Məhkəmə qərarları › İş №e-2(025)-656/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-656/2025

25.06.2025 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-656/2025 25.06.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə” dair mülki iş üzrə (Açar sözlər: şəxsin xəbərsiz itkin düşmüş hesab edilmə faktı) Qəbələ rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi şəxsin itkin düşmüş hesab edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib xx.xx.1987-ci il təvəllüdlü X3 xəbərsiz itkin düşmüş itkin düşmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahatında göstərmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X6 onunla X5 birgə nikahından doğulmuş və ailənin digər üzvləri ilə birlikdə Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi ev 6-da yaşamışdır. Səidə Abdullayeva beş il bundan qabaq Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində başqa yaşayış sahəsinə köçərək kirayədə qlmış və “Tufandağotel”də tibb bacısı vəzifəsində işləmişdir. X6 xx.xx.2022-ci il tarixdən etibarən işə çıxmamış, həmin vaxtdan sonra onu görən və yaxud hər hansı yolla əlaqə saxlayan olmamışdır. X3 itkin düşməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə Qəbələ RPŞ CAB-da 590202 saylı axtarış işi açılmış və cinayət işi başlanmışdır. Lakin indiyədək görülmüş tədbirlərdən heç bir nəticə hasil olmamış və X3 xəbər çıxmamışdır. Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsi ev 6-da yerləşən mənzildə X3 payı vardır və mənzilə dair sərancam verməkdən ötrü tələb olunduğundan onun xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizə vermişdir. İşdə olan Xİİ-ЖГ nömrəli “doğum haqqında şəhadatnamə”nin surətinə əsasən xx.xx.1987ci il tarixdə Qutqaşın (Qəbələ) şəhərində anadan olmuş X2 Mösüm Nuru oğlu və Ərizəçi qızından törəmişdir. İşdə olan AR Qəbələ rayonu İHB-nın Qəbələ şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-59-12/2/856/2025 nömrəli arayışda göstərilmişdir ki, Qəbələ şəhər 1137 nömrəli təsərrüfat kitabının 12-ci səhifəsinə əsasən xx.xx.1987-ci il təvəllüdlü X1 Raidə Vəlyəddin qızının ailə üzü sırasında yer almışdır. İşdə olan AR DİN Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 28/343- 89/2-2-20375 nömrəli məlumatda göstərilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X4 Qəbələ şəhəri, İ.Qutqaşınlı küçəsində kirayədə qaldığı evi tərk etməsi və bir də geri qayıtmaması barədə Ərizəçi xx.xx.2022-ci il tarixli müraciətinə əsasən material üzrə xx.xx.2022-ci il tarixə Qəbələ RPŞ CAB-da 590202 nömrəli axtarış işi açılmış və xx.xx.2022-ci il tarixdə Qəbələ rayon Prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. İşdə olan AR Baş Prokurorluğu tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 2-2-3/2- 617/2024 məlumatda göstərilmişdir ki, X4 itkin düşməsi ilə bağlı AR CM-nin 125 və 182.2.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaqın obyektiv aparılmasının təmin edilməsi və sübut edilməli olan halların müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir. İşdə olan AR-nın DİN Baş Cinayət Axtarış idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3134/2-A81372/11 nömrəli məlumatda göstərilmişdir ki, X8 barəsində xx.xx.2022ci il tarixdə axtarış elan edlmiş və xx.xx.2022-ci il tarixdə Qəbələ RP-da AR CM-nin 125-ci maddəsi ilə ********** nömrəli cinayət işi başlanmışdır. Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq cinayətin açılması istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İşdə olan AR DİN Baş Cinayət Axtarış İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3- 134/2A-81372/2-11-82//2024 nömrəli məlumatda göstərilmişdir ki, X4 itkin düşməsi ilə əlaqədar Qəbələ rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılmış və hazırda AR Baş Prokurorluğunda istintaq olunur. İşdə olan AR DİN Baş Cinayət Axtarış İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3134/2A-50xx/xx/2024 nömrəli məlumatda göstərilmişdir ki, X4 itkin düşməsi ilə əlaqədar Qəbələ RP-da AR CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanılmış, A.Səmədov Həmin Məcəllənin 182.2.1, 302.1 və 309.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ƏN-nin Şəki Penitensiar müəssisəsinə yerləşdirilmişdir. İşdə olan AR DİN Qəbələ RPŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 51/3-13- 89/2-16342 nömrəli məlumatda göstərilmişdir ki, xx.xx.1987-ci il təvəllüdlü X4 itkin düşməsi ilə əlaqədar Qəbələ RPŞ-nin CAB-da xx.xx.2022-ci il tarixdə 590202 nömrəli axtarış işi açılmış, xx.xx.2022-ci il tarixdə Qəbələ rayon prokurorluğunda AR CM-nin 125-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və cinayət hadisəsinin açılması məqsədilə Qəbələ RPŞ-nin CAB-da xx.xx.2022-ci il tarixdə, 25504 nömrəli əməliyyat-axtarış işi açılmışdır. AR Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X10 və Ərizəçi törəmiş xx.xx.1987-ci il təvəllüdlü X8 xəbərsiz itkin düşmüş hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Ərizə təmin olunsun. xx.xx.1987-ci il tarixdə Qutqaşın (Qəbələ) şəhərində anadan olub, X10 və Ərizəçi törəmiş X8 xəbərsiz itkin düşmüş hesab edilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar