Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-83/2024 06.02.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərindən yaranan pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilə öhdəliklərindən yaranan pulun ödənilməsi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərindən yaranan pulun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərindən yaranan pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan çoxmənzilli yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manat pulun və iddia ərizəsinin məhkəməyə verilməsi ilə bağlı ödənilmiş 224 (iki yüz iyirmi dörd) manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınıb İddiaçı Mənzil- Tikinti Kooperativinə ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə görə İddiaçı Mənzil-Tikinti Kooperativi (bundan sonra-İddiaçı MTK) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanda yerləşən tikintidə olan çoxmənzilli yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan Cavabdeh verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 38000 (otuzsəkkiz min) manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MTKmüqavilədə üzərinə düşən öhdəliyini yerinə yetirməsinə baxmayaraq, cavabdeh tikilən mənzilin dəyəri olan 38000 manatı iddiaçının kassasına indiyədək ödəməmişdir. Müqavilə şərtlərinə uyğun olaraq tikilmiş mənzilin dəyərinin cavabdeh tərəfindən İddiaçı MTK-na ödənilməməsi aşağıdakı fakt və hallarla təsdiq edilir. Belə ki, iddiaçı Cavabdeh İddiaçı MTK-na qarşı yuxarıda qeyd edilən ünvanda yerləşən mənzilə giriş-çıxışın təmin olunması və həmin mənzildən maneəsiz istifadəyə şəraitin yaradılmsı tələbinə dair iddia ərizəsi ilə bağlı Abşeron Rayon Məhkəməsi tərəfindən 03 aprel 2019-cu il tarixli 2(012)-1007/2019 nömrəli qətnamə qəbuledilmişdir. İddia ərizəsinə məhkəmədə mahiyyəti üzrə baxılanda iddiaçı Cavabdeh məhkəmə iclasında şəxsən iştirak edərək, verdiyiizahatında qeyd edilən mənzilin pulunu İddiaçı MTK-nın inzibati binasında onun sədrinə deyil, İddiaçı MTK-dan kənarda başqa şəxsə verdiyini bildirmişdir. Həmin şəxsin kim olduğu və əgər cavabdeh İddiaçı MTK-dan mənzilalırsa, onda pulu başqa şəxsə nəyə görə verməsini Cavabdeh özü izah edə bilər. Əlbəttə, hazırkı iddia ərizəsi üzə mülki işə məhkəmədə baxılanda Abşeron Rayon Məhəməsinin icraatında olmuş 2(012)-1007/2019 nömrəli mülki işin materiallarının, o cümlədən, məhkəmə iclası protokolunun nəzərdən keçirilməsi bu həqiqətin aşkara çıxarılması üçün çox əhəmiyyətlidir. Bu halda Cavabdeh məhkəmə iclasında verdiyi izahatında göstərdiyi hallara hazırkı iddia üzrə sübut qismində istinad edilməsi ədalətli və düzgün olacaqdır. Bundan əlavə, cavabdehə verilmiş yalnız İddiaçı MTK-ın sədrinin imzaladığı və möhürlə təsdiq edilmiş 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderi həmin mənzilin dəyərinin ödənilməsini təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Çünki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Kollegiyasının“Ciddi hesabat balnklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” xx.xx.2016-cı il tarixli Q-09 nömrəli Qərarına əsasən ciddi hesabat blankı sayılan “Kassa mədaxil orderi”nin sonunda “Kassaya mədaxil edilmişdir” sözlərindən sonra “M.Y. Rəhbər, Baş mühasib, Kassir” sözləri yazılmışdır. Kassa mədaxil orderi nəqd pulun mədaxilisənədlərindən biridir. Qərarda göstərildiyi kimi, kassa mədaxil orderini müəssisənin rəhbəri, baş mühasibi və kassiri birlikdə imza etməli, möhürlə təsdiq edilməlidir. Kassa mədaxil orderinin qəbzi kassaya pul ödəyən şəxsə verilir. İddiaçı MTK-nın yalnız sədri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderi cavabdeh tərəfindən qeyd edilən mənzilin dəyərinin ödənilməsi təəssüratı yaratsa da, bu həqiqətdən uzaqdır. Ona görə ki, həmin kassa mədaxil orderini İddiaçı MTK-nın nə baş mühasibi, nə də həmin pulu kassaya mədaxil etmək vəzifəsini daşıyan kassir imza etməmişlər. Halbuki,ciddi hesabat blankı olan “Kassa mədaxil orderi” yuxarıda adıçəkilən Qərarın tələbinə əsasən, müəssisənin rəhbəri, baş mühasibi və kassiri imza etdikdə, möhürlə təsdiq edildikdə, maliyyə sənədi kimi qəbul edilir. Həqiqət isə bundan ibarətdir ki, cavabdeh həmin pulu İddiaçı MTK-nə ümumiyyətlə ödəməmişdir. Həmin sənədə iddiaçı"xxxx" MTK-ın sədri imza etməklə, müqavilədə göstərilən 38000 manat məbləğində pul vəsaitinin qəbul edilməsinə razılıq verilmişdir. Hesab edirlər ki, yuxarıda göstərilən qərarın tələbləri baxımından qeyd ediən kassa mədaxil orderində üç vəzifəli şəxsin (müəssisənin rəhbəri, baş mühasibi və kassiri) imzası olmadığına görə o, cavabdeh tərəfindən mənzilin dəyərinin ödənilməsini təsdiq edən maliyyə sənədi qismində qəbul edilməməlidir və onun heç bir hüquqi qüvvəsi ola bilməz. Buna baxmayaraq, cavabdeh məhz həmin kassa mədaxil orderinə istinad edərək, hüquqlarından sui-istifadə edib, guya mənzil hüququnun pozulması görüntüsü yaradır. Cavabdeh kassa mədaxil orderinə möhürün vurulmasından sui-istifadə edərək, həmin məbləğdə pulu guya nəqd şəkildə İddiaçı MTK-ın sədrinə ödədiyini, ona görə də kassa mədaxil orderində bunu həmin müəssisənin sədri imzası və möhürü ilə təsdiq etdiyini, baş mühasibin və kassirin imzalarının olmamasının isə onun üçün heç bir əhəmiyyətinin olmadığını deyə bilər. Ancaq, cavabdehin belə yanaşması onun haqlı olması inamına gəlinməsi üçün əsas sayıla bilməz. Ən azı ona görə ki, Qəbələ rayonunun Vəndam qəsəbəsində yaşayan cavabdeh Xırdalan şəhərinə gəlib ev alması üçün 38000 manat pulu həqiqətən də nəqd şəkildə İddiaçı MTK-ın sədrinə ödəmiş olsaydı, onda o, formalaşmış sadə praktikaya uyğun olaraq, ödənişin təsdiqi üçün verilən sənədin hər bir sözünü, cümləsini diqqətlə oxuyar, anlaşılmaz qalan məqamları isə mütləq aydınlaşdırmaqdan çəkinməzdi. Yəni, cavabdehə ödədiyi pulun rəsmi qaydada qəbul edilməsini təsdiq edən sənəd-kassa mədaxil orderi veriləndə, həmin kassa mədaxil orderinin sonunda “Rəhbər:” sözündən aşağıda “Baş mühasib:” və “Kassir:” sözlərinin də yazılmasına, ancaq həmin vəzifəli şəxslərdən orada heç birinin imzasının olmamasına cavabdehin diqqət etməməsi qətiyyən inandırıcı və ağılabatan deyildir. Bunlardan başqa, İddiaçı MTK-na üzv olmaq barədə cavabdehin indiyədək ərizə ilə müraciət etməməsini, əksinə susaraq bu hüququndan istifadə etməməsini də qeyd edilən mənzilin dəyərinin onun tərəfindən faktiki olaraq, ödəməməsini təsdiq edən hal qismində qiymətləndirmək olar. Çünki, cavabdeh hələ 2019-cu ilin yanvarında İddiaçı MTK-na qarşı qeyd edilən mənzilə dair giriş-çıxışın təmin edilməsi və mənzildən maneəsiz istifadəyə şərait yaradılması tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Yəni,cavabdeh özünün müdafiəsinə yönələn hüquqlarını lazımınca bilir. Diqqətçəkən haldır ki, həmin iddia tələbində Cavabdeh İddiaçı MTK-na üzv olmaq barədə qərarın ona verilməsini tələb etməmişdir. Halbuki, İddiaçı MTK-na üzv olmaq barədə qərar olmadan Cavabdeh qeyd edilən mənzilə dair ehtimal edilən mülkiyyət hüququ daşınmazəmlakın dövlət reyestri orqanında qeydə alına bilməz. Qeyd edilən mənzilə dair cavabdehin ehtimal edilən mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestri orqanında qeydə alınmasından ötrü 38000 manatın ödənilməsi barədə xx.xx.2017-ci il tarixli kassa mədaxil orderi deyil, İddiaçı MTK tərəfindən verilmiş müvafiq məzmunda olan maliyyə arayışı təqdim edilir. Yenə diqqətçəkən haldır ki, cavabdeh ona əmlak payının tam ödənilməsinə və borcunun olmamasına dair maliyyə arayışının verilməsi barədə indiyədək də İddiaçı MTK-na müraciət etməmişdir. Halbuki, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixli kassa mədaxil orderinə əsasən mənzilin dəyəri həqiqətən də ödənilmiş olsaydı, onda o, maliyyə arayışının da ona verilməsini qətiyyətlə və təkidlə tələb edərdi. Hesab edirlər ki, tərəflər arasında adıçəkilən müqavilədən yaranan podrat münasibətlərimövcud olmuşdur. Yuxarıda sadaladığı faktlarla və hallarla təsdiq olunur ki, Cavabdeh xx.xx.2017ci il tarixli “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilə ilə üzərinə düşən öhdəliyini indiyədək üzrsüzsəbəbdən yerinə yetirməyərək, mənzilin dəyəri olan 38000 manatın heç bir hissəsini İddiaçı MTK-na ödəməmişdir. Ona verilən xx.xx.2017-ci il tarixli kassa mədaxil orderi isə qeyd edilən məbləğdə pulun qəbul edilməsinə İddiaçı MTK-nın rəhbərinin razılıq verməsini bildirir. Cavabdeh tərəfindən İddiaçı MTK-nın xəzinəsinə mənzilin dəyərinin indiyədək ödənilməməsi nəticəsində müəssisəmiz müqavilə bağlanarkən ümid etdiyi gəliriəldə edə bilməmişdir. İddiaya etiraz: Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron qaydada etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi ilə razı deyil, hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün təmin edilməməlidir: İlk öncə onu qeyd edir ki, xx.xx.2017-ci il tarixdə onunla İddiaçı arasında Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin alınması ilə bağlı “Kooperativ binanın tikintisi haqqında” müqavilə bağlanmış və həmin müqavilə üzrə mənzilin dəyəri (38000 AZN) tam məbləğdə tərəfimdən ödənilmişdir. Hazırki iş üzrə onun İddiaçı qarşısında olan borcumun tam məbləğdə (mənzilin dəyərinin (38000 AZN) ödənilməsi Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)- 3748/2021 saylı qanuni qüvvəyə minmiş qərarı ilə artıq sübut olunmuş fakt kimi öz təsdiqini tapmışdır. Həmin iş üzrə qərar qoşmaya əlavə edilir. Belə olan halda sual yaranır ki, bir mülki iş üzrə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-3748/2021 saylı Qərarı ilə “Kooperativ binanın tikintisi haqqında” müqaviləsi üzrə borcun tam ödənilməsi sübut olunmuş fakt kimi öz təsdiqini tapmışdırsa, sonradan həmin müqavilənin ləğv edilməsi başqa məhkəmədə necə mübahisələndirilə bilər ?! Birbaşa AR MPM-nin 82.3 və 233.3-maddələrinə ziddir! Ali Məhkəmənin müvafiq qərarı iş materiallarına əlvə edilmişdir. Belə ki, AR MPM-nin 82.3-cü maddəsinə əsasən “bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübhisələndirilmir və yenidən sübut edilmir.” Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən “Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.” Qanunun məzmunundan göründüyü kimi başqa məhkəmənin bir iş üzrə müəyyən etdiyi predyusial hallar, başqa işə baxan məhkəmə üçün sübut olunmuş fakt sayılır. Belə ki, hazırki iş üzrə tərəflər arasında xx.xx.2017-cü il tarixli “Kooperativ binanın tikintisi haqqında” müqavilə üzrə olan hüquq münasibətlərinə Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli 2(102)-3748/2021 saylı Qərarı ilə hüquqi qiymət verilərək onun iddiaçı qarşısında borc öhdəliyinin olmaması öz əksini tapmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəyə mindiyindən hazırki iş üçün bəlli hallar sayılır. Hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi tamamilə qanunsuzdur və digər qətnamənin icrasını ləngitmək üçün verilmişdir. Eyni zamanda onu da qeyd edir ki, İddiaçı iddia ərizəsi ilə bağlı bildirmək istəyir ki, hazırki iş üzrə iddia müddəti tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, hazırki halda tərəflər arasında müqavilənin xx.xx.2017-ci il tarixdə bağlandığını və iddiaçı tərəfindən isə 2023-cü ildə məhkəməyə müraciət edildiyini nəzərə alsaq, müqavilənin bağlanma tarixindən 3 il keçidiyinə görə iş üzrə iddia müddəti tətbiq edilməlidir. Mənzilin dəyərinin tam ödənilməsi faktı MTK tərəfindən həm kassa məxaric orderində, həm də məhkəmə qətnamələri təsdiqlənmişdir. Odur ki, İddiaçı mənə qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə qeyd olunanlara uyğun izahat verib, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehhəmçinin 77 3500005 mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkilinin və etibarnamə üzrə nümayəndəsinin, işdə olan hüquqi sübutları tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İş materiallarında olan İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il “Kooperativ binanın Mənzil tikintisi haqqında” müqavilədən görünür ki, İddiaçı MTK Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş. 10-cıı mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzili tikib dəyəri tam ödənilməklə, sanitariya avadanlığı və daxili tamamlama işləri aparılmadan Cavabdeh verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Kassa mədaxil orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh tərəfindən 38000 (otuz səkkiz min) manat xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən İddiaçı MTK-ya ödənilmişdir, MTK-nın rəhbəri və kassir tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3748/2021 saylı qanuni qüvvəyə minmiş qərarından müəyyən edilir ki, Abşeron rayon Məhkəməsinin 03 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçınə qarşı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə girişçıxışın təmin olunması və mənzildən maneəsiz istifadəyə şərait yaradılması iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia tələbi təmin edilərək, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair Cavabdeh ilə İddiaçı MTK arasında bağlanmış xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqavilənin etibarsız hesab edilməsi qət edilmiş, ikinci apellyasiya baxışında Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli Qətnaməsi ilə həmin qətnamə ləğv edilmiş, ilkin iddia təmin edilmiş, qarşılıqlı iddia təmin edilməmiş, Ali Məhkəmənin qeyd edilən Qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 18 avqust 2020-ci il tarixli Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən məhkəmə qərarları ilə ilkin iddia tələbi təmin edilərkən məhkəmələr müəyyən etmişlər ki, Cavabdeh MTK ilə arasında xx.xx.2017-ci il tarixli “kooperativ binanın tikintisi haqqında” müqaviləsinə əsasən MTK mübahisəli mənzili Cavabdeh 38000 manata satdığından və sonuncu da qeyd edilən pul məbləğini MTK-ya ödədiyindən həmin müqavilədə Cavabdeh başqa bir öhdəliyi olmadığından və həmçinin alqısatqı müqaviləsinin MM-də müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, həmin müqavilə etibarsız sayıla bilməz. İş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(025)- 589/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı MTK Cavabdeh qarşı “kooperativ binanın tikintisi haqqında müqavilənin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki-Prosesual Məcəlləsinin: 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Məhkəmənin mövqeyi: İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbədəki 76 nömrəli mənzilə dair Cavabdeh ilə iddiaçı "xxxx" Mənzil Tikinti Kooperativi arasında xx.xx.2017-ci il tarixdə bağlanmış müqavilə üzrə mənzilin dəyəri olan 38 000 manat cavabdeh tərəfindən MTK-nın kassasına ödənilmişdir. İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2017-ci il tarixdə bağlanmış “Kooperativ binanın mənzil tikintisi haqqında” müqavilənin şərtlərinə əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 1 ünvanında yerləşən tikintidə olan çoxmənzilli yaşayış binasının 3-cü giriş, 10-cu mərtəbəsindəki ümumi sahəsi lahiyə üzrə 61 kv.m. olan 1 otaqdan ibarət 76 nömrəli mənzilin dəyəri olan 38000 (otuz səkkiz min) manat pulunCavabdeh alınıb İddiaçı Mənzil-Tikinti Kooperativinə ödənilməsini xahiş etmişdir. Lakin iddiaçı iddia tələbini əsaslandıran hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının dəlilləri iş materiallarında olan kassa mədaxil qəbzi ilə və işin müəyyən edilən halları ilə tam təkzib olunur. Ona görə də, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə Cavabdeh arasındakı müqavilə öhdəliklərindən yaranan pulun ödənilməsi məsələsi tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilə üzrə yaranmış mübahisələrə dair qanuni qüvvəsində olan məhkəmə aktları ilə müəyyən olunduğundan həmin məhkəmə aktlarının preyudusiallığına istinad olunması məqsədəuyğundur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-3748/2021 saylı qanuni qüvvəyə minmiş qərarındagöstərilmişdir ki, “tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən İddiaçı MTK mübahisəli mənzili alıcı X.Çləbiyevaya 38000 manata satdığından və sonuncuda müqavilədə müəyyənləşdirilmiş qeyd olunan pul vəsaitini ona ödədiyindən, həmin müqavilədə Cavabdeh başqa öhdəliyi olmadığından və həmçinin alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulmaqla bağlanması öz təsdiqini tapmadığından, həmin müqavilə etibarsız sayıla bilməz.” Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə Cavabdeh tərəfindən İddiaçınə 38000 manat ödənilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar xx.xx.2007-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki,Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilikkimi hüquqi xassələrə malikdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli qərarında şərh edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.” Məhkəmə hazırki iş materiallarını, tərəflərin izahatlarını və yuxarıda istinad olunan qanuni qüvvəsini almış məhkəmə aktlarının preyudusiallığını nəzərə alaraq qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərindən yaranan pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı “müqavilə öhdəliklərindən yaranan pulun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-83/2024
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-83/2024
06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver