Məhkəmə qərarları › İş №e-2(025)-663/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-663/2025

08.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-663/2025 08.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 17 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 7761.14 manat əsas borc, 527.41 manat faiz borcu, 113.22 manat cərimə borcu olmaqla ümumilikdə 8401.77 manat məbləğində borcun və ödənilmiş 104.02 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 17 iyul 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 17.5 faizlə 48 ay müddətinə 10000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 İismayıl oğlu ilə 17 iyul 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 20 fevral 2025-dək Cavabdeh1 banka 17 iyul 2023-cü il tarixli kredit müqaviləsi üzrə 7761.14 manat əsas borc, 527.41 manat faiz borcu və 226.44 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 8514.99 manat borcu vardır. Cavabdeh1 17 iyul 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 226.44 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-ı miqdarında olmaqla, yəni 113.22 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh1 izahatında göstərmişdir ki,xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən o, İddiaçı ASC-dən 10.000 manat məbləğində kredit götürmüşdür. Bu məbləği 48 ay müddətinə illik 17.5 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə hissə-hissə olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. Bir müddət ödənişləri həyata keçirsə də, hazırda maddi imkanı zəif olduğundan ödənişlərin qalanını həyata keçirə bilməmişdir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z-11809/23 nömrəli Kredit müqaviləsinə əsasən ona illik 17.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli Z/11809/23 nömrəli müqaviləyə əsasən Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh1 ona verilən 10.000 manat məbləğində krediti 4012.69 manat faizlə birlikdə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli Z-11809/23 nömrəli kredit müqaviləsinə əsasən ona illik 17.5 faiz dərəcəsi ilə 48 ay müddətinə 10.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixli Z-11809/23 nömrəli kredit müqaviləsi üzrə 7761.14 manat əsas, 527.41 manat faiz borcu, 113.22 manat cərimə borcu olmaqla, cəmi 8401.77 manat borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2023-cü il tarixli Z-11809/23 nömrəli kredit Müqaviləsi üzrə aldığı krediti qismən ödəsələr də, 7761.14 manat əsas, 527.41 manat faiz borcu və 113.22 manat cərimə borcu olmaqla cəmi 8401.77 manat borcları yaranmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli Z-11809/23 nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7761.14 manat əsas borc, 527.41 manat faiz borcu,113.22 manat cərimə borcu olmaqla, cəmi 8401.77 manat borc və dövlət rüsumuna görə 104.02 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7761.14 (yeddi min yeddi yüz altmış bir manat on dörd qəpik) manat əsas borc, 527.41 (beş yüz iyirmi yeddi manat qırx bir qəpik) manat faiz borcu və 113.22 (bir yüz on üç manat iyirmi iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 8401.77 (səkkiz min dörd yüz bir manat yetmiş yeddi qəpik) manat borc və 104.02 (bir yüz dörd manat iki qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar