Məhkəmə qərarları › İş №e-2(025)-749/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-749/2025

08.07.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-749/2025 08.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə ərizəsinə dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edib, Qəbələ rayonu Mirzəbəyli kəndində X2 və onun alə üzvülərinin adına verilmiş JN-087F kod 40613018 olan "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə göstərilmiş 0.57 ha. həyətyanı torpaq sahəsi , həmin torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi və "Torpağın mülkiyyətə verilməsinə dair "JN-0060 kod 40613018 olan Dövlət Aktında göstərilmiş kənd təsərufatı təyinatlı torpaq sahəsi üzərində DƏDKRPHŞ Qəbələ 9 saylı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilən texniki inventarladırma işləri aparılması üçün çöl-ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən törədilən maneələrə qadağa qoyulması və çöl ölçmə işlərinin məcburi aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə ərizə verərək işin baxılmamış saxlanılmasını və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. AR MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. “Dövlət rüsumu haqqında” AR Qanununun 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. AR MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı "əmlak hüququnun həyata keçirilməsinə törədilən maneələrin aradan qaldırılması" tələbi barədə ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Qəbələ Rayon Məhkəməsində iddia qaldırmaq üçün X1 hesabına ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar