Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-778/2025 07.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, iddiaçının nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia qaldıraraq, 7.000,0 (yeddi min) manat və 90 (doxsan) manat dövlət rüsumu alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, İddiaçı ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Yenikənd kəndində yaşayır və fərdi qaydada təsərrüfatla məşğul olur. 2020-ci ildə X4 və Cavabdeh2 özlərinə məxsus olan Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisində yerləşən 4,0 ha ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı icarəsinə vermiş və üç il keçəndən sonra həmin torpaq sahəsini dəyəri hissə-hissə ödənilmək şərti ilə icarəçiyə cəmi 11.150,0 manata satmışlar. Həmin məbləğ tam şəkildə ödənildikdən sonra X4 torpaq sahəsini geri alaraq başqasına satmış və İddiaçı aldığı pulu qaytarmayaraq mənimsəmişdir. 4050,0 manat məbləğində torpağın üç illik icarə haqqı çıxılaraq X1 cəmi 7000,0 manat tələb edilsə də, qaytarmaqdan imtina edilmişdir. Ona görə də, Cavabdeh1 və Cavabdeh2 7000,0 (yeddi min) manat və 90 (doxsan) manat dövlət rüsumu alınıb ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh2 izahatında göstərmişdir ki, o,ailə üzvləri ilə birlikdə Qəbələ rayonu, Bayramkoxa kəndində yaşayır. 2020-ci ildə ailə üzvlərinin ümumi mülkiyyətində olan Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı icarəsinə vermiş və üç il keçəndən sonra həmin torpaq sahəsini dəyəri hissə-hissə ödənilmək şərti ilə icarəçiyə hektarı 3500,0 manata satmışdır. İddiaçı ona ayrı-ayrı vaxtlarda 2500,0 manat, 1000,0 manat və 10000,0 manat, cəmi 45000,0 manat ödəmiş və zəruri ehtiyac yaranması səbəbindən tələb irəli sürməsinə baxmayaraq qalan məbləğin birdəfəlik ödənilməsini həyata keçirtməmişdir. Ona görə də, torpaq sahəsini geri almış və Nizami adlı şəxsə hektarı 4500,0 manata satmışdır. İddiaçı tərəfindən ödənilən 4500,0 manat torpağın üç illik icarə haqqına hesablanmışdır. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İş üzrə şahid X6 göstərmişdir ki, o, İddiaçı ilə birlikdə təsərrüfatla məşğul olaraq 2020-ci ildə X4 və Cavabdeh2 məxsus olan Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini icarəyə götürmüş və hər il məhsul becərərək təyinatı üzrə istifadə etmişlər. Üç il keçəndən sonra X4 həmin torpaq sahəsini dəyəri hissə-hissə ödənilmək şərti ilə onlara cəmi 11.150,0 manata satmışdır. İddiaçı bir dəfə onun iştirakı ilə X3 6700,0 manat vermiş və növbəti dəfə özü qalan məbləği ödəmişdir. 2025-ci ildə X4 torpaq sahəsini geri alaraq başqasına satmış və İddiaçı aldığı pulu qaytarmayaraq mənimsəmişdir. 4050,0 manat məbləğində torpağın üç illik icarə haqqı çıxılaraq X1 cəmi 7000,0 manat tələb edilsə də, qaytarmaqdan imtina edilmişdir. İşdə olan Qəbələ RPŞ-nin araşdırılma materiallarına əsasən X2 izahatında ailə üzvlərinin ümumi mülkiyyətində olan Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisində yerləşən 4,0 ha ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini dəyəri hissə-hissə ödənilmək şərti ilə cəmi 11.150,0 manata İddiaçı satmış və həmin məbləği alaraq torpaq sahəsini alıcıya təhvil vermişdir. Bir müddət keçəndən sonra torpaq sahəsini geri alaraq başqasına 10.500,0 manata satmış, lakin İddiaçı aldığı pulu qaytarmayaraq ona 7.000 (yeddi min) manat borclu qalmışdır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh2 və Cavabdeh1 ailə üzvlərinin ümumi mülkiyyətində olan Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisində yerləşən 4,0 ha ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini İddiaçı şifahi müqavilə əsasında cəmi 11.150,0 manata satmış, üç il keçəndən sonra torpaq sahəsini geri almış, lakin aldığı pulu qaytarmamışdır. AR Mülki Məcəlləsinin AR Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdən əmələ gəlir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavlə notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb -sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Qəbələ rayonu, Bayramkoxa kəndi ərazisində yerləşən 4,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair tərəflər arasında əldə olunmuş razılaşma (şifahi müqavilə) notariat qaydasında təsdiqlənmədiyindən etibarsızdır. Cavabdeh1 və Cavabdeh2 razılaşmanı pozub torpaq sahəsini geri aldığı üçün İddiaçı dəymiş 7.000,0 manat məbləğində maddi zərəri ödəməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi təmin olunsun. Cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 7.000 (yeddi min) manat və 90 (doxsan) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-778/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-778/2025
07.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver