Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-643/2025 08.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xx.xx.2024-cü il tarixdə Cavabdeh məxsus olan 77 HV249 dövlət nömrə nişanlı “Hundai 30 minik” markalı avtomobili etibarnamə əsasında satınalma yolu ilə əldə etdiyini, lakin Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin xx.xx.2024-cü il tarixli 8İ-14788 nömrəli icra sənədi üzrə Cavabdeh "xxxx" ASC-yə 800.91 manat borcu olduğundan nəqliyyat vasitəsini mülkiyyətə keçirə bilməyərək həmin məbləği borclunun yerinə ödədiyini göstərib Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin xx.xx.2024-cü il tarixli 8İ- 14788 nömrəli icra sənədi üzrə borclunun yerinə tələbkar "xxxx" ASC-nin xeyriinə ödənilən 726,0 manat, AR Ədliyyə Nazirliyinin hesabına ödənilən 56,40 manat icra ödənişi, o cümlədən "xxxx" ASC-yə ödənilən 25,0 manat xidmət haqqı, 30 manat dövlət rüsumu və Şəki şəhərindən Qəbələ şəhərinə gəlib getməkdən ötrü çəkilən 80 manat yol xərci, cəmi 917,40 manat məbləğində nağd pul vəsaitinin tutulub xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan AR-nın ƏN Qəbələ Rayon İcra və Porbasiya şöbəsi tərəfindən verilmiş arayışa əsasən Qəbələ Rayon Regional Asan Xidmət Mərkəzinin 8İ-14787 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Cavabdeh 800.91 manat pul tutularaq tələbkar "xxxx" ASC-yə ödənilməlidir. Həmin icra sənədinə əsasən 751,0 manat borc və 56,0 manat icra ödənişi İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan xx.xx.20235-ci il tarixli TT**********54025 nömrəli Qəbzin surətinə əsasən Cavabdeh məhkəmə işi ilə əlaqədar İddiaçı tərəfindən "xxxx" ASC-nin hesabına 25,0 manat ödənilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, İddiaçı Qəbələ Regional “Asan Xidmət” Mərkəzinin xx.xx.2024-cü il tarixli 8İ-14788 nömrəli icra sənədi üzrə borclu Cavabdeh yerinə tələbkar "xxxx" ASC-nin hesabına 726,0 manat ödəmiş, AR Ədliyyə Nazirliyinin hesabına 56,40 manat icra ödənişi və "xxxx" ASC-nin hesabına 25,0 manat xidmət haqqı keçirtmişdir. İddiaçı Şəki şəhərindən Qəbələ şəhərinə gəlib getməkdən ötrü 80 manat yol xərci çəkməsi müəyyən edilməmişdir. AR Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 807,40 (726,0+56,40+25,0) manat və 30,0 manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 807,40 (səkkiz yüz yeddi) manat borc və 30,0 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-643/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-643/2025
08.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver