Məhkəmə qərarları › İş №e-2(025)-881/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-881/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-881/2025 31.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi, X1 Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbi barədə iddia qaldıraraq xeyrinə 15.000,00 manat əsas borc, 1.842,33 manat faiz borcu olmaqla, cəmi 16.842,33 manat məbləğində kredit borcunun və 140.53 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin İsmayıllı filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********63 saylı tamkart müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24 faiz olmaqla 1200 manat məbləğində kart kredit limiti verilmiş və daha sonra xx.xx.2024-cü il tarixdə müraciətinizə əsasən elektron təsdiq vasitəsilə (OTP kod) kredit limitiniz artırılaraq 15000 manat məbləğində təyin edilmişdir. Cavabdeh tərəfindən yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödənilməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək yerinə yetirməmişdir. İstehlak krediti müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh 6-2-22/2-14709/2025 nömrəli, xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırda cavabdehin xx.xx.2023-cü il tarixli BPM**********63 saylı tam kart müqaviləsinə əsasən "xxxx" ASC-yə xx.xx.2025-ci il tarixinə15,000 manat əsas borc, 1,842.33 manat faiz borcu olmaqla, cəmi 16,842.33 (on altı min səkkiz yüz qırx iki manat 33 qəpik) manat məbləğində borcu mövcuddur. Eyni zamanda tərəfimizdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 140.53 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. İşdə olan "xxxx" ASC-nin İsmayıllı filialı ilə Cavabdeharasında bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********63 saylı tamkart müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24 faiz olmaqla 1200 manat məbləğində kart kredit limiti verilmiş və daha sonra xx.xx.2024-cü il tarixdə müraciətinizə əsasən elektron təsdiq vasitəsilə (OTP kod) kredit limitiniz artırılaraq 15000 manat məbləğində təyin edilmişdir. İşdə olan maliyyə arayışına əsasən, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə 15.000 (on beş min) manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2025-ci il tarixə "xxxx" ASC-yə kredit müqaviləsi üzrə 15.000 manat əsas və 1.842,33 manat faiz borcu yaranmışdır. İşdən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli BPM**********63 saylı kredit müqaviləsi üzrə, 15.000 manat əsas və 1.842,33 manat faiz borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 15.000 manat əsas borc, 1.842,33 manat faiz borcu və dövlət rüsumuna görə 140.53 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 15.000 (on beş min) manat əsas borc, 1.842.33 manat faiz borcu və dövlət rüsumuna görə 140.53 (bir yüz qırx manat əlli üç qəpik) manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar