Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-601/2024 11.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcunun tutulması) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və kredit borcunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 4954.65 manat əsas borc, 24.84 manat faiz borcu olmaqla cəmi 4979.49 manat, xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 890.45 manat əsas borc, 5.13 manat faiz borcu olmaqla cəmi 895.58 manat, 2 (iki) kredit müqaviləsi üzrə ümumilikdə cəmi 5875 (altı min iki yüz yetmiş iki) manat 07 (yeddi) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 78.76 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 11975,42 (on bir min doqquz yüz yetmiş beş) manat məbləğində kredit götürmüşdür. Bundan başqa o həmin tarixdə İddiaçı QSC ilə bağladığı 007A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833% оlmaqla 60 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2142.05 (iki min yüz qırx iki) manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, 007A********** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit bоrcundan 7020.77 manat ödəniş etmiş və оnun iddiaçıya 4954.65 manat məbləğində kredit bоrcu qalmış, 007A********** saylı kredit müqaviləsi üzrə isə 1251.6 manat ödəniş etmiş və оnun iddiaçıya 890.45 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 222 gün üçün hesablanmış faiz borcu 007A********** saylı kredit müqaviləsi üzrə 24.84 manat, 007A********** saylı kredit müqaviləsi üzrə isə 5.13 manat təşkil edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçı QSC-nə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək, izahatında göstərdi ki, bankdan 2 kredit müqaviləsi üzrə 11975,42 manat və 2142.05 manat kredit götürmüşdür. Əvvəllər ödənişlərini vaxtında ödəmişdir. Daha sonra xəstələnmiş və işləməmiş, belə olub kreditini ödəyə bilməmişdir. İndi yenidən işləməyə başlamışdır və ödənişlərini edəsidir. Həmçinin bildirdi ki, xx.xx.2024-cü il tarixdə 100 manat ödəniş etmişdir. Həmin məbləğində qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan İddiaçı QSC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 60 ay müddətinə, aylıq 0,0833 faiz dərəcəsi ilə 11975,42 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı QSC-i ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsindən görünür ki, sonuncuya 60 ay müddətinə, aylıq 0,0833 faiz dərəcəsi ilə 2142.05 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh 11975,42 manat məbləği aylıq 0,0833 %lə, 60 ay müddətinə ilk on iki aylıq 9-12 manat civarında, sonrakı aylar 255 manat, sonuncu ay isə 239,64 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsinin “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh 2142.05 manat məbləği aylıq 0,0833 %lə, 60 ay müddətinə ilk on iki aylıq 1-2 manat civarında, sonrakı aylar 46 manat, sonuncu ay isə 24,24 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 007A********** saylı Kredit müqaviləsi üzrə 4954,65 manat əsas, 24,84 manat faiz borcu olmaqla, cəmi 4979,49 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan 15 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 007A********** saylı Kredit müqaviləsi üzrə 890,45 manat əsas, 5,13 manat faiz borcu olmaqla, cəmi 895,58 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan kreditin verilməsi – köçürmə ərizəsindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə 11975,42 manatı və 2142.05 manatı imza edərək qəbul etmişdir. İş materiallarında olan «Xəbərdarlıq» məktublarından görünür ki, Cavabdeh kredit üzrə əsas və hesablanmış faiz borcunun qaytarılmasına dair xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-in MAPS şöbəsindən verilmiş xx.xx.2019-cu il tarixli arayışından görünür ki, borclu Cavabdeh xx.xx.1966-ci ildə Qəbələ rayonu Əmirvan kəndində doğulmuşdur və Qəbələ şəhəri, Məhəmməd ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. 448.4 maddəsinə əsasən borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Göründüyü kimi, xx.xx.2019-cu il tarixli, 007A********** saylı Kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı QSC-dən 60 ay müddətinə, aylıq 0,0833 % faiz dərəcəsi ilə 11975,42 manat, xx.xx.2019-cu il tarixli, 007A********** saylı Kredit müqaviləsi üzrə isə İddiaçı QSC-dən 60 ay müddətinə, aylıq 0,0833 % faiz dərəcəsi ilə 2142.05 manat məbləğində kredit alıb, onları ödəniş planına uyğun olaraq annuitet qaydada ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı QSC-yə vurduğı zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum olmuşdur və tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə iddiaçı haqlıdır. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfdən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsi tərtib edildiyi tarixdən sonra Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat İddiaçı QSC-nin hesabına kredit ödənişi üzrə ödəniş edilmişdir. Göründüyü kimi Cavabdeh xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində ödənişlər etmişdir ki, həmin məbləğ də ondan tələb olunan əsas borcdan çıxılmalıdır. Ona görə də, məhkəmə cavabdehdən xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 4954,65 manat yox, 4854.65 manat (4954,65-100) əsas borcun tutulması qənaətinə gəlir. Beləliklə məhkəmə müqavilələr üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 4854.65 manat əsas və 24.84 manat faiz borcunun, xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə isə 890,45 manat əsas, 5,13 manat faiz borcunun tutulmasını əsaslı sayır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan, iddianın təmin olunan hissəsinə münasib olaraq hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 78,76 (yetmiş səkkiz manat yetmiş altı qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 4854.65 manat əsas borc, 24.84 manat faiz borcu olmaqla, cəmi 4879.49 manat; xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 890,45 manat əsas borc, 5,13 manat faiz borcu olmaqla, cəmi 895,58 manat, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 5775,07 (beş min yeddi yüz yetmiş beş manat yeddi qəpik) borc və 78,76 (yetmiş səkkiz manat yetmiş altı qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin olunmamalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 4854.65 manat əsas borc, 24.84 manat faiz borcu olmaqla, cəmi 4879.49 manat; xx.xx.2019-cu il tarixli, 007A********** saylı kredit müqaviləsi üzrə 890,45 manat əsas borc, 5,13 manat faiz borcu olmaqla, cəmi 895,58 manat, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 5775,07 (beş min yeddi yüz yetmiş beş manat yeddi qəpik) borc və 78,76 (yetmiş səkkiz manat yetmiş altı qəpik) manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-601/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-601/2024
11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver