Məhkəmə qərarları › İş №e-2(025)-790/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-790/2024

22.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-790/2024 22.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər birinə görə 500 (beş yüz) manat olmaqla ayda 1000 (bir min) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 02 aprel 2012-ci il tarixdə o, Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X3 adında uşaqları olmuş və münasibətləri pozulduğundan boşanmışlar. Birgə nikahdan doğulmuş uşaqlar ananın himayəsinə verilmiş və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli 2(025)-411/2021 saylı qətnaməsi ilə onların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Lakin həmin məbləğ uşaqların maddi ehtiyacını və müalicə xərclərini ödəmək üçün kifayət etmir.Bundan başqa uşaqların böyüməsi ilə onların saxlanılması üçün tələb olunan vəsait getdikcə artır və o, təkbaşına uşaqların maddi və sair ehtiyacının təmin olunmasında çətinlik çəkir. Cavabdeh Rusiya Federasiyasında yaşayır, geniş imkanlara malik olan tanınmış və uğurlu iş adamıdır. Onun şəxsi şirkəti ("xxxx" MMC) , böyük məbləğlərlə ölçülən qiymətli əmlakı (bahalı avtomobillər və daşınmaz əmlak obyektləri) və hər ay artan gəlirləri vardır. Ona görə də, uşaqların saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarının artırılaraq hər biri üçün 500 manat aliment olmaqla ayda 1000 manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh nümayəndəsi Vəkil göstərmişdir ki, Cavabdeh Rusiya Federasiyasında daimi olaraq yaşayır və "xxxx" MMC-də baş direktor vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 69.600,0 rubl təşkil edir və başqa gəlirləri yoxdur. Bundan başqa Eldəniz Məmmədov xx.xx.2021-ci il tarixində yenidən evlənmişdir və müharibə şəraiti ilə əlaqədar artan infilyasiya və bahalaşma səbəbindən ailənin maddi təlabatını çətinliklə təmin edtdiyi üçün İddiaçı tələb etdiyi məbləğdə alimenti odəmək iqtidarında deyil. Ona görədə, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan İ-BO 892102 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən X2 doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 Cavabdeh törəmişdir. İşdə olan İİ-BO 520083 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən X2 doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X7 Cavabdeh törəmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(025)-411/2021 saylı qətnaməsinin surətinə əsasən Cavabdeh ilə İddiaçı arasında 02 aprel 2012-ci il tarixdə 06 nömrəli nikah akt qeydi ilə bağlanmış rəsmi nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X4 anaları İddiaçı yanında qalmış və uşaqların yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü İddiaçı xeyrinə Cavabdeh hər bir uşaq üçün 130 (bir yüz otuz) manat olmaqla, hər ay 260 (iki yüz altmış) manat sabit məbləğində aliment tutulmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətinə əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən "xxxx" MMC-də müddətsiz əmək müqaviləsi ilə baş direktor vəzifəsində işləyir və 69600 rubl əmək haqqı alır. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh baş direktor vəzifəsində olduğu "xxxx" MMC-nin hüquqi vəziyyətinə dair sənədləri (təsis müqaviləsi, nizamnamə, qeydiyyat şəhadətnaməsi və s.) tələb olunmasına baxmayaraq təqdim etmədiyindən cəmiyyətin ona məxsus olması və mənfəətlə işləməsi barədə iddiaçı tərəfin dəlilləri qəbul edilməlidir. AR Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar.Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay bir uşağa görə qazancının və ya başqa gəlirlərinin dörddə bir hissəsi, iki uşağa görə üçdə bir hissəsi, üç və daha çox uşağa görə isə qazancının aliment verməyə borclu olan valideynin qazancının və ya başqa gəlirlərinin yarısı miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsaəsn valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 (iki yüz otuz beş) manat məbləğində müəyyən edilmişdir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 saxlanmasından ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, alimentin məbləği müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minumumu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470,0 ( dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilsin. Bu qətnamə ilə müəyyən edilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutulub Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar