Məhkəmə qərarları › İş №e-2(025)-676/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-676/2025

06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-676/2025 06.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə iddia qaldıraraq cəmi 1.335,0 manat və 34,0 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Zərdab rayonunda yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. Cavabdeh2 Ziyadxan oğlu və Cavabdeh1 xx.xx.2023-cü il tarixdən 15 avqust 2023-cü il tarixədək onun təsərrüfatında heyvanlara baxmış və ərazidə yaşayış üçün uyğunlaşdırılmış tikilidə yaşamışlar. Onlar başqa borclarını ödəməkdən ötrü işə başlamazdan qabaq 1600,0 manat borc götürmüş və cəmi 265,0 manat qaytararaq 1335,0 manat borclu qalmışlar. Ona görə də, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.335,0 manat və 34,0 manat dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli Qəbzə əsasən Cavabdeh2 və Cavabdeh1 İddiaçı 1335,0 manat borcu olduğunu etiraf etmiş və xx.xx.2024-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşlər. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2023-cü ildə Cavabdeh2 və Cavabdeh1 İddiaçı cəmi 1.600,0 manat borc almış və cəmi 265,0 manat qaytararaq 1335,0 manat borclu qalmışlar. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1.335,0 manat və 34,0 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1335,0 (bir min üç yüz otuz beş) manat və 34 (otuz dörd) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar