Məhkəmə qərarları › İş №e-2(025)-769/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-769/2025

01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-769/2025 01.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi və Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbi barədə iddia qaldıraraq aralarında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi üzrə Cavabdeh 7684,3 manat əsas borc, 1749,33 manat faiz borc və 196,91 manat cərimə borcu olmaqla, ümumilikdə 9630,54 manat və 119 manat dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 60 ay müddətinə, illik 24% olmaqla 10800 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X1 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən o, İddiaçı ASC-dən 10.800 manat məbləğində kredit götürmüşdür. Bu məbləği 60 ay müddətinə illik 24 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə hissə-hissə olmaqla banka ödəməyi öhdəsinə götürmüşdür. Bir müddət ödənişləri həyata keçirsə də, hazırda maddi imkanı zəif olduğundan ödənişlərin qalanını həyata keçirə bilməmişdir. Belə ki, o, Bakı şəhərində yerləşən Rafat MMC-də santexnik vəzifəsində çalışıb. 2023-cü ildə onu işdən azad etmişlər. İşdən çıxdıqdan sonra ödənişləri həyata keçirməkdə çətinlik çəkir. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan kredit sazişinə əsasən İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank Borcluya 60 ay müddətinə, illik 24 % olmaqla 10800 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh ona verilən 10800 manat məbləğində krediti 7855.52 manat faizlə birlikdə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 7684,3 manat əsas, 1749,33 manat faiz və 196,91 manat məbləğində cərimə borcu vardır. İşdə olan İddiaçı ASC tərəfindən verilimiş xx.xx.2025-ci il tarixli Cavabdeh ünvanlanmış bildirişdə göstərilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 60 ay müddətinə, illik 24 % olmaqla 10.800 manat məbləğində kredit götürmüş, hal-hazırda Banka 7684,3 manat əsas, 1749,33 manat faiz və 196,91 manat məbləğində cərimə borcu vardır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 7684,3 manat əsas borc,1749,33 manat faiz və ödənilmiş dövlət rüsumuna görə 116 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, hesablanmış cərimə məbləği isə əsas borc məbləğinə mütənasib surətdə azaldılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 7684,30 (yeddi min altı yüz səksən dörd manat otuz qəpik) manat əsas borc, 1749,33 (bir min yeddi yüz qırx doqquz manat otuz üç qəpik) manat faiz borcu və 100,0 (bir yüz) manat cərimə, ümumilikdə 9533,63 (doqquz min beş yüz otuz üç manat altmış üç qəpik) manat borc və 116 (bir yüz on altı) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar