Məhkəmə qərarları › İş №e-2(025)-638/2023

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-638/2023

25.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-638/2023 25.04.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1. xx.xx.2020-ci il tarixli müqavilə əsasən, LG LED TV üçün ümumilikdə, 1026 (bir min iyirmi altı) manat olmaqla 933 (doqquz yüz otuz üç) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə; 2. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Mİ QULAQLİQ, İMEİ KOD **********80429 XİAOMİ REDMİ NOTE 9S markalı telefon üçün 538.7 (beş yüz otuz səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat cərimə; 3. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********71604 XİAOMİ REDMİ NOTE 8 markalı telefon üçün 524.2 (beş yüz iyirmi dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə; 4. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG Qulaqlıq üçün 16.8(on altı manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.9(bir manat doxsan qəpik) manat cərimə; 5. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HP 15 Noutbuk, Noutbuk çantası üçün 37.2(otuz yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə; 6. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG MİCROSD, İMEİ KOD **********04294 SAMSUNG GALAXY A21S maarkalı telefon üçün 36.2 (otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə borcu olmaqla ümumilikdə 2292 (iki min iki yüz doxsan iki) manat borc, 42.92 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərindəki müqavilələrinə əsasən, LG LED TV, Mİ QULAQLİQ, İMEİ KOD **********80429 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, n, İMEİ KOD **********71604 XİAOMİ REDMİ NOTE 8 markalı telefon, SAMSUNG Qulaqlıq, HP 15 Noutbuk, Noutbuk çantası və SAMSUNG MİCROSD, İMEİ KOD **********04294 SAMSUNG GALAXYA21S maarkalı telefon almış və nəticədə 2292 (iki min iki yüz doxsan iki ) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqavilə əsasən, alqı-satqı qiyməti 1210(bir min iki yüz on) manat (yəni 18 ay x 67 manat + 4 manat ilkin ödəniş) LG LED TVüçün ümumilikdə, 1026(bir min iyirmi altı) manat olmaqla 933(doqquz yüz otuz üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 93(doxsan üç) manat cərimə pulu borcu yaranmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 719.6(yeddi yüz on doqquz manat altmış qəpik) manat (18 ay x 31.7 manat + 149 manat ilkin ödəniş) Mİ QULAQLİQ, İMEİ KOD **********80429 XİAOMİ REDMİ NOTE 9S markalı teleüfçoünn ümumilikdə, 591.7(beş yüz doxsan bir manat yetmiş qəpik) manat olmaqla ondan, 538.7(beş yüz otuz səkkiz manat yetmiş qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 53(əlli üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 726.8(yeddi yüz iyirmi altı manat səksən qəpik) manat (18 ay x 37.6 manat + 50 manat ilkin ödəniş) İMEİ KOD **********71604 XİAOMİ REDMİ NOTE 8 markalı telefoünçün ümumilikdə, 576.2(beş yüz yetmiş altı manat iyirmi qəpik) manat olmaqla ondan, 524.2(beş yüz iyirmi dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 52(əlli iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 26.2(iyirmi altı manat iyirmi qəpik) manat (3 ay x 8.4 manat + 1 manat ilkin ödəniş) SAMSUNG Qulaqlıqüçün ümumilikdə, 18.7(on səkkiz manat yetmiş qəpik) manat olmaqla ondan, 16.8(on altı manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.9(bir manat doxsan qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 862.2(səkkiz yüz altmış iki manat iyirmi qəpik) manat (18 ay x 47.9 manat + 0 manat ilkin ödəniş) HP 15 Noutbuk, Noutbuk çantasıüçün ümumilikdə, 40.2(qırx manat iyirmi qəpik) manat olmaqla ondan, 37.2(otuz yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3(üç) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 640.6(altı yüz qırx manat altmış qəpik) manat (18 ay x 34.2 manat + 25 manat ilkin ödəniş) SAMSUNG MİCROSD, İMEİ KOD **********04294 SAMSUNG GALAXY A21S maarkalı teleüfoçünn ümumilikdə, 39.2(otuz doqquz manat iyirmi qəpik) manat olmaqla ondan, 36.2(otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 3(üç) manat cərimə; Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində HP 15 Noutbukdan imtina etmiş və məhsul 822.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, xx.xx.2020-ci il tarixində İMEİ KOD **********04294 SAMSUNG GALAXYA21S markalı telefon və Yeni qızıl zəmanətdən imtina etmiş və məhsul 593.8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 2.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan 822.6 manat, ümumilikdə, 825 manat təşkil edir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 10.6 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 593.8 manat, ümumilikdə, 604.4 manat təşkil edir. Digər 4 müqavilə üzrə üçün isə cəmi ödədiyi məbləğ 669.9 manat təşkil edir. Cavabdehlə aramızda bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbimizin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Birinci instansiya baxışın hədləri Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Birinci instansiya məhkəməsinin mövqeyi Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqavilə əsasən, LG LED TV, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Mİ QULAQLİQ, İMEİ KOD **********80429 XİAOMİ REDMİ NOTE 9S markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********71604 XİAOMİ REDMİ NOTE 8 markalı telefon, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG Qulaqlıq, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HP 15 Noutbuk, Noutbuk çantası, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, SAMSUNG MİCROSD, İMEİ KOD **********04294 SAMSUNG GALAXY A2 markalı telefon almış, müqavilələrə əsasən ödəməli olduğu məbləği ödəməkdən yayınmış, üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 933 ( doqquz yüz otuz üç) manat ödənilməmiş hissə, 93 (doxsan üç) manat cərimə pulu;, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 538.7 (beş yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat cərimə pulu;, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 524.2 (beş yüz iyirmi dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 52 (əlli iki) manat cərimə pulu; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 16.8 (on altı manat səksən qəpik) manat ödənilməmiş hissə, 1.9 (bir manat doxsan qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 37.2 (otuz yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən 36.2 (otuz altı manat iyirmi qəpik) manat ödənilməmiş hissə 3 (üç) manat cərimə miqdarında borcu olmaqla cəmi 2292 manat borcu vardır. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 42.92 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehdən tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcunun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və cavabdehin iddiaçıya olan borcunu əks etdirən arayışı əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 42,92 manat məbləğində dövlət rüsumu cavadehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə 2292 manat borc və 42.92 manat dövlət rüsumu, 2334.92 (iki min üç yüz otuz dörd manat doxsan iki qəpik) manat "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2292 manat borc və 42.92 manat dövlət rüsumu, cəmi 2334.92 (iki min üç yüz otuz dörd manat doxsan iki qəpik) manat tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar