Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-653/2023 22.06.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı "kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və müqavilə üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyəyən etdi İşin halları İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli İK 546/F- 22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və cavabdehdən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə 10339.35 (on min üç yüz otuz doqquz manat otuz beş qəpik) manat məbləğində əsas borcun, 827.45(səkkiz yüz iyirmi yeddi manat qırx beş qəpik) manat məbləğində faiz borcunun və 1465.50 (bir min dörd yüz altmış beş manat əlli qəpik) manat məbləğində cərimə borcunun, cəmi 12632.30 (on iki min altı yüz otuz iki manat otuz qəpik) manat kredit borcu və 128.08 (bir yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 546/F-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18.7% olmaqla 36 ay müddətinə 11500 AZN (on bir min beş yüz manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlışəkildə pozmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 10339.35AZN (on min üç yüz otuz doqquz manat otuz beş qəpik) əsas, 827.45AZN (səkkiz yüz iyirmi yeddi manat qırx beş qəpik) faiz, 1465.50 AZN (bir min dörd yüz altmış beş manat əlli qəpik) cərimə borcu olmaqla, cəmi 12632.30 (on iki min altı yüz otuziki manat otuz qəpik) təşkiledir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, tərəfimizdən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubu da cavabsız qalmışdır.Odur ki, kredit borcu və kredit borcuna hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti iddianın həcminin artırılması ilə bağlı məhkəməyə ərizə təqdim edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbini artıraraq "xxxx" ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli İK 546/F-22 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və Bank” ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli İK 546/F-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh banka olan 10339.35 (on min üç yüz otuz doqquz manat otuz beş qəpik) manat məbləğində əsas borcun, 886.53 (səkkiz yüz səksən altı manat əlli üç qəpik manat məbləğində faiz borcunun və 1465.50 (bir min dörd yüz altmış beş manat əlli qəpik) manat məbləğində cərimə borcunun, cəmi 12691.38 (on iki min altı yüz doxsan bir manat otuz səkkiz qəpik) manat kredit borcu və 128.08 (bir yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutulataq "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Birinci instansiya baxışının hədləri Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Birinci instansiya məhkəməsinin mövqeyi Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2022-ci il tarixli İK 546/F-22 nömrəli kredit müqaviləsinə əsasən Borc alana 11500 manat məbləğində illik 18,7 % olmaqla 36 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli İK 546/F-22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 11500 manat məbləği illik 18.7 %-lə, 36 ay müddətinə aylıq 240.59 manat, sonuncu ay isə 413.45 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 266 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli İK 546/F-22 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə banka 10339.35 (on min üç yüz otuz doqquz manat otuz beş qəpik) manat əsas borcu, 886.53 (səkkiz yüz səksən altı manat əlli üç qəpik) manat faiz borcu, 1465.5 (bir min dörd yüz altmış beş manat beş qəpik) manat cərimə faizi borcu vardır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində tam əsaslıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh əsas borcu 10339.35 manat, faiz borcu 886.53 manat olmuşdur. Məhkəmə bu səbəbdən cavabdeh iddiaçı bankın xeyrinə əsas borc üzrə 10339.35 manat, faiz borcu üzrə 886.53 manat borcun tutulmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1465.50 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib hesablanmışdır. Məhkəmə hesab edir ki, 1465.50 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, 1465.50 manat məbləğində dəbbə pulunun tutulması banka dəymiş real zərəri kompensasiya edir. Məhkəmə həmçinin hesab edir ki, "xxxx" ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə ləğv edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 128.08 (bir yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdeh (borclu) Cavabdeh 10339.35 (on min üç yüz otuz doqquz manat otuz beş qəpik) manat əsas, 886.53 (səkkiz yüz səksən altı manat əlli üç qəpik) manat faiz, 1465.50 (bir min dörd yüz altmış beş manat əlli qəpik) cərimə borcu olmaqla, cəmi 12691.38 (on iki min altı yüz doxsan bir manat otuz səkkiz qəpik) manat kredit borcu və 128.08 (bir yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulmalı, "xxxx" ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilə ləğv edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC-nin “Mərkəz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 546/F-22 saylı müqaviləsi ləğv edilsin. Cavabdeh 10339.35 (on min üç yüz otuz doqquz manat otuz beş qəpik) manat əsas, 886.53 (səkkiz yüz səksən altı manat əlli üç qəpik) manat faiz, 1465.50 (bir min dörd yüz altmış beş manat əlli qəpik) cərimə borcu olmaqla, cəmi 12691.38 (on iki min altı yüz doxsan bir manat otuz səkkiz qəpik) manat kredit borcu və 128.08 (bir yüz iyirmi səkkiz manat səkkiz qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elman İsayev
Məhkəmə qərarları › İş №e-2(025)-653/2023
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-653/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver