Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-899/2025 05.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr, kredit müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə “borcun tutulması” tələbi barədə iddia qaldıraraq cavabdehlər, Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 5.511,17 (beş min beş yüz on bir mnat on yeddi qəpik) manat əsas borc, 397.87 (üç yüz doxsan yeddi manat səksən yeddi qəpik) manat faiz borcu, 100 manat cərimə borcu olmaqla, cəmi 6.009,04 (altı min doqquz manat dörd qəpik) manat kredit borcu və 80.10 (səksən manat on qəpik) manat ödənilmiş dövlət rüsumu tutulub cəmiyyətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "TBC KREDİT Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 fevral 2024-cü il tarixli GARA-37002-4793 saylı Kredit müqaviləsinə əsasən ikinciyə illik 23% faizlə 36 ay müddətinə 7 000.00 (yeddi min) manat kredit istehlak kreditləri üzrə borcların yenidən maliyyələşdirilməsi və şəxsi istifadə məqsədi iləverilmiş və kreditin aylıq 271.00 manat olmaqla ödənilməsi müəyyən edilmişdir. Yuxarıda qeyd olunan “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyətini müəyyən edən 15 fevral 2024-cü il tarixli GARA-37002-4793saylı Zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam və vaxtında icra edilmədiyi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh1 09 aprel 2025ci il tarixinə kredit üzrə 862.26 (səkkiz yüz altmış iki manat 26 qəpik) əsas borc, 397.87 (üç yüz doxsan yeddi manat səksən yeddi qəpik) cari faiz borcu və 263.91 manat cari dəbbə borcu olmaqla, cəmi 1 524.04 manat məbləğində borcu yaranmış və ödənilməmişdir. İddiaçı Xəbərdarlıq ərizəsi göndərərək kreditin xx.xx.2025-ci il tarixindən müqaviləyə xitam vermişdir. Cavabdehin qalıq əsas borcu 5 511.17 (beş min beş yüz on bir manat on yeddi qəpik) manat təşkil edir. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixli, GARA-37002-4793 saylı kredit müqaviləsinə əsasən ikinciyə illik 23% faizlə 36 ay müddətinə 7 000.00 (yeddi min) manat kredit ialmışdır. O isə bankla zaminlik müqaviləsi bağlayaraq kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehlik götürmüşdür. Hazırda isə onlarıın maddi imkanı aşağı olduğundan kredit müqaviləsi üzrə qalıq borcu ödəyə bilmir. Qalıq borcu yalnız hisə-hisə ödəyə bilərlər. Odur ki, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il tarixli, GARA-37002-4793 saylı kredit müqaviləsinin surətinə əsasən Cavabdeh1 36 ay müddətinə 23 % faizlə, 7.000,00 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, GARA-37002-4793 saylı zaminlik müqaviləsinin surətinə əsasən “Kredit müqaviləsi”-ndən irəli gələn öhdəliklərin lazımı qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 və Cavabdeh2 birgə məsuliyyətini müəyyən edən 15 fevral 2024-cü il tarixli GARA-37002-4793saylı Zaminlik müqaviləsi bağlanmış və kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan Müqaviləyə əlavə edilmiş Ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh1 ona verilən 7.000,00 manat məbləğində krediti 2.758,47 manat faizlə birlikdə xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2027-ci il tarixədək hissə-hissə ödəyib qurtarmağı öhdəsinə götürmüşdür. İşdə olan GARA-37002-4793 saylı maliyyə arayışının surətindən görünür ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" MMC-yə 5511.17 manat əsas borc, 542.23 manat faiz və 542.33 manat cərimə borcu olmaqla, cəmi 6595.73 manat borcu vardır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 5511.17 (beş min beş yüz on bir manat on yeddi qəpik) manat əsas borc, 397.87 (üç yüz doxsan yeddi manat səksən yeddi qəpik) faiz borcu və 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 6.009,04 (altı min doqquz manat dörd qəpik) manat borc və 80,10 (səksən manat on qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx"nın xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər, Cavabdeh2 və Cavabdeh1 5511.17 (beş min beş yüz on bir manat on yeddi qəpik) manat əsas borc, 397.87 (üç yüz doxsan yeddi manat səksən yeddi qəpik) faiz borcu və 100 (bir yüz) manat cərimə borcu olmaqla, cəmi 6.009,04 (altı min doqquz manat dörd qəpik) manat borc və 80,10 (səksən manat on qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx"nın xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №e-2(025)-899/2025
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-899/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver