Məhkəmə qərarları › İş №e-2(025)-871/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-871/2024

09.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-871/2024 09.10.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tahirova Ləman Kamran qızının katibliyi, iddiaçılar, İddiaçı2 və İddiaçı1, Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçılar, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbi barədə iddia qaldıraraq cavabdehdən 35.000,0 manat əsas borc, pul vəsaitinin qanunsuz saxlanması nəticəsində dəymiş zərərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün 10 faiz bank depozit dərəcəsi ilə 16.625,0 manat (2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan müddət üçün 5 faiz bank uçot dərəcəsi ilə 7729,17 manat və 01 fevral 2024cü il tarixdən 01 iyun 2024-cü il tarixədək olan müddət üçün 7,5 faiz bank uçot dərəcəsi ilə 875,0 manat dəymiş zərərdən az olduğuna görə) 7729,17 manat, cəmi 2000,0 manat dəyərində hər biri 500,0 manat olan 4 ədəd dəmir boru, cəmi 1500,0 manat dəyərində hər biri 150,0 manat olan 10 ədəd şüşə çərçivə, 250,0 manat dəyərində piroqbişirən aparatın alınmasına sərf olunan ümumilikdə 3750,0 manat və 650,0 manat hüquqi xidmət haqqı, cəmi 55.375,0 manat və 257,0 manat dövlət rüsumu tutulub İddiaçı2 xeyrinə, o cümlədən 15.000,0 manat əsas borc, pul vəsaitinin qanunsuz saxlanması nəticəsində dəymiş zərərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün 10 faiz bank depozit dərəcəsi ilə 7.215,00 manat (2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan müddət üçün 5 faiz bank uçot dərəcəsi ilə 3312,50 manat və 01 fevral 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək olan müddət üçün 7,5 faiz bank uçot dərəcəsi ilə 375,0 manat dəymiş zərərdən az olduğuna görə), cəmi 22.215,0 manat və 157,0 manat dövlət rüsumu tutulub İddiaçı1 xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı2 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2018-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən magistral avtomobil yolunun genişləndirilməklə yenidən çəkilməsi ilə əlaqədar qəsəbə ərazisində yerləşən “Vedrə bazarı” adlanan məşhur ticarət məntəqəsi öz fəaliyyətini dayandırmışdır. Cavabdeh məxsus olan həyətyanı sahə çəkilən yeni yolun kənarında yerləşdiyi üçün ərazidə “Vedrə bazarı” adlandırılan ticarət məntəqəsini yenidən inşa etmək barədə onunla razılaşmış və bu məqsədlə Cavabdeh adına bələdiyyədən 0,005 ha torpaq sahəsi alaraq tikintiyə başlamışlar. Bazarın tikilməsi bütünlüklə onun vəsaiti hesabına həyata keçirilmiş, tikinti işləri bilavasitə Cavabdeh iştirakı və rəhbərliyi ilə yerinə yetirilmişdir. Bu məqsədlə 2018-ci ilin avqust ayında Cavabdeh 2000,0 ABŞ dolları, 2019-cu ilin yanvar ayında 5000,0 ABŞ dolları və tikintinin davam etdiyi sonrakı müddətdə 4000,0 manat, 5000,0 manat, 3000,0 manat, 3000,0 manat, 3000,0 manat, 4000,0 manat, 2000,0 manat, 3000,0 manat, 1500,0 manat, 2.000,0 manat və 2500,0 manat vermişdir. Cavabdeh həmin vəsaitin bir hissəsini şəxsən, qalan hissəsini isə İddiaçı1 vasitəsilə vermişdir. İddiaçı1 özü ortaqlığa şərik olmamış və bazarın tikintisinə hər hansı bir məbləğdə vəsait qoymamışdır. Bundan başqa bazarın tikintisi zamanı ərazinin çəpərlənməsində istifadə olunan hər biri 150,0 manat olan 10 ədəd şüşə çərçivə, talvarda istifadə olunan hər biri 500,0 manat olan 4 ədəd 5 metrlik dəmir boru və 250,0 manat dəyərində piroqbişirən aparat onun tərəfindən alınıb verilmişdir. 2019-cu ilin iyul ayında bazar fəaliyyətə başlamış və 5 ay müddətində hər ay orta hesabla 2500-2600 manat mənfəət əldə olunmuşdur. Bundan sonra bazarı genişləndirmək məqsədilə Cavabdeh adına 10.000,0 manat bank krediti götürülmüş və kredit bazardan əldə olunan mənfəət hesabına ödənilmişdir. Bazarda hal-hazırda 28 köşk (hər biri aylıq 100,0 manata icarəyə verilir), çayxana (aylıq 200,0 manata icarəyə verilir) və kafe fəaliyyət göstərir. Cavabdeh bazarın yerləşdiyi torpaq sahəsinin öz adına olmasından istifadə edərək 2019-cu ilin sentyabr ayında ortaqlığı pozaraq onu işdən kənarlaşdırmış, lakin aldığı pulları qaytarmamışdır. Ona görə də, Cavabdeh 35.000,0 manat əsas borc, pul vəsaitinin qanunsuz saxlanması nəticəsində dəymiş zərərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün 10 faiz bank depozit dərəcəsi ilə 16.625,0 manat (2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan müddət üçün 5 faiz bank uçot dərəcəsi ilə 7729,17 manat və 01 fevral 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək olan müddət üçün 7,5 faiz bank uçot dərəcəsi ilə 875,0 manat dəymiş zərərdən az olduğuna görə) 7729,17 manat, cəmi 2000,0 manat dəyərində hər biri 500,0 manat olan 4 ədəd dəmir boru, cəmi 1500,0 manat dəyərində hər biri 150,0 manat olan 10 ədəd şüşə çərçivə, 250,0 manat dəyərində piroqbişirən aparatın alınmasına sərf olunan ümumilikdə 3750,0 manat və 650,0 manat hüquqi xidmət haqqı, cəmi 55.375,0 manat və 257,0 manat dövlət rüsumu tutulub xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2018-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən magistral avtomobil yolunun genişləndirilməklə yenidən çəkilməsi ilə əlaqədar qəsəbə ərazisində yerləşən “Vedrə bazarı” adlanan məşhur ticarət məntəqəsi öz fəaliyyətini dayandırmışdır. İddiaçı2 ərazidə “Vedrə bazarı” adlandırılan ticarət məntəqəsini yenidən inşa etmək barədə Cavabdeh ilə razılaşmış və 15.000,0 manat qoymaqla özünə şərik olmağı (25 % payla) ona təklif etmişdir. İddiaçı2 təklifi onun tərəfindən qəbul edilmiş, bazarın tikilməsi bütünlüklə onların vəsaiti hesabına həyata keçirilmiş, tikinti işləri bilavasitə Cavabdeh iştirakı və rəhbərliyi ilə yerinə yetirilmişdir. Tikintinin davam etdiyi müddətdə Cavabdeh şəxsən 19000,0 manat vermişdir. Həmin pulun 4000,0 manatı İddiaçı2 məxsus olmuş və özünün tapşırığı ilə verilmişdir. 2019-cu ilin iyul ayında bazar fəaliyyətə başlamış, lakin indiyədək onun hər hansı bir məbləğdə qazancı olmamışdır Cavabdeh bazarın yerləşdiyi torpaq sahəsinin öz adına olmasından istifadə edərək 2019-cu ilin sentyabr ayında ortaqlığı pozaraq onu və İddiaçı2 işdən kənarlaşdırmış, lakin aldığı pulları qaytarmamışdır. Ona görə də, Cavabdeh 15.000,0 manat əsas borc, pul vəsaitinin qanunsuz saxlanması nəticəsində dəymiş zərərə görə xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət üçün 10 faiz bank depozit dərəcəsi ilə 7.215,00 manat (2019-cu ilin sentyabr ayından 2024-cü ilin fevral ayınadək olan müddət üçün 5 faiz bank uçot dərəcəsi ilə 3312,50 manat və 01 fevral 2024-cü il tarixdən 01 iyun 2024-cü il tarixədək olan müddət üçün 7,5 faiz bank uçot dərəcəsi ilə 375,0 manat dəymiş zərərdən az olduğuna görə), cəmi 22.215,0 manat və 157,0 manat dövlət rüsumu tutulub xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, 2018-ci ildə Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisindən keçən magistral avtomobil yolunun genişləndirilməklə yenidən çəkilməsi ilə əlaqədar qəsəbə ərazisində yerləşən “Vedrə bazarı” adlanan məşhur ticarət məntəqəsi öz fəaliyyətini dayandırmışdır. Ona məxsus olan həyətyanı sahə çəkilən yeni yolun kənarında yerləşdiyi üçün ərazidə “Vedrə bazarı” adlandırılan ticarət məntəqəsini yenidən inşa etmək barədə İddiaçı2 ilə razılaşmış və bu məqsədlə adına bələdiyyədən 0,005 ha torpaq sahəsi alaraq tikintiyə başlamışlar. Bazarın tikilməsi İddiaçı2 vəsaiti hesabına həyata keçirilmiş, tikinti işləri bilavasitə özünün iştirakı və rəhbərliyi ilə yerinə yetirilmişdir. Bu məqsədlə 2018-ci ilin avqust ayında Cavabdeh 2000,0 ABŞ dolları, 2019-cu ilin yanvar ayında 5000,0 ABŞ dolları, tikintinin davam etdiyi sonrakı müddətdəisə 4000,0 manat, 5000,0 manat, 3000,0 manat, 3000,0 manat, 3000,0 manat, 4000,0 manat, 2000,0 manat, 3000,0 manat və 1500,0 manat almışdır.Tikinti zamanı istifadə olunan dəmir borular İddiaçı2 tərəfindən yox, özü tərəfindən “Əlvan” tikinti materialları mağazasından alınmış, tikinti ərazisini çəpərləmə məqsədilə istifadə olunan şüşə çərçivələr isə İddiaçı2 tərəfindən sökülərək aparılmışdır. İddiaçı2 tərəfindən alınmış piroqbişirən aparat istifadə olunmadığından saxlanılmışdır. İddiaçı1 onlara şərik olmamış və bazarın tikintisinə hər hansı bir məbləğdə vəsait sərf etməmişdir. İddiaçı2 bazarın tikintisinə qoyduğu nağd pul vəsaitinin bir hissəsini ona İddiaçı1 vasitəsilə çatdırmışdır. 2019-cu ilin iyul ayında bazar fəaliyyətə başlamış və 5 ay müddətində əldə olunan mənfəət xərclər çıxıldıqdan sonra İddiaçı2lə aralarında bölünmüşdür. Bundan sonra o, öz adına 10.000,0 manat bank krediti götürərək bazarı genişləndirmiş, lakin yolun çəkilməsində ləngimə səbəbindən ticarət məntəqəsini işlədə bilməmişdir. 2020-ci ilin sentyabr ayında İddiaçı2 bazarı işlətməyi (mənfəətin bölünməsi şərtiilə) təklif etmiş, lakin o, ortaqlıqdan çıxaraq pulunu tələb etmişdir. İddiaçı2 cəmi 40.400,0 manat (7000,0 ABŞ dolları və 28.500,0 manat) alsa da, konkret müddət qoymamaq şərti ilə 50.000,0 manat qaytarmaq barədə onunla razılaşmış və hissə-hissə 7100,0 manat ödəmişdir. “COVİD” epidemiyası başlanandan sonra bazarın fəaliyyəti tamamilə dayanmışdır. İddiaçı2 pulunu qaytarmaqdan ötrü bazarı satışa çıxartmış, lakin indiyədək sata bilməmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* nömrəli Çıxarışın surətinə əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən 0,005 ha torpaq sahəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə **********37 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan Qəbzlərin surətinə əsasən Əzizov X1 Abil Sərkar oğlundan xx.xx.2019-cu il tarixdə 7000,0 ABŞ dolları, xx.xx.2019-cu il tarixdə 4000,0 manat və 5000,0 manat, xx.xx.2019-cu il tarixdə 3000,0 manat, xx.xx.2019-cu il tarixdə 3000,0 manat və 3000,0 manat, xx.xx.2019-cu il tarixdə 4000,0 manat, xx.xx.2019-cu il tarixdə 2000,0 manat, xx.xx.2019-cu il tarixdə 3000,0 manat və 1500,0 manat almışdır. İşdə olan Qəbzin surətinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı2 387,0 manat nağd ödəmişdir. İşdə olan Ödəniş qəbzlərinin surətinə əsasən İddiaçı2 “KapitalBank”a aid 416974******0353 nömrəli kart kesabına 2022-2023-cü illər ərzində Cavabdeh tərəfindən eManat ödəmə terminalı vasitəsilə hissə-hissə cəmi 6600,0 manat mədaxil edilmişdir. İşdə olan “Əmlak Qiymətləndirmə“ MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Mütəxəssis Rəyinə əsasən Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən “Vedrə bazarı” sahibkarlıq təyinatlı ticarət mağazasında olan 10 ədəd polikarbonat çərçivəli şüşə (1 ədəd 130,0 manat) 1300,0 manat, 4 ədəd 5 metrlik dəmir boru (1 metr 100 manat) 2000,0 manat, 1 ədəd piroq bişirən aparat 250,0 manat orta bazar dəyərində qiymətləndirilir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2018-ci ildə Əliyev X2 rayonu Vəndam qəsəbəsi ərazisində birlikdə “Vedrə bazarı” sahibkarlıq təyinatlı ticarət məntəqəsi inşa etmək barədə Cavabdeh ilə razılaşmış və tikintiyə sərf etmək məqsədilə ona cəmi 2000,0 manat dəyərində 4 ədəd 5 metrlik dəmir boru və cəmi 40.400,0 manat (7000,0 ABŞ dolları və 28.500,0 manat) nağd pul vermişdir. Tikinti aparılan ərazini çəpərləmək məqsədilə İddiaçı2 məxsus olan qeyri müəyyən sayda polikarbonat çərçivəli şüşələrdən istifadə olunmuş və inşat işləri başa çatandan sonra sökülüb özünə qaytarılmışdır. Hal-hazırda Vedrə bazarında saxlanılan 250,0 manat dəyərində 1 ədəd piroq bişirən aparat İddiaçı2 tərəfindən alınmışdır. 2019-cu ilin iyun ayında bazar fəaliyyətə başlamış, 2020-ci ilin sentyabr ayında otaqlıq pozulmuş və tərəflər Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində inşa edilmiş “Vedrə bazarı” Cavabdeh qalmaqla İddiaçı2 tərəfindən qoyulan vəsaitin ona qaytarılması barədə razılığa gəlmişlər. Cavabdeh tərəfindən İddiaçı2 cəmi 6987,0 manat qaytarılmışdır. İddiaçı1 ortaqlığa şərik olmamış və Qəbələ rayonu Vəndam qəsəbəsi ərazisində yerləşən Vedrə bazarının tikintisinə hər hansı bir məbləğdə vəsait qoymamışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsəsn əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4-cu maddəsinə əsaəsn özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçündaha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2019-cu ildə İddiaçı2 aldığı cəmi 42.650,0 manat (40.400,0+2000,0+250,0) məbləğində maddi vəsaitin 35.663,0 (42.650-6987,0) manatını indiyədək qaytarmayaraq ona maddi zərər vurmuşdur. Kreditor İddiaçı2 məxsus olan pul vəsaitindən qanunsuz istifadə nəticəsində dəyən zərərin məbləği müəyyən edilmədiyindən borclu Cavabdeh özgə vəsaitindən faydalanmağa görə bank depozit dərəcəsi ilə 10 faiz deyil, həmin vəsaitin məbləğindən AR Mülki Məcəlləsinin 449.1-ci maddəsində nəzərdə tutulan faizləri ödəməlidir. Ona görə də, Cavabdeh cəmi 35.000,0 manat əsas borc və 8604,17 (7729,17+875,0 ) manat faiz, cəmi 43.604,17 ( qırx üç min altı yüz dörd) manat tutulub İddiaçı2 xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh cəmi 35.000,0 (otuz beş) manat əsas borc, 8604,17 (səkkiz min altı yüz dörd) manat faiz, cəmi 43.604,17 (qırx üç min altı yüz dörd) manat, 650,0 (altı yüz əlli) manat hüquqi xidmət haqqı və 221,0 (iki yüz iyirmi bir) manat dövlət rüsumu tutulub İddiaçı2 xeyrinə ödənilsin. İddiaçı1 iddia tələbi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar