Məhkəmə qərarları › İş №e-2(025)-55/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-55/2025

21.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-55/2025 21.02.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı “Kapital” Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2024-cü il tarixli, BRCB5718763B218 saylı kredit müqaviləsinə əsasən 100 manat əsas, 19.23 manat faiz, cəmi 119.23 manat, xx.xx.2024-cü il tarixli GTZK5718762B218 saylı kredit müqaviləsinə əsasən 4962.35 manat əsas, 770.81 manat faiz, cəmi 5733.16 manat olmaqla, ümimilikdə 5852.39 manat borc və ödənilmiş 78.52 manat dövlət rüsumu tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasındaelektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2024-cü il tarixli BRCB5718763B218 saylı Kredit müqaviləsinə əsasən onun kartına 56 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə 1000 AZN olan kredit vəsaiti mədaxil edilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq kart filialdan əldə edilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasındaelektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli GTZK5718762B218 saylı Kredit müqaviləsinə əsasən onun kartına 35 ay müddətinə, illik 21.2 faiz dərəcəsi ilə 5300 AZN olan kredit vəsaiti mədaxil edilmişdir.Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan əldə edilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqavilələri, bu müqavilələr üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, cari hesabdan çıxarış, pul vəsaitinin cavabdehə nəğd qaydada verilməsini təsdiq edən Xəzinə Məxaric orderi, kartın cavabdehə verilməsini təsdiq edən Balansdankənar Məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli BRCB5718763B218 saylı kredit müqaviləsinə əsasən 100 manat əsas; 19.23 manat faiz; cəmi 119.23 manat borcu, xx.xx.2024-cü il tarixli GTZK5718762B218 saylı kredit müqaviləsinə əsasən 4962.35 manat əsas; 770.81 manat faiz; cəmi 5733.16 manat, ümumilikdə 5852.39 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli BRCB5718763B218 saylı kredit müqaviləsinin surətinə əsasən tərəflər borcalana illik 27 faiz dərəcəsi ilə 56 ay müddətinə 1000 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli GTZK5718762B218 saylı kredit müqaviləsinin surətinə əsasən tərəflər borcalana illik 21.2 faiz dərəcəsi ilə 35 ay müddətinə 5300 manat məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 5300 manat məbləğində krediti 1855.31 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2026-cı il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 15/00781 nömrəli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli BRCB5718763B218 saylı kredit müqaviləsinə əsasən 100 manat əsas, 19.23 manat faiz, cəmi 119.23 manat borcu, xx.xx.2024-cü il tarixli GTZK5718762B218 saylı kredit müqaviləsinə əsasən 4962.35 manat əsas, 770.81 manat faiz, cəmi 5733.16 manat, ümumilikdə 5852.39 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK5718762B218 saylı kredit müqaviləsi üzrə 4962.35 manat əsas, 770.81 manat faiz cəmi 5733.16 manat, xx.xx.2024-cü il tarixli BRCB5718763B218 saylı kredit müqaviləsi üzrə 100 manat əsas, 19.23 manat faiz, cəmi 119.23 manat olmaqla, ümumilikdə 5852.39 manat və ödənilmiş dövlət rüsumuna görə 78.52 manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli BRCB5718763B218 saylı kredit müqaviləsinə əsasən 100 manat əsas, 19.23 manat faiz, cəmi 119.23 manat və xx.xx.2024-cü il tarixli GTZK5718762B218 saylı kredit müqaviləsinə əsasən 4962.35 manat əsas, 770.81 manat faiz, cəmi 5733.16 manat olmaqla, ümumilikdə 5852.39 (beş min səkkiz yüz əlli iki manat otuz doqquz qəpik) manat borc və 78.52 (yetmiş səkkiz manat əlli iki qəpik) manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar