Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-823/2024 31.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, alimentin həcminin artırılması) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə YY Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 doğulmuş qəyyumluğunda olan 19 avqust 2014-cü il təvəllüdlü X10 və 11 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər birinə görə 235 (iki yüz otuz beş) manat olmaqla ayda 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, X8 17 oktyabr 2013-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 adında uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2023-cü il tarixdə boşanmışlar. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 43/2023 nömrəli qətnaməsi ilə uşaqlar ananın himayəsinə verilmiş və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Cavabdeh hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. xx.xx.2024cü il tarixdə X8 vəfat etdikdən sonra xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 onun himayəsində qalmış və üzərində qəyyum təyin edilmişdir. Cavabdeh oğurluq etdiyinə görə 09 ay müddətində həbsdə qalmış və həmin müddətdə aliment ödəməmişdir. İstehlak mallarının getdikcə bahalaşması və uşaqların böyüməsi ilə əlaqədar olaraq onların saxlanması üçün tələb olunan vəsaitin miqdarı getdikcə artır və ananın ölümünə görə dövlət tərəfindən verilən ayda 240,0 manat məbləğində müavinət təlabatı ödəmir. Cavabdeh xaricdə istehsal olunmuş maşınların təmiri ilə məşğul olur və yaxşı qazancı olmasına baxmayaraq uşaqların saxlanmasında iştirak etmir. Ona görə də, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 doğulmuş qəyyumluğunda olan 19 avqust 2014-cü il təvəllüdlü X6 və 11 fevral 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər birinə görə 235 (iki yüz otuz beş) manat olmaqla ayda 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, o, 17 oktyabr 2013-cü il tarixdə X8 ilə rəsmi nikaha daxil olaraq evlənmiş, onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 adında uşaqları olmuş və münasibətləri pozulduğundan xx.xx.2023-cü il tarixdə boşanmışlar. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-43/2023 nömrəli qətnaməsi ilə uşaqlar ananın himayəsinə verilmiş və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü ondan hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Lakin o, oğurluq etdiyinə görə 6 ay müddətinə həbs edilmiş və alimenti ödəyə bilmədiyinə görə 900,0 manat aliment borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə X8 vəfat etdikdən sonra xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X9 ona verilməyərək qanunsuz olaraq İddiaçı qəyyumluğuna saxlanılmışdır. Ona görə də, uşaqların İddiaçı alınıb ona verilməsini tələb edir. İşdə olan AZ-İİİ 411835 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən X3 doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X13 Cavabdeh törəmişdir. İşdə olan AZ-İİİ 736897 nömrəli «doğum haqqında» şəhadətnamənin surətinə əsasən X3 doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 Xəyal İnqilab oğlundan törəmişdir. İşdə olan AZ-İİ 391450 nömrəli “ölüm haqqında” şəhadatnamənin surətinə əsasən X8 xx.xx.2024-cü il tarixdə Qəbələ rayonu, Mirzəbəyli kəndində vəfat etmişdir. İşdə olan AZ-İ 436958 nömrəli “nikahın pozulması haqqında” şəhadatnamənin surətinə əsasən Cavabdeh ilə X5 nikahları Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)- 43/2023 nömrəli qətnaməsinə əsasən pozulmuşdur. Bu Nikaha xx.xx.2023-cü il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən xitam verilmişdir. İşdə olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(025)-43/2023 nömrəli qətnaməsinin surətinə əsasən Cavabdeh ilə X8 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 17 nömrəli nikah akt qeydi pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X2 Pərvanə Kamil qızının himayəsinə verilmiş və yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulub X5 xeyrinə ödənilməsi müəyyən edilmişdir İşdə olan Qəbələ RİHB-nin xx.xx.2024-cü il tarixli 26 saylı sərəncamının surətinə əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 doğulmuş 19 avqust 2014-cü il təvəllüdlü X10 və 11 fevral 2016-cı il təvəllüdlü X9 üzərində qəyyum təyin edilmişdir. AR Ailə Məcəlləsinin 114.1-ci maddəsinə əsasən valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən qəyyumluq və himayə bu Məcəllənin 114.1ci maddəsində qeyd edilən uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Həmin Məcəllənin 136.3-cü maddəsinə əsasən uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Həmin Məcəllənin 141.1-ci maddəsinə əsasən uşağı tərbiyə etmək, onun sağlamlığının, fiziki və psixi, mənəvi və əxlaqi inkişafının qeydinə qalmaq uşağın qəyyumunun (himayəçisinin) hüquq və vəzifəsidir. «Uşaq hüquqları haqqında» AR Qanunun 13-cü maddəsinə əsasən uşağın AR qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. AR Ailə Məcələsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynlərin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, yaxud onun qazancı və sair gəliri yoxdursa uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentinm ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» AR Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235,0 manat məbləğində müəyyən edililmişdir. AR Ali Məhkəməsi Plenumunun «nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.2. bəndində izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunverciliyi ilə müəyyən edilmiş minimum dolancaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideyinlərindən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyindən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. AR Konstitutsiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76,78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli Qərarının 1-ci bəndində göstərilmişdir ki, Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Həmin Qərarın 2-ci bəndində göstərilmişdir ki, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X1 ötrü İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin miqdarı artırılmalı, alimentin məbləği müəyyən edilərkən ölkə üzrə uşaqlar üçün yaşayış minumumu nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 235, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü Cavabdeh tutulan alimentin miqdarı artırılaraq hər ay hər bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilsin və İddiaçı xeyrinə ödənilsin. Bu qətnamə ilə müəyyən edilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-823/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-823/2024
31.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver