Məhkəmə qərarları › İş №e-2(025)-602/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-602/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-602/2024 11.06.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, İddiaçı laṫ ıpaK" Bank" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi borcun tutulması tələbi barədə iddia qaldıraraq, Cavabdeh 4842.56 manat əsas borc və 311.49 faiz, cəmi 5154.05 manat və 71.54 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri onunla əsaslandır;lmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx/xx/2023-cü il tarixli RGTK2510689B116 saylı Kredit müqaviləsinə əsasən borcluya illik 18 faiz dərəcəsi ilə 65 ay müddətinə 5000.43 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. xx.xx.2024-cü il tarixə kredit müqaviləsi üzrə 4842.56 manat əsas borc, 311.49 manat faiz olmaqla cəmi 5154.05 manat borc hesablanmışdır. İşdə olan kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK2510689B116 saylı kredit müqaviləsinin surətinə əsasən tərəflər borcalana illik 18 faiz dərəcəsi iə 65 ay müddətinə 5000.43 AZN məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 5000.43 AZN məbləğində krediti 2864,81 manat faizlə birlikdə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2028-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2024/104/7481 nömrəli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli RGTK2510689B116 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 4842.56 manat əsas borc, 311.49 manat faiz borc olmaqla, cəmi 5154.05 manat borcu yaranmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli RGTK2510689B116 saylı kredit müqaviləsi üzrə 4842.56 manat əsas borc və 311.49 manat faiz borc olmaqla, cəmi 5154.05 manat və ödənilmiş dövlət rüsumuna görə 71.54 manat tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4842,56 manat əsas borc, 311, 49 manat faiz, cəmi 5154,05 (beş min bir yüz əlli dörd) manat və 71,54 (yetmiş bir) manat dövlət rüsumu tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar