Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-6/2025 28.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə və Qəbələ rayonu Kürd bələdiyyəsinə qarşı “doldurulmuş su arxının açılaraq torpaq sahəsinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “doldurulmuş su arxının açılaraq torpaq sahəsinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması”) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh və üçünü şəxs Qəbələ rayonu Kürd bələdiyyəsinin sədri Nümayəndə iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə və Qəbələ rayonu Kürd bələdiyyəsinə qarşı “doldurulmuş su arxının açılaraq torpaq sahəsinin suvarılmasında yaradılan maneənin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı3 Cavabdeh, üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinə və Qəbələ rayonu Kürd bələdiyyəsinə qarşı “maneənin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş su arxının açılaraq Cavabdeh öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılması və torpaq sahələrinin suvarılmasında yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı1 xx.xx.1969-cu il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Qaradeyin kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. O, İddiaçı2 xx.xx.1963-cü il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Qaradeyin kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. O, İddiaçı4 xx.xx.1982-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Qaradeyin kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. O, İddiaçı3 xx.xx.1978-ci il tarixində Qutqaşen (indiki Qəbələ) rayonu, Qaradeyin kəndində anadan olmuş, hal-hazırda da həmin kənddə yaşayır. Bildirirlər ki, onlara məxsus torpaq səhələrini (kənd təsərrüfatı təyinatlı və həyətyanı torpaq) torpaq islahatından da neçə illər əvvəl suvarılması üçün mövcud olmuş su arxı vasitəsilə suvarmış və torpaq sahələrində olan meyvə ağaclarının quruyaraq məhv olmasının qarşısını almışlar, eyni zamanda bostan bitkiləri də becərərək təminatlarını ödəmişlər. Lakin bir neçə il olar ki, kənd sakini Cavabdeh həmin su arxını doldurmuş və həmin su arxının onun mülkiyyətində olan torpaq sahəsində olduğunu iddia edir. Halbuki həmin su arxı uzun müddət nəzarətsiz boş sahədən keçmiş və həmin torpaq sahəsinə də heç kim iddia etməmişdir. Cavabdeh tərəfindən su arxı doldurulduğundan torpaq sahələrində olan meyvə ağaclarının, kənd təsərrüfatı bitkilərinin suvarıılması mümkün deyildir və quruyaraq məhv olur. Onlar dəfələrlə onun qanunsuz əməllərinə son qoyulmasını, ümümi istifadədə olan su arxının qazılaraq açılmasını nəzərinə çatdırsalar da, o bundan imtina etdiyindən görülən tədbirlərin nəticəsi olmamışdır. Bu barədə Qəbələ Rayon Polis Şöbəsinə, Kənd bələdiyyəsinə və icra nümayəndəsinə, Qəbələ Rayon İcra Hakimiyyətinə, Ədliyyə Nazirliyinin Regional İdarəsinə və s. müvafiq idarələrə müraciət olunmuş, onlar tərəfindən verilən cavablarda müraciətin mülki xarakterli olduğundan məhkəməyə müraciət etmək hüquqlarının olduğu bildirilmişdir. Ona görə də onlar Cavabdeh tərəfindən qanunsuz doldurulmuş su arxının əvvəlki vəziyyətə qaytarılaraq açılması üçün məhkəməyə müraciət etməli olmuşdular. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçılar reallıqda həmin arxdan istifadə edilər. Lakin onların arxın onların hesabına təmizlənməsini istəyirlər. Halbuki su onların həyətlərinə getdiyi üçün iddiaçılar özləri arxı təmizləməlidirlər. Dəfələrlə iddiaçılara həyətlərində olan arxı təmizləyi tələb etmişlər. Lakin iddiaçılar bunu etməmiş, nəticədə həyətləri su arxı nəticəsində yararsız hala düşmüşdür. Belə olub suyun keçməsinə imkan verməmişdir. Lakin su arxını onun tərəfindən doldurulmamışdır. Ekspert rəyində də göstərilmişdir ki, xəritədə arx yeri nəzərdə tutulmamışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında üçüncü şəxs Qəbələ rayonu Kürd bələdiyyəsinin sədri Nümayəndə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etdi. Cavabdehlər İddiaçı4 və İddiaçı3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinəməhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbər verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbəri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərİddiaçı4, İddiaçı3və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.56 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 69 nömrəli kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 203 nömrəli kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.757751 ha torpaq sahəsi X14, X1, X7, X19, İddiaçı4 və X15 xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 143 nömrəli kitabının 18 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********43 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 1,3665 ha torpaq sahəsi X8, X5, X6, X16 və Cavabdeh xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli kitabının 50 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24sentyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5183/2024 nömrəli mütəxəssis rəyində göstərilmişdir:
1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>a əsasən İddiaçı1 mülkiyyətində olan 0,55 hektar torpaq sahəsinin; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X21>>a əsasən İddiaçı2 mülkiyyətində olan 0,1 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X21>>a əsasən X14, X2, X7, X19, İddiaçı4 və X15 mülkiyyətində olan 0,757751 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir.
2. İddiaçıların açılmasını tələb etdiyi su arxı xəritədə nəzərdə tutulmamışdır. İddia olunan su arxı təsərrüfat daxili su arxıdır.
3. İddiaçıların açılmasını tələb etdiyi su arxı Qəbələ rayonu Qaradeyin kənd inzibati ərazi vahidinin sərhədləri daxilində 325D nömrəli Dövlət Aktı ilə X20 mülkiyyətinə verilmiş, 326D nömrəli Dövlət Aktı ilə X9 mülkiyyətinə verilmiş və 327D nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahələrindən keçir.
4. Sözügedən su arxı iddiada qeyd edilmiş hissədə Qəbələ rayonu Kürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən keçmir. İddia olunan su arxı 325D nömrəli Dövlət Aktı ilə X20 mülkiyyətinə verilmiş torpaq sahəsinin 74,9 kv.m hissəsinədən, 326D nömrəli Dövlət Aktı ilə X10 mülkiyyətinə verilmiş torpaq sahəsinin 63,92 kv.m hissəsindən, 327D nömrəli Dövlət Aktı ilə X4 mülkiyyətinə verilmiş torpaq sahəsinin 66,36 kv.m hissəsindən keçir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7986 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>a əsasən İddiaçı1 mülkiyyətində olan 0,55 hektar torpaq sahəsinin; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X21>>a əsasən İddiaçı2 mülkiyyətində olan 0,1 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X21>>a əsasən X14, X2, X7, X19, İddiaçı4 və X15 mülkiyyətində olan 0,757751 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddiaçıların açılmasını tələb etdiyi su arxı xəritədə nəzərdə tutulmamışdır. İddia olunan su arxı təsərrüfat daxili su arxıdır. İddiaçıların açılmasını tələb etdiyi su arxı Qəbələ rayonu Qaradeyin kənd inzibati ərazi vahidinin sərhədləri daxilində 325D nömrəli Dövlət Aktı ilə X20 mülkiyyətinə verilmiş, 326D nömrəli Dövlət Aktı ilə X9 mülkiyyətinə verilmiş və 327D nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahələrindən keçir. Sözügedən su arxı iddiada qeyd edilmiş hissədə Qəbələ rayonu Kürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən keçmir. İddia olunan su arxı 325D nömrəli Dövlət Aktı ilə X20 mülkiyyətinə verilmiş torpaq sahəsinin 74,9 kv.m hissəsinədən, 326D nömrəli Dövlət Aktı ilə X10 mülkiyyətinə verilmiş torpaq sahəsinin 63,92 kv.m hissəsindən, 327D nömrəli Dövlət Aktı ilə X4 mülkiyyətinə verilmiş torpaq sahəsinin 66,36 kv.m hissəsindən keçir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir, bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruruliyi əsaslı deyildir. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
Məhkəmə araşdırması zamanı, işin halları, təqdim olunmuş sübutlarla, tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ə əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.757751 ha torpaq sahəsi iddiaçı X14 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış» əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.56 ha torpaq sahəsi İddiaçı1 xüsusi mülkiyyətinə verilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Qəbələ rayonu Qaradeyin kəndində yerləşən 0.1 ha torpaq sahəsi İddiaçı2 xüsusi mülkiyyətinə verilmişdir. İddiaçılar mülkiyyətlərinə verilmiş torpaq sahələrinə gedən su arxının Cavabdeh tərəfindən doldurulmuş su arxının açılmasını və torpaq sahələrinin suvarılmasında yaradılan maneələrin aradan qaldırılmasını tələb edirlər. Cavabdeh isə iddia tələbini qəbul etmir və su arxının iddiaçılara onlar tərəfindən könüllü verildiyini, lakin belə bir su arxının xəridətə mövcud olmadığını, bu səbəbdən iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 24 sentyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5183/2024 nömrəli mütəxəssis rəyində və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/7986 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindəgöstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2013-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********06 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış>>a əsasən İddiaçı1 mülkiyyətində olan 0,55 hektar torpaq sahəsinin; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X26 Şəxsinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X21>>a əsasən İddiaçı2 mülkiyyətində olan 0,1 hektar torpaq sahəsinin və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, **********32 reyestr nömrəli <<Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın X21>>a əsasən X14, X2, X7, X19, İddiaçı4 və X15 mülkiyyətində olan 0,757751 hektar torpaq sahəsinin hüdudları müəyyən edilmişdir. İddiaçıların açılmasını tələb etdiyi su arxı xəritədə nəzərdə tutulmamışdır. İddia olunan su arxı təsərrüfat daxili su arxıdır. İddiaçıların açılmasını tələb etdiyi su arxı Qəbələ rayonu Qaradeyin kənd inzibati ərazi vahidinin sərhədləri daxilində 325D nömrəli Dövlət Aktı ilə X20 mülkiyyətinə verilmiş, 326D nömrəli Dövlət Aktı ilə X9 mülkiyyətinə verilmiş və 327D nömrəli Dövlət Aktı ilə X3 mülkiyyətinə verilmiş torpaq sahələrindən keçir. Sözügedən su arxı iddiada qeyd edilmiş hissədə Qəbələ rayonu Kürd bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsindən keçmir. İddia olunan su arxı 325D nömrəli Dövlət Aktı ilə X20 mülkiyyətinə verilmiş torpaq sahəsinin 74,9 kv.m hissəsinədən, 326D nömrəli Dövlət Aktı ilə X10 mülkiyyətinə verilmiş torpaq sahəsinin 63,92 kv.m hissəsindən, 327D nömrəli Dövlət Aktı ilə X4 mülkiyyətinə verilmiş torpaq sahəsinin 66,36 kv.m hissəsindən keçir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.3-cü madəsi təşkil edir. Həmin maddənin tələbinə görə, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Qeyd edilən maddənin dispozitiv şərtlərinə görə aşağıda yerləşən mülkiyyətçi yuxarıda yerləşən mülkiyyətçidən (qonşudan) suyun axıdılmasını tələb edə bilər. Hazırkı işdə isə tərəflərin izahatlarından və eyni zamanda mütəxəssis rəyinə əlavə edilmiş TEKUİS-ə (xəritəyə) əsas müəyyən olunur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 mülkiyyətlərində olan torpaq sahələri Cavabdeh istifadəsində (onun atasının mülkiyyətində) olan torpaq sahəsindən aşağıda yerləşir. İddiaçılar isə iddia tələblərində həm cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş su arxının açılaraq Cavabdeh öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılmasını, həm də torpaq sahələrinin suvarılmasında yaradılan maneələrin aradan qaldırılmasını tələb edirlər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıların açılmasını tələb etdiyi su arxı kompleks yerquruluşu layihəsinin elektron materiallarında öz əksini tapmasa da, məhkəmə baxışı zamanı mübahisəli su arxından digər kənd sakinləri ilə birlikdə iddiaçıların müvafiq olaraq növbəli şəkildə həyətyanı torpaq sahələrinin suvarılması məqsədilə istifadə etmələri müəyyən olunmuşdur. Bu halı cavabdeh də məhkəmə zamanı izahatında etiraf etmişdir. Qonşu torpaq sahəsinin mülkiyyətçisi kimi torpaq üzərində mülkiyyət hüquqlarını həyata keçirərkən cavabdeh özundən aşağıda olan torpaq mülkiyyətçilərinin torpaq sahələrinə gedən su arxından istifadələrinə maneə törətməsi öz izahatı ilə sübuta yetirilmişdir. Halbuki Mülki Məcəllənin 170.3-cü mddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Göründüyü kimi iddiaçıların mülkiyyətlərində olan torpaq sahələrində gedən su arxından istiadələrinə cavabdeh tərəfindən maneələr törədilməsi cavabdehin öz izahatı ilə sübuta yetdiyindən, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 torpaq sahələrinin suvarılmasında yaradılan maneələr aradan qaldırılmalıdır. Məhkəmə iddiaçıların iddia tələbinin “cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş su arxının açılaraq Cavabdeh öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılması” hissəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Hazırkı iş üzrə sübutetmə vəzifəsi iddiaçıların üzərinə düşsədə, onlaröz iddia tələblərini su arxının cavabdeh tərəfindən doldurulmasını sübuta yetirə bilməmişlər. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas gösrtəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar isə su arxının Cavabdeh tərəfindən doldurulmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi “cavabdeh tərəfindən qanunsuz olaraq doldurulmuş su arxının açılaraq Cavabdeh öz hesabına qazılaraq əvvəlki vəziyyətə qaytarılması” hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri - 100 (bir yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X13, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabınakeçirilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara, ekspert rəyinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 torpaq sahələrinin suvarılmasında yaradılan maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 torpaq sahələrinin suvarılmasında yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri -100 (bir yüz) manat məbləğində pul iddiaçılarİddiaçı1, İddiaçı2, İddiaçı4 və İddiaçı3 müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X13, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Abbas Əliyev