidə becərilən yonca məhsulunun şumlanaraq məhv edilməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı deyil. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-528/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-528/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver