Məhkəmə qərarları › İş №e-2(025)-76/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-76/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-76/2025 23.01.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair mülki iş üzrə (Açar sözlər: borc öhdəliyi üzrə mübahisələr, borcun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iştirakları ilə İddiaçı Cavabdehna qarşı "borc tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı "borc tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixdə doğulmuş, Qəbələ rayonu, Tüntül kəndində yaşayan Cavabdeh 94000 (doxsan dörd min) manat məbləğində pul vəsaitinin və 372 manat dövlət rüsumunun, vəkil xidmət haqqı 300 manatın cavabdehdən alınıb ona verilməsibarədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. O, 2021-ci ilin mart ayında ondan 30000 manat, 2022-ci ilin fevral ayında 30000 manat və 2023-cü ilin aprel ayında 34000 manat olmaqla, cəmi 94000 manat borc pul götürmüşdür. Pulu 2023-cü ilin sentyabr ayından ayda 1000 manat olmaqla ödəyəcəyinə və ən geci 2024-cü ilin dekabr ayında borc pulu tam qaytaracağına söz verərək iltizam imzalamışdır, iltizamı ərizəyə əlavə edir. Bu iltizamı xx.xx.2023-cü il tarixdə imzalayaraq ondan götürdüyü 94000 manat borc pulu 2024-cü ilin dekabr ayında tam qaytaracağına dair öhdəlik götürmüşdür. O da cavabdehə inanaraq ondan istədiyi pulu vermişdir. Lakin üstündən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh pulu qaytarmır.İltizamda götürdüyü öhdəliyi yerinə yetirmir. Belə iltizamda borclu oldugu pulu 2023-cü ilin sentyabr ayından başlayaraq, 10.000 manat ödəyəcəyinə öhdəlik götürmüş, lakin bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh 10 saylı Ərazi Vergilər İdarəsində dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və icraçı direktorudur. Həmin MMC klinikadır və Zaqatala şəhərində yaşadığı evin qonşuluğunda yerləşir. Cavabdeh ona söz vermişdir ki, klinikadan gələn gəlirdən ondan götürdüyü pulu qaytaracaqdır. Ondan götürdüyü pulları müxtəlif problemlərini həll etmək üçün götürmüşdür (məsələn: başqa şəxslərə olan borcunu qaytarmaq, klinikanın maddi təminatı həyata keçirmək, tibbi avadanlıqlarının alınması və sair).O, dəfələrlə ondan pulu qaytarmasını tələb etsə də o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınır. 2023-cü ilin axırları və bu ilin əvvəllərində yuxarıda adını qeyd etdiyi klinikanı idarə etmək üçün cavabdehin qardaşı Babək adlı şəxs gəlmiş və ona qardaşı Sarvanın borcu olduğunu bildirmişdir. İlk öncə Babək onun dediyini qəbul etmək istəməmiş, daha sonra Cavabdeh imzaladığı iltizamı gördükdən sonra ona söz vermiş ki, o, bütün borcu bu ilin dekabr ayınadək ödəyəcəkdir. O isə borc pulunun geri alınmasını təminat altına alınması məqsədilə vəkilləri vasitəsilə klinika barədə vergi orqanlarına sorgu göndərmişdir. Məlum olmuş ki, Cavabdeh borcu tələb etdiyini görüb təsisçisi olduğu MMC-in 90% payını qardaşı Babəyin adına keçirib, özündə yalnız 10%-ni saxlamışdır. Burdan görünür ki, cavabdeh və qardaşı onun borcunu könüllü qaytarmaq fikrində deyillər. Ona dəfələrlə xəbərdarlıq edib borc pulu qaytarmağını tələb etsə də, cavabdeh pulu qaytarmaqdan boyun qaçırır. Bundan sonra başa düşmüş ki, cavabdeh ona olan etibarından sui istifadə edərək onu aldadıb, borcu qaytarmaq istəmir və könüllü olaraq qaytarmayacaqdır. Beləliklə, Cavabdeh ona 94000 manat məbləğində pul borcu vardır. Onagörədəməhkəməyəmüraciətetməliolmuşdur. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul edərək göstərdi ki, Cavabdeh onun oğludur. Digər oğlu X1 rayonunda klinika açmışdır. Daha sonra Zaqatala rayonunda klinika açmaq qərarına gəlmişdir. Zaqatala rayonunda açılan klinikaya rəhbərliyi isə oğlu Cavabdeh etibar etmişdir. Lakin sonradan oğlu Cavabdeh çoxlu borcunun olmasını bilmişlər və onu bu işlərdən uzaqlaşdırmışlar. Hal-hazırda Zaqatala rayonunda olan klinikanın çoxlu borcu vardır. Belə olub oğlunun İddiaçı olan borcunu ödəyə bilməmişlər. Borc məbləğini etiraf edirlər. Çalışıb yaxın vaxtlarda iddiaçının borcunu ödəyəcəklər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli “İltizam”da göstərilmişdir ki, “MEN XİTİLOV SERVAN MEHMAN OXLU. ALANOV FİRUZ ELESQER OXLUNAN 2021- iLİN MART AYİNDA 30000-MİN MYNET. 2022-İLİN-FEVRAL AYİNDA 30000-MİN-MANAT. 2023-APREL AYİNDA 34000-MİN MANAT PUL ALMİSAM. CEMİ 94000-MİN MANAT PUL ALMİSAM. PULU 2023-İLİN SENTYABR AYİNAN AYDA 10000- MİN-MANAT ODEYECEYİME SOZ VERİREM. PULU- EN QECİ 2024- İLİN DEKABR AYİNDA TAM- QAYTARACAXİMA SOZ VERİREM.” Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-cu maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan redaksiyada) əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəflivə tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardadı. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, İddiaçı cavabdehə ümumilikdə 94000 (doxsan dörd min) manat məbləğində pul verdiyini, cavabdehin həmin məbləği qaytarmadığını, iddia tələbinin əsası kimi cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli iltizamı əsas gətirir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Nümayəndə2 iddia tələbini qəbul edərək göstərmişdir ki, oğlunun çoxlu borclarının olduğunu, borcu yaxın vaxtda ödəcəklərini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Hazırki işdə İddiaçı cavabdehə ümumilikdə 94000 (doxsan dörd min) manat pul verməsini Cavabdeh imzaladığı xx.xx.2023-cü il tarixli iltizamla təsdiq etməkdədir. Həmin iltizamın cavabdehin Cavabdeh tərəfindən imzalanmaması isə nə cavabdehin özü, nə də etibarnamə üzrə nümayəndəsi tərəfindən mübahisələndirilməmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi (atası) Cavabdeh iddia tələbini etiraf edərək oğlunun borcunu qaytaracağını bildirmişdir. Göründüyü kimi cavabdeh iddiaçıdan borc pul götürməklə, götürdüyü pul vəsaitini qaytarmalı olmasına dair öhdəliyin daşıyıcısı olmuşdur. Lakin cavabdeh qeyd edilən öhdəliyi lazımi qaydada icra etməyərək borcunu qaytarmamışdır. Cavabdehin iddiaçının aldığı pul məbləğini geri qaytarmaq öhdəliyi hər bir halda yaranmışdır və o da bu öhdəliyi icra etməmişdir. Bu səbəbdən iddia tələbi təmin edilərək cavabdehdən 94000 (doxsan dörd min) manat pul alınaraq iddiaçıya ödənilməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin maddənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutları və məhkəmınin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi tərəfindən iddia tələbi qəbul edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Göründüyü kimi Cavabdeh nümayəndəsi Nümayəndə2 iddiaçıya 94000 (doxsan dörd min) manat məbləğində borc olduğunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də iddia verilən zaman ödənilmiş 372 (üç yüz yetmiş iki) manat dövlət rüsumu Cavabdeh alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 300 manat xərcin cavabdehdən tutulmasını əsaslı və qanuni hesab edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 94000 (doxsan dörd min) manat məbləğində borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 372 (üç yüz yetmiş iki) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 94000 (doxsan dörd min) manat məbləğində borc, 300 (üç yüz) manat vəkil xidmət haqqı və 372 (üç yüz yetmiş iki) manat dövlət rüsumu alınaraq İddiaçına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar