Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-820/2024 06.11.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi zərərin ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq qarşı tərəfin təqsirli hərəkətləri ilə xx.xx.2023-cü il tarixdə, saat 13-33 radələrində Qəbələ şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan olan «Mersedes Benz» markalı avtomobilin «Opel Astra» markalı ** GO *** dövlət nömrə nişanlı avtomaşınla toqquşaraq zədələnməsi nəticəsində ona 7500,00 manat miqdarında maddi ziyan dəydiyini və “Paşa sığorta ” sığorta şirkəti tərəfindən cəmi 5000,0 manat ödənildiyini göstərib cavabdehdən 2500 manat, 45 manat dövlət rüsumu, ümumilikdə 2545 manat tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, 22 avqust 2023-cü il tarixdə, saat 13:33 radələrində, Qəbələ şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Opel Astra» markalı ** GO *** dövlət nömrə nişanlı avtomaşın ona məxsus olan «Mersedes Benz» markalı avtomobillə toqquşmuş və nəticədə hər iki avtomobil zədələnmişdir. Cavabdeh yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh olunmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus olan olan “Mersedes Benz” markalı avtomobilin zədələnməsi nəticəsində ona 7500,00 manat miqdarında maddi ziyan dəymiş i və “Paşa sığorta ” sığorta şirkəti tərəfindən cəmi 5000,0 manat ödənilmişdir. Ona görə də, Cavabdeh 2500 manat, 45 manat dövlət rüsumu, ümumilikdə 2545 manat tutulub onun xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, 22 avqust 2023-cü il tarixdə saat 13:33 radələrində Qəbələ şəhəri ərazisində İddiaçı idarə etdiyi məxsus “Mersedes Benz” markalı minik avtomobillə onun tərəfindən idarə olunan “Opel Astra” markalı ** GO *** dövlət nömrə nişanlı avtomaşın yolayrıcında toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobil zədələnmişdir. Yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək inzibati qaydada tənbeh olunsa da, hadisə tam şəkildə araşdırılmamış, «Mersedes Benz» markalı avtomobilin sığorta olunub olunmadığı müəyyən edilməmişdir. İddiaçı məxsus olan “Mersedes Benz” markalı minik avtomobilinə dəymiş maddi zərərin məbləği ziyan aktında müvafiq surətdə əks (zədələnmiş detalların fotoşəklində əks olunan görüntülərli ilə) olunmadığından qəbul edilə bilməz. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. Cavabdeh nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, 22 avqust 2023-cü il tarixdə saat 13:33 radələrində Qəbələ şəhəri ərazisində İddiaçı idarə etdiyi məxsus “Mersedes Benz” markalı minik avtomobillə Cavabdeh tərəfindən idarə olunan “Opel Astra” markalı ** GO *** dövlət nömrə nişanlı avtomaşın yolayrıcında toqquşmuş və baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hər iki avtomobil zədələnmişdir. İddiaçı idarə etdiyi “Mersedes Benz” markalı minik avtomobilinin sığortası və dövlət nömrə nişanı olmamış, Cavabdeh idarə etdiyi “Opel Astra” markalı ** GO *** dövlət nömrə nişanlı avtomaşın isə sıortalı olmuşdur. Bu səbəbdən İddiaçı dəymiş maddi zərər sığorta hesabına ödənilmiş, Cavabdeh dəymiş maddi zərər isə ödənilməmişdir. İddiaçı məxsus olan “Mersedes Benz” markalı minik avtomobilinə dəymiş maddi zərərin məbləği ekspertiza yolu ilə düzgün müəyyən edilməmişdir. Ona görə də, iddia tələbi əsassız hesab edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətinə əsasən Cavabdeh «Opel Astra» markalı ** GO *** dövlət nömrə nişanlı avtomobili idarə edərək xx.xx.2023-cü il tarixdə, saat 13-33 radələrində Qəbələ şəhəri ərazisində hərəkətdə olarkən «Mersedes Benz» markalı avtomobillə toqquşma ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İşdə olan A CC710YY nömrəli Nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən 2000-ci il buraxılışlı «Mersedes Benz» markalı WDB2100261B279199 Ban nömrəli avtomobil xx.xx.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan X1 ( VÖEN:...0482) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Ziyan aktının surətinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş “Mersedes Benz” markalı minik avtomobilinə dəymiş zərər 7500 manat məbləğində müəyyən edilir. İşdə olan ARƏN MEM tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli 3-16-16/2- 9/6147/2024 nömrəli eksper rəyinə əsasən xx.xx.2023-cü il tarixində tərtib edilmiş qüsur aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş 2000-ci il buraxılışlı “Mersedes Benz” markalı WDB2100261B279199 Ban nömrəli minik avtomobilin təmir-bərpa xərci 6720,0 manat ( dəyişdirilən hissələr 4520,0 manat; təmir işləri 2200,0 manat) məbləğində müəyyən edilmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:33 radələrində Qəbələ şəhəri ərazisində “Opel Astra” markalı ** GO *** dövlət nömrə nişanlı avtomobili idarə edən Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsində «Mersedes Benz» markalı WDB2100261B279199 Ban nömrəli avtomobilin zədələnməsi nəticəsində İddiaçı cəmi 6720,0 manat məbləğində maddi zərər dəymiş və ona sığorta hesabına 5000,0 manat ödənilmişdir. AR Mülki Məcəlləsinin 21.1 maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzininin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhkükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2023-cü il tarixdə, saat 13:33 radələrində Qəbələ şəhəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsində «Mersedes Benz» markalı WDB2100261B279199 Ban nömrəli avtomobilin zədələnməsi nəticəsində İddiaçı dəymiş 1720,0 (6720,0-5000,0) manat məbləğində maddi zərər Cavabdeh tərəfindən ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 1720 (bir min yeddi yüz iyirmi) manat dəymiş zərər və 37,0 (otuz yeddi) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 50,0 manat ekspertiza xərci tutulub Dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-820/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-820/2024
06.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver