Məhkəmə qərarları › İş №e-2(025)-539/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-539/2025

11.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-539/2025 11.04.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı X1-Bank Kredit Təşkilatının Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X2 İddiaçı X1-Bank Kredit Təşkilatı Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Finca Azerbijan» MM QBKT Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia qaldıraraq xeyrinə 958.46 manat əsas, 78 manat faiz, 92.07 manat cərimə borcu olmaqla, cəmi 1128.53 manat məbləğində borc və 31.29 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********1169 saylı kredit müqaviləsinə əsasən borcluya ailəkəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min manat) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 138 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada,yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan,üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin xx.xx.2022ci il tarixli **********1169 saylı kredit müqaviləsi, xx.xx.2023-cüil tarixli **********0826 saylı hesab nömrəli sazişlə illik 16 % dərəcəsi olmaqla 17 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, borc 1398.00 manat müəyyən edilmişdir. Sazişin 3-1.1 bəndinə əsasən, Kredit alan və zamin bu Sazişi imzalamaqla götürdüyü zaminlik öhdəliklərinin bu Sazişilə müəyyən edilmiş şərtlərə münasibətdə də davam etdiyini təsdiq və qəbul edirlər. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə>indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 958.46 manat, faiz borcuna görə 78.00 manat, cərimə borcuna görə 92.07 manat, cəmi 1128.53 (min yüz iyirmisəkkiz manat, əlli üç qəpik) manat təşkil edir. İşdə olan 26 sentyabr 2022-ci il tarixli **********1169 saylı kredit müqaviləsinin surətinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi,həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 28.00% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 2000 (iki min manat) manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.1-ci bəndinə əsasən kredit verən kredit alana sonuncunun ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 18 ay müddətinə 2000,00 manat məbləğində pul vəsaitini (bundan sonra “kredit”) verməyi, Kredit Alan isə verilmiş krediti, o cümlədən Kredit üzərində hesablanan faizləri və digər ödənişləri, vaxtında Kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışının surətinə əsasən, Cavabdehnın 26 sentyabr 2022-ci il tarixli **********1169 saylı kredit müqaviləsi üzrə 958.46 manat əsas, 78 manat faiz və 92.07 manat cərimə borcu olmaqla, cəmi 1128.53 manat borcu vardır. İşdən görünür ki, Cavabdeh 26 sentyabr 2022-ci il tarixli **********1169 nömrəli Müqavilə üzrə aldığı əşyanın dəyərini qismən ödəyərək, 958.46 manat əsas, 78 manat faiz və 92.07 manat cərimə hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31 (otuz bir) manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MM QBKT-nın xeyrinə Cavabdeh 26 sentyabr 2022-ci il tarixli **********1169 nömrəli Müqaviləyə əsasən 958.46 manat əsas borc, 78 manat faiz borc, dövlət rüsumuna görə 31 manat tutulmalı və cərimə məbləği əsas borca mütənasib olaraq birrəqəmli həddə endirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 26 sentyabr 2022-ci il tarixli **********1169 nömrəli Müqavilə üzrə 958.46 manat əsas borc, 78 manat faiz borc, 10 manat cərimə borcu və dövlət rüsumuna görə 31 manat pul alınıb İddiaçı MM QBKT-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar