Məhkəmə qərarları › İş №e-2(025)-608/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-608/2025

30.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-608/2025 30.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərəin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddia qaldıraraq, 50.000,0 (əlli min) manat və 240,0 (iki yüz qırx) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil izahatında göstərmişdir ki, İddiaçı Xaşmaz rayonu, Qusarçay kəndində coğrafiya müəllimi vəzifəsində işləyir və 22.07. 2022-ci il tarixdə özünə məxsus olan mobil telefonla soasial şəbəkədə “Okos Bitcoin” satısı xidməti göstərən sayta daxil olaraq ***-***-**- ** saylı nömrədən link almış və həmin nömrə ilə əlaqə saxlamışdır. Cavabdeh özünü kriptovalyutda alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edib İddiaçı online qaydada “Bitcone” satışı şirkətinə üzvü olmasını təklif etmiş, şirkətin baş ofisinin “Malta Respublikasında“ olduğunu, Bakı şəhərində isə filialının fəaliyyət göstərdiyini bildirərək onu gəlir əldə edəcəyinə inandırmışdır. Bundan sonra İddiaçı Cavabdeh “Kapital Banka” aid 5239-1517-5604-4015 nömrəli kart hesabına hissə-hissə ümumilikdə 72.975,0 manat məbləğində pul köçürmüş, ancaq 50.000,0 manatın köçürmə sənədləri saxlandığı üçün həmin məbləğin və 240,0 manat dövlət rüsumunun alınıb alınıb ona verilməsi barədə iddia qaldırmışdır. İşdə olan Bakı Metropolitenində Polis İdarəsinin xx.xx.2024-cü il tarixli “cinayət işi başlamasının rədd edilməsi haqqında” Qərarın surətinə əsasən xx.xx.2022-ci il tarixdə Cavabdeh ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayaraq İddiaçı “Okos Bitkoin2 kriptovalyuta oyununa cəlb etmiş və özünün kart hesabına ümumilikdə 50.000 manat pul köçürtdürərək X2 məxsus olan həmin vəsaiti əldə edib şəxsi ehtiyaclarına xərcləmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2022-ci ildə Mikayılov X1 Ayət Ağabəy qızını aldadaraq onun cəmi 50.000,0 manat məbləğində nağd pul vəsaitini ələ keçirtmişdir. AR Mülki Məcəlləsinin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 50.000,0 manat alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdeh 50.000,0 (əlli min) manat və 240,0 (iki yüz qırx) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar