Məhkəmə qərarları › İş №e-2(025)-738/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-738/2025

21.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-738/2025 21.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq Cavabdeh 8589.90 manat əsas borc və 998.10 manat faiz olmaqla, ümumilikdə 9588 manat borc və 116.28 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC-nin xx.xx.2021-ci il tarixli bank xidmətlərinə dair.ümumi ofertası əsasında iddiaçı "xxxx" KBASC tərəfindən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 28,75 % ödəmək şərtilə 9500 manat məbləğində kredit verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixində ərizə-anket və imza nümunəsini (aksept) imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli ümumi ofertası ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq etmişdir. X1 17.11-ci bəndinə əsasən Müştəri“ kreditin və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin buşərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Cavabdeh izahatında göstərmişdir ki, o, "xxxx" ASC ilə bağladığı kredit müqaviləsinə əsasən bankdan illik 28,75 faizlə 9500 manat kredit götürmüşdür. Lakin krediti götürəndən bir müddət sonra ödənişlərdə çətinliklər yaranmış və başqa gəlirləri olmadığından kreditin qaytarılmasını təmin edə bilməmişdir. Ona görə də, kredit borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan 1600nkİSMLb/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixində xx.xx.2028-ci il tarixinədək illik 28.75% olmaq şərtilə 9500 manat məbləğində kredit verilmişdir İşdə olan xx.xx.2024-cü il tarixli Cavabdeh ünvanlanmış bildirişin surətinə əsasən, xx.xx.2023-cü il tarixli, 1600nkİSMLb/23 saylı kredit müqaviləsinə əsasən onun banka xx.xx.2024cü il tarixinə 8589.9 manat əsas, 786.43 manat faiz, 1.44 manat cərimə borcu olmaqla, cəmi 9377.77 manat borcu yaranmışdır. İşdə olan "xxxx" KB ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətinə əsasən, Cavabdeh 1600nkİSMLb/23 saylı kredit müqaviləsi üzrə 8589.9 manat əsas və 998.1 manat faiz borcu olmaqla, cəmi 9588 manat borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh aldığı krediti ödəməmiş, nəticədə 8589.90 manat əsas və 998.10 manat faiz hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 8589.90 manat əsas borc və 998.10 manat faiz borcu olmaqla, cəmi 9588 manat borc ödənilmiş dövlət rüsumuna görə 116.28 manat tutulub iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin: Cavabdeh 8589.90 manat əsas borc və 998.10 manat faiz borcu olmaqla, ümumilikdə 9588 manat borc və 116.28 manat dövlət rüsumu iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar