Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-63/2025 14.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair (Açar sözlər: maddi ziyan tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona vurulan 380,40 manat ziyan məbləğinin qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Qəbələ rayonunun Bum qəsəbəsində Əmlak məsələləri Dövlət xidməti daşınmaz əmlakın Dövlət Katastrı və reyestri Publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən, reyestr nömrəsi **********68, Qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan çıxarışa əsasən, kataqoriyası Yaşayış məntəqəsi Torpaqlarına aid olan 0.36 torpaq sahəsində bir mərtəbəli dörd otaqlı fərdi yaşayış evi inşa etmişdir. İnşa etdiyi fərdi yaşayış evi memarlıq qaydalarına uyğun, tikinti aparılan ərazidə sonitar, yanğın təhlükəsizliyi normalarına və qonşuluq prinsiplərinə riayət olunmaqla inşa edilmişdir. xx.xx.2024-cü il tarixində günorta vaxtı Bakı şəhərində yaşayan, Qəbələ rayonunun Bum qəsəbəsində onunla torpaq qonşusu olan Cavabdeh1 və Qəbələ rayonu Bum qəsəbə sakini digər cavabdeh qardaşı Cavabdeh2 ilə birlikdə ona məxsus tikilinin dam örtüyünü şiləsərisinin bir hissəsini söküb yararsız vəziyyətə salmaqla qəsdlə ona ziyan vurmuşlar. Cavabdehlərin ona vurduğu ziyanın məbləği 400 ( dörd yüz) manat təşkil etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun əmlakıma ziyan vurmaqla davam edən qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə DİN-nin “102” xidmətinə zəng edərək məlumat vermişdir. Məlumatı əsasında Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılmış, hər iki cavabdeh barəsində material üzrə, cinayət işi başlanılmasını rədd edilməsi barədə qərar qəbul edilmiş, hər iki cavabdehin barəsində AR İXM-nin 232-1 maddəsi ilə inzibati protokol tərtib edilməsi üçün qərarın sürəti Qəbələ PŞ-nın ictimai təhlükəsizlik bölməsinə göndərilmişdir və inzibati xətanın törədilməsini nəzərdə tutan MN N2012888 nömrəli İXH-da protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. Hər iki cavabdehlər Qəbələ rayon məhkəməsinin müvafiq qərarları ilə 380.40 manat məbləğində cərimə edilmişlər. Şikayətin əsasında aparılan araşdırma zamanı tam olaraq sübuta yetmişdir ki, hər iki cavabdeh xx.xx.2024-cü il tarixdə Qəbələ rayonunun Bum qəsəbəsində mülküyyətində olan torpaq sahəsində inşa etdiyi bir mərtəbəli dörd otaqlı fərdi yaşayış evinin Dam örtüyünün şiləsərisinin bir hissəsini söküb yararsız hala salmaqla, əmlakını zədələməklə ona 380.40 manat ziyan vurmuşlar. Cavabdeh1 Dam örtüyünün şiləsərisinin onun tərəfə keçməsinə etiraz etdiyinə görə yağış yağan zaman suyun onun həyətinə tökülməməsi üçün şiləsərinin kənarını novla haşiyələşdirmişdir. Hesab edir ki, cavabdehlər əsassız olaraq qəsdlə onun əmlakına, dam örtüyünün şiləsərisinin bir hissəsini qəstlə söküb yararsız hala saldıqlarına və ona vurduqları 380.40 manat ziyanı ona ödəməlidirlər. Ancaq cavabdehlər könüllü ödəniş etməkdən yayınırlar. Ona görə də ona vurulan 380.40 manat ziyan məbləğini məhkəmə qaydasında cavabdehlərdən alınıb ona verilməsini tələb etmək məcburiyyətindədir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: İddiaçıya və cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddiaçı və cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın surətindən görünür ki, Qəbələ rayonu Bum qəsəbəsində yerləşən 0,36 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində 157 nömrəli reyestr kitabının 87 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(025)- 443/2024 nömrəli qərarından görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 380,40 (üç yüz səksən manat qırx qəpik) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 3(025)- 444/2024 nömrəli qərarından görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 232-1ci maddəsi ilə təqsirli bilinmiş və 380,40 (üç yüz səksən manat qırx qəpik) manat cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı 15 mart 2004-cü il tarixdən Qəbələ rayonu, Bum qəsəbəsində qeydiyyatdadır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Məhkəmənin mövqeyi: Göründüyü kimi Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(025)- 443/2024 nömrəli qərarı ilə Cavabdeh1, Qəbələ Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 3(025)-444/2024 nömrəli qərarı ilə isə Cavabdeh2 təqsiri müəyyən olunmuş və təqsirlərinin nəticəsində İddiaçı məxsus əmlaka ziyan dəyməsi göstərilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçının təqdim etdiyi sübutlar, həmçinin Qəbələ Rayon Məhkəməsinin 04 sentyabr 2024-cü il tarixli, 3(025)-443/2024 nömrəli və Qəbələ Rayon Məhkəməsinin 06 sentyabr 2024-cü il tarixli, 3(025)-444/2024 nömrəli qərarları ilə sübuta yetmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni 380,40 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 380,40 (üç yüz səksən manat qırx qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada vurulmuş maddi ziyanın əvəzi olaraq 380,40 (üç yüz səksən manat qırx qəpik) manat və 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-63/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-63/2025
14.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver