Məhkəmə qərarları › İş №e-2(025)-882/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-882/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-882/2025 12.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı oğlunun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “qızıl-zinyət əşyaları” tələbinə dair (Açar sözlər: pul tələbi və qızıl-zinyət əşyaları tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun “Votsap” (online qaydada), ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun vəkili və nümayəndəsi Vəkil1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakları ilə İlkin iddia üzrə İddiaçı oğlunun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “qızıl-zinyət əşyaları tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı oğlu Cavabdeh qarşı "pulun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı oğlunun xeyrinə iddiaçının ödəməli olduğu 14336,49 (24372,033 manat) ABŞ dolları (ödəniş gününün məzənnəsinə uyğun olaraq), 4080 manat Vestel firmasının Qəbələ rayon filialından alınmış məişət əşyalarına görə və 3000 (5100 manat) ABŞ dolları (ödəniş gününün məzənnəsinə uyğun olaraq) X5 filialına ödənilmiş pul, cavabdehin təqsirli hərəkətinə görə iddiaçının çəkdiyi xərclər - 325 manat vəkilin xidmət haqqı və 192 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun vəkili və nümayəndəsi Vəkil1 məhkəməyə elektron qaydada iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, iddiaçı tərəfindən cavabdehə əvəzi ödənilməsi şərtilə göndərilmiş - xx.xx.2023-cü il tarixdə 925,18 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 50,66 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 5054 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 2965 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1490 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1987 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 239 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 413,57 ABŞ dolları olmaqla ümumilikdə 13122,41 (22308,1 manat) ABŞ dollarının (ödəniş gününün məzənnəsinə uyğun olaraq), Vestel firmasının Qəbələ rayon filialından alınmış məişət əşyalarına görə iddiaçının ödədiyi 4080 manatın və X5 filialına iddiaçı tərəfindən ödənilmiş 5100 manatın (3000 ABŞ dolları), cavabdehin təqsirli hərəkətinə görə iddiaçının çəkdiyi xərclər - 325 manat vəkilin xidmət haqqı və 192 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. xx.xx.2025-ci il tarixdə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə elektron kabinet vasitəsi ilə cavabdeh İddiaçı oğluna qarşı “qızıl-zinyət əşyaları tələbi”nə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ilkin iddia üzrə iddiaçıdan ona məxsus üzərində Atatürkün rəsmi “çeyrek altın”ın 700 manat dəyərində, Roberto Bravo-nun “Salsa” kolleksiyasındakı AR314 tipli üzük, 750 əyar, 6.77 qram, 3000 ABŞ dolları (4250 manat) dəyərində və Nişan üzüyü 750 əyar, 2 qram, 300 manat dəyərində, sırğa və sep dəsti dəyəri 1200 ABŞ dolları (2040 manat) qızıl-zinət əşyalarının naturada, naturada olmadıqda isə dəyərinin alınıb ona ödənilməsi, ilkin iddia üzrə iddiaçıdan 98 manat dövlət rüsumunun əvəzinin tutulub ona ödənilməsi, ilkin iddia üzrə iddiaçıdan 500 manat xidmət haqqının tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icrrata götürülərək ilkin iddia tələbi ilə bir icraatda baxılması qərara alınmışdır. İşin faktiki halları: İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu Cavabdeh ilə ortaq dostları vasitəsilə tanış olmuş, həm telefonla davamlı münasibət saxlamışlar, həm də iddiaçı bir neçə dəfə Azərbaycana gəlmiş və görüşmüşlər ki, bir müddət sonra münasibətləri istiləşmiş və iddiaçı cavabdehlə evlənmək niyyətində olduğunu bildirmişdir. Lakin tərəflər tanış olandan bir müddət sonra və münasibətlərin istiləşəməsindən sonra cavabdeh bildirmişdir ki, Qəbələ rayonu Vəndam kəndində yeni ev inşa edir, evin təmiri və avadanlıqlarla təchizini bitirəndən sonra o iddiaçı ilə evlənib Türkiyəyə gedə bilər. Həmçinin cavabdeh bu işlərin görülməsi və tez müddətdə bitməsi üçün ona pul lazım olduğunu bildirmiş və buna görə qaytarması şərtilə iddiaçıdan pul istəmişdir. İddiaçı da cavabdehin səmimiyyətinə inanmış və cavabdehə hissəhissə olmaqla ümumilikdə 14336,49 ABŞ dolları məbləğində pul vəsaiti göndərmişdir. Belə ki, iddiaçı tərəfindən pulların göndərilməsinə dair “dekont” qəbzlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə 925,18 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 50,66 ABŞ dolları, xx.xx.2023-cü il tarixdə 5054 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 2965 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1490 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1987 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 239 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 413,57 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 1214,08 ABŞ dolları iddiaçı tərəfindən cavabdehə borc pul göndərilmişdir. Bundan başqa İddiaçı 2024-cü ilin mart ayında Azərbaycana gələndə və cavabdehlə görüşəndə cavabdeh ona bildirmişdir ki, onun həm Banka borcu var, həm də bəzi ev əşyaları almışdır ki, həmin əşyaların da pulunu verməkdə çətinlik çəkir, ona görə iddiaçıdan həmin borcların ödənilməsi üçün də qaytaracağı şərtilə pul istəmişdir. İddiaçı da cavabdehin aldığı əşyalara görə 4080 manat Vestel firmasının Qəbələ rayon filialına ödəniş etmiş və buna dair qaimə faktura təqdim edilmişdir. Bunlardan başqa X5 filialına cavabdehin borcu olmuş və həmin borcun ödənilməsi üçün də cavabdeh iddiaçıdan pul istəmiş və iddiaçı cavabdehin əvəzinə 3000 ABŞ dolları pul ödəmişdir. Beləliklə hissə-hissə olmaqla 14336.49 ABŞ dolları, 4080 manat Vestel firmasının Qəbələ rayon filialından alınmış məişət əşyalarına görə və 3000 ABŞ dolları X5 filialına cavabdehin əvəzinə borc pulun ödənilməsindən ötrü cavabdeh iddiaçıdan pul almış və indiyə kimi geri qaytarmamışdır. Halbuki cavabdeh tərəfindən həmin pul vəsaitləri geri qaytarılmaq şərtilə istənilmiş, iddiaçı da ona həmin pulları geri qaytaracağına inanaraq vermişdir, lakin cavabdeh tərəfindən bu günə kimi hər hansı ödəniş edilməmişdir. Beləliklə göründüyü kimi hazırki mübahisə cavabdehin qaytarmaq şərtilə iddiaçıdan pul alması və qaytarmamasından qaynaqlanmışdır ki, iddia tələbinin əsasını təsdiq edən dəlillərimiz mövcuddur. O cümlədən iddia tələbinin söykəndiyi qanuni əsas istər borcla bağlı olsun, istərsə də əsassız varlanma ilə bağlı, hər bir halda cavabdeh iddiaçıdan aldığı pul vəsaitini qaytarmaq öhdəliyi daşıyır. Ona görə də hesab edirlər ki, cavabdehin iddiaçıya ödəməli olduğu 14336.49 ABŞ dolları, 4080 manat Vestel firmasının Qəbələ rayon filialından alınmış məişət əşyalarına görə, 3000 ABŞ dolları X5 filialına ödənilmiş pul, 325 manat vəkilin xidmət haqqı və 192 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qarşılıqlı iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı oğlu ilə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasında Qəbələ rayonunda nişanlanmışlar. xx.xx.2024-cü il tarixdə el adəti ilə Qəbələ rayonunda toyları olmuşdur. Nikahlarını Azərbaycan Respublikasında deyil, Türkiyə Respublikasında rəsmiləşdirmişlər. Belə ki, xx.xx.2024-cü il tarixdə Türkiyə Rüspublikasında rəsmi nikahları olmuşdur. Ailə həyatı qurduqdan sonra bir müddət münasibəti normal olmuş, lakin sonradan iddiaçının qeyri-adekvat hərəkətləri nəticəsində münasibətlərinin davam etməsi mümkün olmamışdır. Türkiyəyə köçdükdən sonra (azyaşlı oğlu Yusiflə birlikdə) hər gün fiziki və psixoloji terrora məruz qalmış; övladına sarılıb “ana” demək üçün belə izn istəməli olurmuş. Mütəmadi olaraq şiddətlə üzbəüz imiş. Artıq düşünürmüş ki, İddiaçı oğlu onu və övladını öldürəcəkdir. İddiaçının qısqanclığı, azyaşlı oğluna və ona qarşı şiddət dolu davranışlarına görə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır.İddia ərizəsinə əlavə etdiyi fotolarda əks olunan qızıl-zinət əşyaları nişanlı vaxtı və toy zamanı ona hədiyyə edilmişdir. Həmin zinət əşyaları iddiaçıdan qalmışdır. Çünki evli olduqları zaman həmin qızıl zinət əşyalarını iddiaçı özündə saxlamışdır. Orada olan adətə görə həmin əşyalar üzərində sərəncam vermək səlahiyyəti evin kişisində olur.Həmişə ona bildirmiş ki, lazım olanda həmin qızılları istifadə etməyi üçün ona verəcəkdir. xx.xx.2024cü il tarixdə ölkəyə qayıdan zaman isə heç bir şey düşünmədən sadəcə övladını və özünü düşünərək, sağ-salamat qayıtmağı düşünmüşdür. Türkiyədə olan toy günündə ona hədiyyə olunmuş üzərində Atatürkün rəsmi olan “çeyrek altın” hədiyyə edilmişdir. Həmin qızıl-zinət əşyasını iddiaçı ondan alaraq, anasına vermişdir. Ondan sonra həmin qızılı ona qaytarmamışdır. Bundan başqa ad günündə ona hədiyyə edilmiş dəyəri 1200 ABŞ dolları olan sırğa və sep dəsti iddiaçıda qalmışdır. Azərbaycanda olan toy günündə ona hədiyyə edilmiş Roberto Bravo-nun “Salsa” kolleksiyasındakı AR314 tipli üzük, 750 əyar, 6.77 qram 3000 ABŞ dolları. (bu qiymət onda olan məlumata görədir, bu şəkildə yadımda qalmışdır) Nişan üzüyü 750 əyar, 2 qram üzük qiyməti 300 manat iddiaçıda qalmışdır. İddiaçının ilkin iddia ərizəsində qeyd etdiyi məbləğlərin borc verilməsi ilə bağlı iddiaları tamamilə yalandır. Ərizəsində qeyd etdiyi kimi iddiaçı ilə bir müddət nişanlı olmuşlar, daha sonra isə ailə həyatı qurmuşlar. Nişanlı olduqları dövrdə bir neçə dəfə oa hədiyyə pul göndərib. Nişanlı vaxtı öz nişanlısına hədiyyə vermək el adətləridir. Bu barədə hazırlıq iclasında dəlillərini təqdim edəcəkdir. Kim öz nişanlısına və ya həyat yoldaşına borc verir? Və ya o niyə nişanlısından və daha sonra həyat yoldaşından borc istəməlidir? İddiaçı sadəcə olaraq onunla barışmağı üçün ona təsir göstərməyə çalışır. Banka olan borcunun ödənilməsi və ona elektrik əşyaları alması ilə bağlı iddiaları da tamamilə əsassızdır. İddia ərizəsinə əlavə edilmiş qaimə saxtalaşdırılmışdır. Həmin qaimə məhkəməyə təqdim ediləcəkdir. Bu barədə tərəfindən Qəbələ Rayon Polis Şöbəsinə şikayət artıq olunub. Araşdırmanın nəticəsi barədə məhkəməyə də məlumat veriləcəkdir. İddiaçının ona qarşı saxta iddia tələbi qurması məhz elə onun iddia ərizəsindən görünür. O, məhkəmədən onların nişanlı və evli olduqlarını gizlətməyə çalışmış, borc tələbi adı altında ona qarşı iddia qaldırmışdır. İddia ərizəsində qeyd olunur ki, guya onların evlənmək niyyətləri olmuşdur. Amma əslində nişanlıda olmuşlar, evlənmişlər və bir ailə kimi də yaşamışlar. Nikahları pozulmamışdır. Bütün bunlar əslində məhkəmədə müəyyən mənada artıq bir fikir formalaşdıracaqdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun vəkili və nümayəndəsi Vəkil1 ilkin iddia tələbini müdafiə edərək, ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlu “Votsap” (online qaydada) vasitəsilə ilə izahatında göstərmişdir ki, Cavabdeh Azərbaycanda tikdiyi evi bitirmək məqsədi ilə Türkiyəyə gələ bilməyəcəyini bildirmişdir. O da evi bitirərək Türkiyəyə gəlməsi üçün hər cür yardımı ona göstərmişdir. Evlilikləri müddətində bir-birləri ilə münasibətləri pozulmuş və Baxşaliyeva Gülnarə artıq Türkiyədə yaşaya bilməyəcəyini bildirmiş və bununla da Azərbaycana geri qayıtmışdır. Azərbaycanda tikdirdiyi evi bitirmək məqsədi ilə ondan xeyli miqdarda pul almışdır. Göndərdiyi pulların miqdarını məhkəməyə təqdim etdiyi qəbzlərdə də görünür. Həmin qəbzlərdə Baxşaliyeva Gülnarəyə göndərdiyi pulların miqdarı əks olunub. Bundan əlavə Azərbaycana hər gəlişində isə 5-10 min ABŞ dolları miqdarında pul xərcləmişdir. Baxşaliyeva Gülnarənin tikdiyi ev üçün bütün mətbəx əşyalarının hamısını o almışdır. Həmin evin 80%-i onun hesabına tamamlanıb. O, Azərbaycana gələn zaman həmin ev sadəcə 4 divardan ibarət olmuşdur. Evin döşəməsi, kafelləri, hamam-tuvaleti, qapıları, kombiləri, bütün avadanlıqları, atapleniyaları, mətbəxin hazırlanması, evin çöl hissələrinin düzəldilməsi hamısı onun tərəfindən həyata keçirilib. Evin boyası üçün belə normal sadə boyadan deyil, İtaliya boyalarından istifadə edilib. Onun çəkdiyi bütün bu xərclər hədiyyə məqsədli olmamışdır. O, bunları məcburiyyət qarşısında etmiş, çünki Gülnarə Baxşaliyeva ona bildirmişdir ki, ev tamamlanmadan Türkiyəyə gələ bilməyəcək. O, Gülnarə Baxşaliyevaya bunları hədiyyə məqsədli etməmişdir. Gülnarə Baxşaliyevaya göndəydiyi pulların təyinatı hissəsində “Cansın”, “Canımsın” yazmağı tamamilə təsadüfdür, həmin hissə boş qalmasın deyə yazmışdır sadəcə. Normalda onlar “borc” olaraq qeyd edilməli idi, ancaq təsadüfən yazdığı sözlərdir. Hər hansı bir şəkildə məna kəsb etmir. Bütün bu olanların hamısı planlı şəkildə Türkiyəyə gəlməzdən öncə həyata keçirilib. X1 işləyən zaman bir telefon nömrəsi var imiş. Bu telefon nömrəsini dostlarına (iş yoldaşlarına) verməmək üçün əlindən gələni etmiş və oranı bir-birinə qatmışdır. Sonradan öyənmiş ki, onun tək məqsədi bütün işlərini həll etdikdən sonra Azərbaycana qayıdıb orda işləməkdir. Və ona demiş ki, Azərbaycana gəlib orda qalsa heç bir problem qalmayacaqdır. Onun iki övladı var. Biri vəkil, digəri isə psixoloqdur. İndi isə uşaqlarının ona ehtiyacı olduğu bir vaxtda onun Azərbaycana gəlməyi doğru bir hərəkət olmaz. Əslində bunlar zaman içində həll edilə bilərdi, lakin işləri elə bir nöqtəyə gətirmiş ki, alınmaması üçün əlindən gələn hər şeyi etmişdir. Bunlardan əlavə tikilən evin bütün elektrik avadanlıqlarını və çılçıraqlarını “Trendyol”-dan o almışdır. Azərbaycana hər gəlişində nağd pulla aldığı şeyləri iddia ərizəsinə yazmamışdır. Bakıya gəldiyi zaman da nağd pulla mətbəx, hamam üçün çatışmayan avadanlıqları da almışdır. Əgər bunları da iddia ərizəsində qeyd etsəydi 20.000 ABŞ dolları xərclədiyi ortaya çıxardı. Amma onların heç birini sənədləri olmadığı üçün iddia ərizəsinə əlavə etməmişdir. Yarım saat boyunca “çeyrek” qızıldan bəhs etməkdənsə onun üçün xərclədiyi 30.000-40.000 ABŞ dollarından bəhs etməsi daha doğru olar, çünki o “çeyrek” altının dəyəri Türkiyədə 100 ABŞ dolları belə deyil. Onun iddiasının təmin olunmasını, Cavabdeh isə iddiasının rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, qarşılıqlı iddia ərizəsində göstərilənləri müdafiə edərək, ilkin iddia tələbini qəbul etməyərək göstərdi ki, o, illərdir Bank sektorunda, yəni kredit təşkilatında fəaliyyət göstərmişdir. O, ilk evliliyindən olan oğlunu aliment almadan öz ayaqları üstündə duraraq baxıb böyütmüş və bu yaşına kimi gətirmişdir. Onu Qəbələdə bir çox insan tanıyır, müştərilər ilə işləmişdir. İddiaçı onun həyatına girməmişdən öncə atasının köməkliyi ilə bəhsi gedən evi tikməyə başlamışdır. Həyətyanı sahələrindən 0,02 ha yeri bunun üçün satmışlar. İddiaçı həyatına girdikdən sonra ilkin olaraq ad günü üçün pul göndərmişdir. Onun əsl ad günü 19 avqustdadır. İddiaçı da ona əvvəlcədən pul göndərərək özünə hədiyə seçməyini istəmişdir. O isə İddiaçı ona ad günü üçün göndərdiyi pulu xərcləməmişdir. Məhkəməyə təqdim etdiyi sənədlərdə o, bütün tarixləri qeyd etmişdir. 09 sentyabr tarixində İddiaçı Azərbaycana gəlmiş və onun ad günü üçün hazırda özündə olan sırğa, sep və klondan ibarət qızıl zinyət əşyası almışdır. Nişan üzüyündən başqa heç bir qızıl zinyət əşyası alınmamışdır. Nişan üzüyünü İddiaçı Türkiyədən alıb gətirmişdir. O, həmin üzüyün satış çekini görməmiş və qiymətini də bilmir. Onun İddiaçı qarşı bahalı zinyət əşyası almaqla bağlı heç bir tələbi olmamışdır. Onu da qeyd etmək istəyir ki, ilkin olaraq sevgili, nişanlı, sonra da həyat yoldaşı olaraq öz xanımına qarşı edə biləcəyi hər şeyi öz istəyi ilə könüllü şəkildə edibdir. Hal-hazırda da etdiyi hər şeyin mahiyətini dəyişərək borc kimi qələmə verməklə ona böhtan atır. Onu ən çox bu gərginləşdirir. Çünki o, həyatında bu zamana kimi hamı bilir ki, hər kəsə borc vermiş, ancaq heç vaxt 1 manat da olsa kimdənsə borc almamışdır. Çünki onun borc almağa ehtiyacı olmamışdır. O, bütün maaşdan çıxarışını məhkəməyə təqdim etmişdir. O, hazırda Qəbələdə 1 il yarım müddətdir ki, iş tapa bilmir. İş tapdığı zaman İddiaçı həmin işin alınmasına maneə olub. İşlə bağlı imtahanını da verə bilməmişdir. Onu bankdakı işindən etmişdir. Onun haqqında “Facebook” sosial şəbəkəsində “Türkiyədə dolandırıcı” adı ilə yazılar yazıb. O, sadəcə olaraq oğlu ilə birlikdə canını Kazım Akkaydan qurtarmışdır. Ona göndərdiyi pulların qəbzinin təyinat hissəsində “Cansın”,”Canımsın” yazılıb. Həmin pulları borc məqsədi ilə verirdisə onda qəbzlərin təyinat hissəsində də borc yazardı. Yalnız 2 dəfə göndərilmiş pulların təyinat hissədində “borc” deyə qeyd edilmişdir. Həmin göndərişlərdən biri xx.xx.2024-cü il tarixdə, digəri isə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı oğlu onunla birlikdə Azərbaycan Respublikasında olmuş, xx.xx.2024-cü il tarixdə isə Türkiyəyə getmişlər. xx.xx.2024-cü il tarixdə onun yanında olan zaman telefonu vasitəsi ilə 703 manat pul göndərmişdir ki, yol xərclərini qarşılasınlar. xx.xx.2024-cü il tarixdə ona pul göndərilən zaman isə Türkiyədə bir yerdə yaşamışlar və evli olmuşlar. Həyat yoldaşına pulun borc məqsədi ilə verilməsi ilə məntiqli deyildir.Aralarında şifahi, ya da yazılı rəsmi bir sənəd olardı ki, ona verdiyi “borcu” 2-5 ilə geri qaytarsın. Borc bu deməkdir. Azərbaycana geri dönmə səbəbi də özü ilə bərabər oğlunun canını İddiaçı xilas etmək olmuşdur. Türkiyədə öldürülən yüzlərlə qadından biri də o olmaq istəməmişdir. Hansı qadın imkanlı ərindən və lüks həyatından vaz keçər. O, iki ay müddətinə evli qalmaq üçün Türkiyəyə getməmişdir. Kim istəyər ki, adına ləkə gəlsin. O, ikinci dəfə ailə qurmuşdur. O, oğlunu Azərbaycanda məktəbdən çıxarıb Türkiyəyə aparmışdır. Türkiyə yaşamaq istənilməyən bir yer deyil. O, hazırda da Türkiyədə yaşamaq istəyir, lakin şərtlər onu Azərbaycana geri qayıtmağa məcbur etmişdir. Bir səhv etmiş, bunu bilə bilməzmiş. Orada şiddət qorxu içində yaşayırmış. Türkiyədən Azərbaycana qayıtması səbəbsiz olmamışdır. Hətta şəkilləri də var və anası, atası da şahiddir ki, onun qolu gömgöy olmuşdur. Türkiyədə burnunu qapdan çölə çıxara bilməmiş, bir qonşu ilə söhbət edə bilməmişdir. Onu öz oğluna da qısqanmış, oğlunu qucaqlamağa qorxmuş, onu öpə bilməmişdir. Azərbaycana gəldiyi gündən mesajlarla ona psixoloji təzyiq göstərib. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və etibarnamə üzrə nümayəndəsi Vəkil2 qarşılıqlı iddia tələbini müdafiə edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, ilkin iddia və qarşılıqlı iddia rədd olunmalıdır. Mülki işdə olan sənədlər: İş materiallarında olan “Dekont” qəbzlərindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh bank hesabına xx.xx.2023-cü il tarixdə 925,18 ABŞ dolları; xx.xx.2023-cü il taarixdə 50,66 ABŞ dolları; xx.xx.2023-cü il tarixdə 5054,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixdə 2965,00 ABŞ dolları; xx.xx.2024-cü il tarixdə 1490,0 ABŞ dolları; xx.xx.2024-cü il tarixdə 1987,0 ABŞ dolları; xx.xx.2024-cü il tarixdə 239,0 ABŞ dolları; xx.xx.2024-cü il tarixdə 413,57 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə 1214,08 ABŞ dolları köçürülmüşdür. İş materiallarında olan “Vestel Qəbələ” mağazası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qaimə Fakturada göstərilmişdir ki, 4080 manat pul İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan “Qəbələ Vestel” mağazasından Bakı şəhər 28 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, 1-ci sualla bağlı - xx.xx.2024-cü il tarixdə Qəbələ "Vestel" elektrik avadanlıqları mağazasına Cavabdeh, onun yoldaşı İddiaçı oğlu və Cavabdeh atası gəlmişlər. Həmin gün 4080 manat elektrik avadanlıqları satılmışdır. ******* Qaimə-faktura üzrə ödəniş icra olunarkən, Cavabdeh pulu çantasından çıxarmış, İddiaçı vermiş və sonuncu pulu kassaya ödəmişdir. Cavabdeh və atası dəfərlə mağazalarından alış-vermiş etmişdir. 2-ci sualla bağlı - Bir müddət əvvəl İddiaçı oğlu mağazaları ilə əlaqə saxlamış (konkret olaraq Elçin Məmmədov ilə) və bildirmişdir ki, hazırda o, Türkiyə Respublikasındadır. Və oradan ailəsinə və övladına pul göndərməkdə çətinlik çəkir. Ona görə də həyat yoldaşı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə olunmuş alış-veriş üçün yeni qaimə faktura tərtib olunmasını və ödənişin onun tərəfindən icra olunmasının qeyd olunmasını xahiş etmişdir. Mağazalarının əməkdaşı Cavabdeh ailə üzvü kimi İddiaçı oğlunun dediklərinə etibar etmiş, kömək etmək məqsədilə onun dediyi səkildə yeni nömrəli, xx.xx.2024cü il tarixli qaimə faktura tərtib edilmişdir. Sonradan onlara müəyyən olunmuşdur ki, İddiaçı onlara doğru məlumat verməmişdir. İş materiallarında olan "xxxx" elektron ödəmə sisteminə məxsus xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Cavabdeh tərəfindən 3200 manat kredit ödənişi "xxxx" ASC-yə ödənilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.2-ci maddəsinin tələbinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.3-cü maddəsinə əsasən daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü maddəsinə əsasən Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.3-cü maddəsinə əsasən Mənəvi və ya əxlaqi borcun icrası bağışlama sayılmır. 673.1-cü maddəsinə əsasən Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: 673.1.1. hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; 673.1.2. hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; 673.1.3. o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar onların ümumi birgə mülkiyyəti hesab olunur. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. 38.1-ci maddəsinə görə nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. 38.4-cü maddəsinə görə ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, birbirinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq vəvəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvad əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki-prosessual Məcəlləsinin: 77.2-ci maddəsinin tələbinə görə dövlət orqanlarının, icra və s. orqanlarının aktlarının ləğv edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul edilmiş orqanın üzərinə düşür. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmənin mövqeyi: Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Belə ki, ilkin İddiaçı oğlu Cavabdeh 13122,41 (22308,1 manat) ABŞ dolları borc, 4080 manat Vestel firmasının Qəbələ rayon filialından alınmış məişət əşyalarına görə və 3000 (5100 manat) ABŞ dolları (ödəniş gününün məzənnəsinə uyğun olaraq) "xxxx"ın Qəbələ filialına ödənilmiş pulu tələb etməkdədir. İlkin iddiaçı iddia tələbinin əsası kimi dekont qəbzləri, “Vestel Qəbələ” mağazası tərəfindən verilmiş qaimə fakturanı və "xxxx" ASC tərəfindən verilmiş ödəniş qəbzini əsas gətirməkdədir. İlkin iddia üzrə Cavabdeh isə iddia tələbini qəbul etməyərək İddiaçı oğlu tərəfindən ona verilmiş pulların borc məqsədilə deyil hədiyyə şəklində ona verildiyini, həmçinin “Vestel Qəbələ” mağazası tərəfindən verilmiş qaimə fakturanın saxta olduğunu, "xxxx" ASC-yə ödənilmiş kreditin onun özü tərəfindən ödənildiyini, bu səbəbdən ilkin iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilkin iddiaçının cavabdehdən tələb etdiyi 13122,41 (22308,1 manat) ABŞ dolları ilə bağlı bildirir ki, ilkin İddiaçı oğlu Cavabdeh göndərilmiş həmin məbləğlərin borc məqsədilə verildiyini bildirir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddənin məzmunundan göründüyü kimi, öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Hal-hazırda işdən müəyyən olunur ki, İddiaçı oğlu ilə Cavabdeh arasında borc ilə bağlı hər hansı müqavilə mövcud olmamışdır. Bu səbəbdən ilkin iddiaçının Cavabdeh öhdəlik münasibətlərinə əsasən pulu tələb etmək hüququ yoxdur. Beləliklə də, tərəflər arasında müqavilə münasibətləri olmadığından ilkin iddiaçının tələbi öhdəliyin zərər vurulması və əsassız varlanma hallarına görə yoxlanmalıdır. Mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Hazırkı işdən görünür ki, ilkin iddia üzrə Cavabdeh hərəkətlərində yuxarıda qeyd olunan hallar mövcud olmadığından İddiaçı oğlunun tələb etdiyi 13122,41 (22308,1 manat) ABŞ dollarının maddi ziyan olması əsası ilə Cavabdeh tələb edilməsi qanuni və hüquqi baxımından əsaslı deyildir. İlkin iddiaçının tələb etdiyi 13122,41 (22308,1 manat) ABŞ dollarının əsassız varlanma hüquqi əsası ilə tələb edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, işdə olan tərəflər arasındakı “votsap” yazışmalarından görünür ki, ilkin İddiaçı oğlu Cavabdeh pulları borc məqsədi ilə göndərdiyini qeyd etməmiş, əksinə yazışmalardan pulun borc məqsədilə deyil, hədiyyə şəklində verilməsi müəyyən olunmaqdadır. Bundan əlavə işdə olan “Dekont” qəbzlərinə əsasən müəyyən edilir ki, İddiaçı oğlu tərəfindən Cavabdeh göndərilmiş pulların təyinatı (işlem açıklaması) “cansın”, “canımsın” kimi qeyd edilmişdir. Bu da həmin pulların borc məqsədilə verilməyini göstərməkdədir. Həmçinin məhkəmə təqdim edilmiş votsap yazışmalarından müəyyən olunur ki, Cavabdeh İddiaçı oğlundan hər hansı pul tələb etməmiş, İddiaçı özü pul göndərməsini təklif etmişdir. Bu da onu deməyə əsas verir ki, həmin pullar borc məqsədi ilə deyil, hədiyyə şəklində verilmişdir. İlkin İddiaçı oğlu bu yazışmaların ona məxsus oduğunu heç bir halda təkzib etməyib. Deməli bu sübutlar ilkin iddianın 13122,41 (22308,1 manat) ABŞ dolları pul tələbinə dair hissədə rədd edilməsi üçün əsasdır. Göründüyü kimi ilkin iddiaçı Cavabdeh ondan pul istəməsini və ya borc istəməsini sübuta yetirə bilməmişdir. Əksinə Cavabdeh ilə evlənmək niyyətində olduğundan həmin pulları cavabdehə göndərmişdir. Odur ki, hazırkı işdə ilkin iddiaçı vermiş olduqlarını bağışlama düşüncəsi ilə etmədiyini istinad edirsə, əmlakın bağışlamadan kənar niyyətlə verildiyini və ya qarşı tərəfin hər hansı öhdəliyi ilə şərtləndirildiyini sübut etmək yükünü də daşımış olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Əlavə olaraq məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər şəxsi xarakterli olduğundan işin həqiqi hallarını müəyyən etmək üçün onların verdikləri izahatlar digər sübutlarla qarşılıqlı əlaqəli şəkildə araşdırılmalı və qiymət verilməlidir. Qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İlkin iddia üzrə Cavabdeh məhkəmə iclasında izahatında göstərmişdir ki, “Ona göndərdiyi pulların qəbzinin təyinat hissəsində “Cansın”,”Canımsın” yazılıb. Həmin pulları borc məqsədi ilə verirdisə onda qəbzlərin təyinat hissəsində də borc yazardı. Yalnız 2 dəfə göndərilmiş pulların təyinat hissədində “borc” deyə qeyd edilmişdir. Həmin göndərişlərdən biri xx.xx.2024cü il tarixdə, digəri isə xx.xx.2024-cü il tarixdə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı oğlu onunla birlikdə Azərbaycan Respublikasında olmuş, xx.xx.2024-cü il tarixdə isə Türkiyəyə getmişlər. xx.xx.2024-cü il tarixdə onun yanında olan zaman telefonu vasitəsi ilə 703 manat pul göndərmişdir ki, yol xərclərini qarşılasınlar. xx.xx.2024-cü il tarixdə ona pul göndərilən zaman isə Türkiyədə bir yerdə yaşamışlar və evli olmuşlar. Həyat yoldaşına pulun borc məqsədi ilə verilməsi ilə məntiqli deyildir.” Gülnarə Baxşalıyevin izahatı məhkəmə tərəfindən araşdırılmış və “Elektron məhkəmə” informasiya sisteminə əsasən müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ölkə ərazini tərk edərək Ankara şəhərinə getmiş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Göründüyü kimi Gülnarə Baxşalıyevin məhkəməyə bildirdiyi hallar həqiqəti əks etdirir və İddiaçı Azərbaycanda birlikdə olan vaxt 703,07 AZN pulun və Türkiyə Respublikasında rəsmi nikahda olduqları müddətdə, yəni xx.xx.2024-cü il tarixdə 2063,94 AZN borc məqsədilə Cavabdeh bank kartına göndərməsi məntiqli və ağlabatan deyildir. Göründüyü kimi ilkin İddiaçı oğlu cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyindən, eləcə də iş üzrə bağışlamaqdan imtina və ya bağışlamanın ləğvi əsasları mövcud olmadığından ilkin iddia 13122,41 (22308,1 manat) ABŞ dolları pul tələbinə dair hissədə təmin edilməməlidir. Məhkəmə ilkin iddiaçının Vestel firmasının Qəbələ rayon filialından alınmış məişət əşyalarına görə Cavabdeh əvəzinə ödədiyini iddia etdiyi 4080 manat pul məlbəği ilə bağlı qeyd edir ki, məhkəmə tərəfindən araşdırma zamanı müəyyən edilmişdir ki, ilkin iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş “Vestel Qəbələ” mağazası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Qaimə Fakturada 4080 manat pulun İddiaçı tərəfindən ödənildiyi göstərilmişdir. İlkin iddiaçı da məhz həmin qaimə fakturaya əsaslanaraq Cavabdeh pul tələb etməkdədir. Lakin “Qəbələ Vestel” mağazasından Bakı şəhər 28 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanmış sorğuya cavab məktubunda göstərilmişdir ki, 1-ci sualla bağlı - xx.xx.2024-cü il tarixdə Qəbələ "Vestel" elektrik avadanlıqları mağazasına Cavabdeh, onun yoldaşı İddiaçı oğlu və Cavabdeh atası gəlmişlər. Həmin gün 4080 manat elektrik avadanlıqları satılmışdır. ******* Qaimə-faktura üzrə ödəniş icra olunarkən, Cavabdeh pulu çantasından çıxarmış, İddiaçı vermiş və sonuncu pulu kassaya ödəmişdir. Cavabdeh və atası dəfərlə mağazamızdan alış-vermiş etmişdir. 2-ci sualla bağlı - Bir müddət əvvəl İddiaçı oğlu mağazaları ilə əlaqə saxlamış (konkret olaraq Elçin Məmmədov ilə) və bildirmişdir ki, hazırda o, Türkiyə Respublikasındadır. Və oradan ailəsinə və övladına pul göndərməkdə çətinlik çəkir. Ona görə də həyat yoldaşı Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə olunmuş alış-veriş üçün yeni qaimə faktura tərtib olunmasını və ödənişin onun tərəfindən icra olunmasının qeyd olunmasını xahiş etmişdir. Mağazalarının əməkdaşı Cavabdeh ailə üzvü kimi İddiaçı oğlunun dediklərinə etibar etmiş, kömək etmək məqsədilə onun dediyi səkildə yeni nömrəli, xx.xx.2024-cü il tarixli qaimə faktura tərtib edilmişdir. Sonradan onlara müəyyən olunmuşdur ki, İddiaçı onlara doğru məlumat verməmişdir. Göründüyü kimi ilkin iddiaçının sübut kimi təqdim etdiyi “Qəbələ Vestel” mağazası tərəfindən verilmiş qaimə faktura məhz “Qəbələ Vestel” mağazasının məktubu ilə təkzib edilmişdir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, işdə 2 Qaimə faktura mövcuddur ki, “Qəbələ Vestel” mağazası tərəfindən vəkilin sorğusuna cavab olaraq göndərilmiş qaimə fakturanın nömrəsi “0010358”, İddiaçı oğluna verilmiş qaimə fakturanın nömrəsi isə “0014603” kimi qeyd edilmişdir. İddiaçı oğlu tərəfindən iddia ərizəsinə əlavə edilmiş qaimə fakturanın nömrəsi ilə də müəyyən olunur ki, həmin qaimə faktura sonradan alınmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, ilkin iddia ilkin iddiaçının Vestel firmasının Qəbələ rayon filialından alınmış məişət əşyalarına görə Cavabdeh əvəzinə ödədiyini iddia etdiyi 4080 manat pula dair hissədə də təmin edilməməlidir. Məhkəmə ilkin iddiaçının "xxxx" ASC-nin Qəbələ filialına Cavabdeh əvəzinə ödədiyini iddia etdiyi 3000 (5100 manat) ABŞ dolları tələbi ilə bağlı bildirir ki, iş materiallarına əlavə edilmiş "xxxx" elektron ödəmə sisteminə məxsus xx.xx.2024-cü il tarixli ödəniş qəbzinin surətinə əsasən müəyyən edilir ki, Cavabdeh tərəfindən 3200 manat kredit ödənişi "xxxx" ASC-yə ödənilmişdir. İlkin iddiaçı sözügedən məbləğin onun tərəfindən ödənilməsinə dair hər hansı sübut təqdim etməmişdir. İlkin iddiaçının vəkilinin sorğusu əsasında məhkəmə tərəfindən “Sübutların götürülməsi barədə” qərar qəbul edilsə də, "xxxx" ASC tərəfindən məhkəməyə ünvanlanmış məktubda sorğuda qeyd olunan tarixlərdə Bankın Qəbələ filialını və ona məxsus ödəniş terminallarını çəkən videogörüntülərin 2024-cü il üzrə mövcud olmadığı qeyd edilmişdir. İlkin iddiaçı tərəfindən isə bununla bağlı başqa sübut təqdim edilməmişdir. Beləliklə məkhəmə hesab edir ki, ilkin iddia həmin hissədə də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı oğlu ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixdə el adəti ilə Qəbələ rayonunda toyları olmuşdur. xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında rəsmi nikah bağlamışlar. Lakin sonradan aralarındakı münasibətlər pozulduğuna görə Cavabdeh xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. Cavabdeh məxsus qızıl-zinət əmlaklarının aparılmasına dair İddiaçı oğlu ilə aralarında razılıq əldə olunmadığı üçün Cavabdeh həmin əmlakların ona verilməsinə dair məhkəmədə qarşılıqılı iddia qaldırmışdır. Hazırkı iş üzrə qarşılıqlı iddia tələbi barədə məhkəmə qeyd edir ki, mülki iş üzrə qarşılıqlı iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi çıxış edir. Belə ki, həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddədən göründüyü kimi Cavabdeh qızıl zinyət əşyalarını tələb etməsi üçün ilk öncə həmin əşyaların mülkiyyətçisi olmalıdır. Toy mərasimi zamanı verilmiş qızıl zinyət əşyaları ona hədiyyə verildiyinə görə mülkiyyət hüqüqunu əldə etmişdir. Bu xüsusat qarşılıqlı iddiaçı və qarşılıqlı cavabdeh tərəfindən mübahisə edilmir. Ancaq əşyaların qanunsuz sahiblikdə olması mübahisəlidir. Belə ki, qarşılıqlı iddiaçı Cavabdeh həmin əmlakın (qızıl zinət əşyalarının) cavabdeh İddiaçı oğlunda olmasını, cavabdeh isə əmlakın Cavabdeh tərəfindən aparıldığını və onun özündə olmasını mübahisləndirir. Qanunun şərh olunan müddəalarına görə bu xüsusat iddiaçı (qarşılıqlı) tərəfindən sübut edilməlidir. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddiaçı Cavabdeh qeyd olunan əşyaları özü ilə aparmasına maneçilik törədə bilən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, bir sözlə həmin əşyaların cavabdeh İddiaçı oğlu tərəfindən aparmağa qoymadığını bildirsə də bunu sübut edə, həmin əşyaların cavabdehdə qala bilməsinin səbəblərini və əsaslarını izah edə bilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən xüsusatların olması qızıl-zinət əşyalarının başqasının qanunsuz sahibliyində olmasını istisna edir. Həmçinin məhkəmə o halı da nəzərə alır ki, Cavabdeh Türkiyə Respublikasından Azərbaycan Respublikasına könüllü şəkildə gəlmiş və onun gələn zaman qızıl-zinət əşyalarını özü ilə götürərək gətirmək imkanı olmuşdur. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasına qayıtmasına baxmayaraq bu müddət ərzində İddiaçı qızıl-zinət əşyalarını tələb etməməsi, yalnız İddiaçı oğlu ona qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırdıqdan sonra qızıl-zinət əşyalarını tələb etməsi onu deməyə əsas verir ki, Cavabdeh qızıl-zinət əşyalarını özü ilə götürmüşdür. Eyni zamanda Cavabdeh ilkin iddianın əsassızlığına dair məhkəmə kifayət qədər sübut təqdim etməyə çalışmış (İddiaçı ilə olan votsap danışıqları), lakin öz iddiasının əsaslılığı ilə bağlı hər hansı sübut (İddiaçı votsap vasitəsi ilə qızıl-zinət əşyalarını tələb etməsi və s.) təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsində göstərilən hallar məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən qarşılıqlı iddia ərizəsi də rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. Məhkəmə bununla əlaqədar qeyd etməyi zəruri hesab edir ki, Mülki prosessual qanunvericiliyin (MPM-nın 14, 2, 77.1-ci maddələri) tələbinə əsasən hər bir tərəf tələb və etirazının əsası kimi istitnad etdiyi halları sübut etməli, məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi iddia tələbinin əsasını sübut etmə iddiaçının üzərinə düşür. Gəldiyi qənaətin əsaslarına uyğun olaraq məhkəmə proses iştirakçılarının digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Hazırkı iş üzrə sübutetmə yükü iddiaçıların (ilkin və qarşılıqlı) üzərinə düşsədə onlar hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişlər. Beləki, göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. İstinad olunan milli qanunvericilik normalarından və Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı mübahisədə iddianı sübuetmə yükü iddiaçının üzərinə düşür. İddiaçılar (ilkin və qarşılıqlı) isə öz iddialarının haqlı olmasını mötəbər sübutlarla sübut edə bilməmişlər. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı ilkin İddiaçı oğluna, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilməlidir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ilkin iddia üzrə İddiaçı oğlunun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “qızıl-zinyət əşyaları tələbi”nə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia üzrə İddiaçı oğlunun Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı oğluna qarşı “qızıl-zinyət əşyaları tələbi”nə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İlkin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı ilkin İddiaçı oğluna, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu və vəkil xidmət haqqı qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsiilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar