Məhkəmə qərarları › İş №e-2(025)-559/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-559/2024

01.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-559/2024 01.08.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinin sənədləşdirilməsi üçün ölçü və digər işlərin aparılmasına törədilən maneələrə son qoyulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin qadağan edilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 31.01. 2002-ci il tarixli, JN – 446F KOD 40608018 saylı 26 may 2006-cı il tarixli, JN – 42F KOD 40508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və mərhum X3 paylı mülkiyyətində olan 0,13 hektar həyətyanı torpaq sahəsi barədə həmin torpaq sahəsinə dair DƏDR-dən çıxarışın verilməsi ilə bağlıAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin faktiki halları: İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, Azərbaycan Respublikası DTXK Qəbələ Rayon Şöbəsinin verdiyi xx.xx.2002-ci il tarixli, JN – 446F KOD 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Qəbələ rayon Zarağan kəndində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsi Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 29 noyabr 1997-ci il tarixli 26 nömrəli qərarı ilə onların, yəni iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və ailə üzvləri X3 paylı mülkiyyətinə verilmişdir. Paylı mülkiyyətçilərdən X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. X5 İddiaçı1, cavabdeh X7 və X6 anasıdır. O, İddiaçı1, Cavabdeh2 və X8 mərhum X3 qanun üzrə birinci növbədə vərəsələridirlər. X3 ölümündən sonra o və X8 rəsmi qaydada müvafiq notariat ofisinə müraciət edərək JN – 446F KOD 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə X1 qalmış mirasdan özümüzə düşən 1/3 hissə payları qanun üzrə xx.xx.2022-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında qəbul etmişlər. X1 JN – 446F KOD 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə üzrə qalmış mirasdan 1/3 hissə Cavabdeh2 aiddir. Onlar İddiaçı1, İddiaçı2 və İddiaçı3 xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni, xx.xx.2002ci il tarixli, JN – 446F KOD 40608018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətini və digər müvafiq sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə təqdim edərək həmin torpaq sahəsinə dair DƏDR-dən çıxarışın verilməsini xahiş etmişlər. Azərbaycan Respubliksı ƏMDK yanında DƏDRX-nin 9 saylı Ərazi İdarəsinin əməkdaşları torpaq sahəsinin yerləşdiyi ünvana gələrək əmlak müayinəsi işləri aparmaq istəmişlər. Bu zaman cavabdehlər Cavabdeh2 və Cavabdeh1 torpaq sahəsində əmlak müayinəsi işlərinin aparılmasına imkan verməmişdir. Nəticədə iddiaçılara məxsus olan Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 0,13 hektar həyətyanı torpaq sahəsində müayinə işləri aparmaq mümkün olmamış, bu barədə müvafiq rəsmiləşdirmə aparılmışdır. Bu səbəbdən qeyd edilən daşınmaz əmlak barədə DƏDR-dən çıxarışın hazırlanmasından həmin təşkilatın 13 dekabr 2023-cü il tarixli, 3-21-3-42/2- 6540/2023 nömrəli məktubu ilə imtina edilmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 vəkili və etibarnamə üzrə nümayəndələri Nümayəndə iddia tələbini müdafiə edib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbəri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iddiaçıların vəkili və nümayəndələrinin izahatını dinləyib, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamədə göstərilmişdir ki, DTXK Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN:446F, KOD:40608018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,13 ha olan yaşayış məntəqələrinin torpaq sahəsindən miras qoyan X4 məxsus olan hissədən miras əmlakın qalan 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə isə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan Qəbələ rayonu Hacıalılı Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən İddiaçı1 nümayəndəsi Nümayəndə ünvanlanmış 13 dekabr 2023-cü il tarixli, 3- 21-3-42/2-6549 nömrəli “Daşınmaz Əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina verilməsi barədə” bildirişdə göstərilmişdir ki, Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılması üçün əraziyə getmiş və məlum olmuşdur ki, ərazidə mübahisə mövcuddur. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqıda” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinəəsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki işin məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməyə əsasən DTXK Qəbələ rayon şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş seriya nömrəsi JN:446F, KOD:40608018 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyət hüququ üzrə ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0,13 ha olan yaşayış məntəqələrinin torpaq sahəsindən miras qoyan X4 məxsus olan hissədən miras əmlakın qalan 1/3 hissəsinə İddiaçı1, 1/3 hissəsinə isə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İddiaçılar xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməyə əsasən onlara verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2023-cü il tarixdə ********** nömrəli ərizə ilə Qəbələ rayonu Hacıalılı Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsimüraciət etmişlər. Ərazi İdarəsinin mütəxəssisləri torpaq sahəsində çöl ölçmə işlərinin aparılması məqsədilə ərazidə olmuş, lakin torpaq sahəsi üzərində mübahisə olduğundan, yəni cavabdehlər çöl ölçmə işlərinin aparılmasına icazə vermədiklərindən torpaq sahəsində çöl ölçmə işlərinin aparılması mümkün olmamışdır.Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Mülki işin məhkəmə araşdırılması zamanı cavabdehlərin iddiaçılara xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməyə əsasən verilmiş Qəbələ rayonu Zarağan kəndində yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinin aparılmasına maneəçilik törədilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən vəkil Nümayəndə ünvanlanmış 13dekabr 2023-cü il tarixli, 3-21-3- 42/2-6549 nömrəli məktubu ilə sübuta yetməkdədir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik haqqında” şəhadətnaməyə əsasən İddiaçı1 ünvan 1ində verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququ Avropa Konvensiyasının müddəaları baxımından gözlənilən hüquq olduğundan həmin torpaq sahəsi İddiaçı1 adına dövlət qeydiyyatına alınmasa belə həmin torpaq sahəsinə iddiaçının gözlənilən mülkiyyəti hüququ vardır. Hazırkı halda cavabdehlər ƏMDK-nın yanında DƏDRX-nın 16 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən ölçü və digər işlərin aparılmasına maneə törətdiklərindən maneə törədilməsi cavabdehlərə qadağan edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı mülki iş məhkəmənin icraatına daxil olandan sonra cavabdehlərə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər şübhə yaradacaq bir əsassızlıqla məhkəmə bildirişlərini qəbul etməkdən imtina etmişlər. Bütün bu hallar da məhkəmədə haqlı olaraq cavabdehlərin həqiqətəndə çöl ölçmə işlərinin aparılmasına maneə yaratmalarına əsaslı şübhələr yaratmışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdehlərin qeyd edilən hərəkət və ya hərəkətsizlikləri onun ziyanına şərh edilməklə iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qiymətləndirilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirki, iddia tələbi təmin edilməli, Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 31.01. 2002-ci il tarixli, JN – 446F KOD 40608018 saylı 26 may 2006-cı il tarixli, JN – 42F KOD 40508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və mərhum X3 paylı mülkiyyətində olan 0,13 hektar həyətyanı torpaq sahəsi barədə həmin torpaq sahəsinə dair DƏDR-dən çıxarışın verilməsi ilə bağlıAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiatələbi təmin edilsin. Qəbələ rayon Zarağan kəndi ərazisində yerləşən 31.01. 2002-ci il tarixli, JN – 446F KOD 40608018 saylı 26 may 2006-cı il tarixli, JN – 42F KOD 40508028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və mərhum X3 paylı mülkiyyətində olan 0,13 hektar həyətyanı torpaq sahəsi barədə həmin torpaq sahəsinə dair DƏDR-dən çıxarışın verilməsi ilə bağlıAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Ərazi İdarəsinin əməkdaşlarına həmin əmlakın müayinəsi işlərinin aparılmasına maneə törədilməsinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar