Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-572/2024 01.05.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 43500 (qırx üç min beş yüz)on bir min) manat əsas borc, 222,67 (iki yüz iyirmi iki) manat 67 qəpik dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 500 (beş yüz) manat, cəmi 44222,67 (qırx dörd min iki yüz iyirmi iki) manat 67 qəpik pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayon Daşca kəndində yaşayır. Qəbələ şəhər sakinləri Cavabdeh2 və Cavabdeh1 tanıyır. Əvvəllər onlarla aralarında heç bir narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. Cavabdeh2 və Cavabdeh1 07 avqust 2021-ci il tarixdən 14 avqust 2021-ci il tarixədək onun həyətində olan quraqlıqda saxladığı hər kiloqramının dəyəri 0,55 manat olan toxumuq buğda məhsulundan 169400 (bir yüz altmış doqquz min dörd yüz) kq. toxumluq buğdanı nisyə satın alaraq İmişli rayon Sarxanlı kəndinə aparmışlar. Onlar həmin toxumluq buğdanın dəyəri olan 93170 (doxsan üç min bir yüz yetmiş) manat puldan 35500 (otuz beş min beş yüz) manat hissəsini ona ödəməmişlər. Bundan əlavə onlar ondan hər birinin dəyəri 88,89 manat olan 90 kisə ammofos gübrəsini nisyə almış və həmin gübrənin dəyəri olan 8000 (səkkiz min) manat pulu ona ödəməmişlər. Beləliklə, Cavabdeh2 və Cavabdeh1 ona cəmi 43500 (qırx üç min beş yüz) manat məbləğində borcları yaranmışdır. Onlar həmin borcu tez bir zamanda ödəməyi yazılı şəkildə öhdələrinə götürmüşlər. Cavabdehlər bu günədək borc məbləğini ona qaytarmamışlar. Cavabdeh2 və Cavabdeh1 hazırda da müxtəlif bəhanələrlə ona olan həmin borc məbləğini ödəməkdən imtina edirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qeyd edilən qanunsuz hərəkətləri nəticəsində onun maddi mənafeyinə cəmi 43500 (qırx üç min beş yüz) manat zərər dəymişdir. Qeyd etdiyi hal onun hazırki iddia tələbinin əsaslı olduğunu sübut etməyə kifayət edir. O, 222,67 manat dövlət rüsumu, iddia sənədlərinin hazırlanması və hüquqi yardım üçün vəkilə 500 (beş yüz) manat pul ödəmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, VÖENninin olduğunu, lakin dövlət tərəfindən dənli bitkilərin becərilməsi ilə məşğul olan şəxs vergilərdən azad edildiyindən VÖEN-nini dondurmuşdur. İşin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə cavabdehin gübrənin pulu verilən vaxt VÖEN-nin olmadığını bildiririb, işin kommersiya məhkəməsində baxılmasına etiraz etdiyini bildirdi. Cavabdeh1 vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iddia ərizəsində göstərilənlərlə razı olmayaraq, iddia tələbinin kommersiya məhkəməsində baxılması ilə bağlı qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxışı iclasında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv araşdırıb və toplanmış sənədlərə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmənin icraatı zamanı Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən istifadə edilməklə, “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” bölməsinə baxış keçirilmiş, eyni zamanda “Elektron məhkəmə” sistemi ilə axtarış edilmiş və bu zaman İddiaçı və Cavabdeh1 fərdi sahibkar statusuna malik olması müəyyən edilmişdir. (İddiaçı VÖEN **********, xx.xx.2005, AZ3630, Qəbələ rayonu, Daşlıca kəndi, Cavabdeh1 VÖEN 441432122, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Qəbələ şəhəri,Nizami küçəsi, ev 8, mənzil 6). “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının 11-ci bəndinə əsasən MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPMin istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olubolmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. İddia tələbinin mahiyyəti və tərəflərin məhkəmə hazırlıq iclasında verdikləri izahatdan məlum olur ki, tərəflər arasında sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən qaynaqlanan əmlak münasibətlər mövcud olmuş və yaranmış mübahisə də bilavasitə tərəflərin sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış borc-pul tələbi ilə bağlıdır. Beləliklə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir və aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 24.3. Məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4. Aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 25 32-ci və 263-264-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-572/2024
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-572/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver