Məhkəmə qərarları › İş №e-2(025)-575/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-575/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-575/2025 24.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlununsədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakıilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12819,11 manat məbləğində əsas bоrc və 1147,4 manat faiz borcu оlmaqla, cəmi 13966,51 (on üç min doqquz yüz altmış altı (.51)) manat borcun və 132,56 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Həcər Əliyeva məhkəməyə elektron qaydada iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh 03 sentyabr 2024-cü il tariхli, 101808-730392/3 nömrəli krеdit müqaviləsi üzrə 11670,34 manat məbləğində əsas bоrc və 126,43 manat faiz borcu оlmaqla, cəmi 11796,77 manat borcun və 132,56 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 sentyabr 2024-cü il tariхli, 101808-730392/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 13000 (on üç min) manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, banka olan borcunu ödəməmişdir. 17 mart 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 12819,11 manat məbləğində əsas bоrc və 1147,4 manat faiz borcu оlmaqla, cəmi 13966,51 (on üç min doqquz yüz altmış altı manat əlli bir qəpik) manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, işə iştirakları olmadan baxılmasını və müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.MəhkəməAzərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixdən sonra ümumilikdə 3 dəfə 2421,11 manat, 397 manat, 392,14 manat ödəniş etmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən həmin ödənişlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İşdə olan 03 sentyabr 2024-cü il tariхli, 101808-730392/3 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh illik 19,5 faizlə 48 ay müddətinə 13000 manat məbləğində şəxsi istehlak məqsədləri üçün kredit verilmişdir. İşdə olan «Ödəniş cədvəli»nin surətindən görünür ki, Cavabdeh verilmiş kredit vəsaitini 48 ay hər ay 392,14 manat məbləğində, sonuncu ay isə 392,16 manat məbləğində ödənişlər etməklə annuitet qaydada qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, həmin tarixə Cavabdeh 11670,34 manat əsas borc, 126,43 manat faiz borcu olmaqla,cəmi 11796,77 manat məbləğində kredit borcu olmuşdur. xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən elektron qaydada iş materiallarına əlavə edilmiş Hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra xx.xx.2025-ci il tarixdə 2421,11 manat, 22 aprel 2025-ci il tarixdə 397 manat, 26 may 2025-ci il tarixdə isə 392,14 manat kredit borcu üzrə ödəniş edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh 7 gün müddətinə kredit öhdəliklərinin icra edilməsinə dair xəbərdarlıq edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 13000 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. İddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmiş, bu məqsədlə borcluya xəbərdarlıq məktubu göndərilmiş, lakin sonuncu tələb olunan vaxt ərzində icrası yarımçıq qalmış öhdəliyi icra etməmişdir. Lakin məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixdə iddiaçı tərəfindən elektron qaydada iş materiallarına əlavə edilmiş Hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra xx.xx.2025-ci il tarixdə 2421,11 manat, 22 aprel 2025-ci il tarixdə 397 manat, 26 may 2025-ci il tarixdə isə 392,14 manat kredit borcu üzrə ödəniş edilmişdir. İddiaçının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaydada sistemə daxil edilmiş iddia tələbinin azaldılması barədə ərizədən görünür ki, cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edildiyi vaxtdan sonra ödənilmiş məbləğin bir hissəsi əsas borcdan, bir hissəsi isə faiz borcundan çıxılmışdır. Qalan məbləğin isə hara köçürülməsi müəyyən edilmir. Belə ki, iddia tələbinin azaldılması barədə ərizə məhkəməyə təqdim edilən zaman cavabdeh tərəfindən ümumilikdə 2818,11 manat ödəniş edilmişdir. Bank tərəfindən isə faiz borcu 1147,4 manatdan 126,43 manata endirilmişdir. Bu da onu göstərir ki, cavabdeh tərəfindən edilmiş 2818,11 manat ödənişin 1020,97 manat hissəsi faiz borcundan çıxılmışdır. Yerdə qalan 1797,14 manat borc isə əsas borcdan çıxılan zaman cavabdehdən tutulmalı olan əsas borc 11021,97 manat olmalı olduğu halda iddiaçı tərəfindən əsassız olaraq 11670,34 manat əsas borc tələb edilmiş, yerdə qalan məbləğin isə hansı borca tutulması əsaslandırılmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edildikdən sonra ödənilmiş ümumi məbləğ 3210,25 manat təşkil etməkdədir. İddiaçı tərəfindən isə məhkəməyə təqdim edilmiş iddia tələbinin azaldılması barədə ərizədə cavabdehin faiz borcu 1147,4 manatdan 126,43 manata endirilmişdir. Bu da onu göstərir ki, iddiaçı təşkilat cavabdeh tərəfindən ödənilmiş 3210,25 manatın 1020,97 (1147,4-126,42=1020,97) manatını faiz borcundan silmişdir. Bu səbəbdən məhkəmə cavabdehdən 126,43 manat faiz borcunun tutulmasını əsaslı sayır. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia ərizəsi məhkəməyə təqdim edildiyi tarixdən sonra ödənilmiş ümumi 3210,25 manat məbləğin 1020,97 manatı faiz borcundan çıxıldığından, yerdə qalan 2189,28 manat (3210,25-1020,97=2189,28) məbləğ cavabdehdən tələb edilən 12819,11 manat məbləğdən çıxılmalı və cavabdehdən 10629,83 manat (12819,11-2189,28=10629,83) əsas borc tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin olduğundan, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 132,56 manatdövlət rüsumunun 122,27 (bir yüz iyirmi iki manat iyirmi yeddi qəpik) manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 sentyabr 2024-cü il tariхli, 101808- 730392/3 nömrəli krеdit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10629,83 manat əsas borc, 126,43 manat faiz borcu və 122,27 manat dövlət rüsumu tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03 sentyabr 2024-cü il tariхli, 101808-730392/3 nömrəli krеdit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 10629,83 manat əsas borc, 126,43 manat faiz borcu və 122,27 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar