Məhkəmə qərarları › İş №e-2(025)-902/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-902/2025

05.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-902/2025 05.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Məmmədova Gülanə Elmdar qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq, 2.235,0 (iki min iki yüz otuz beş) manat, 42.35 (qırx iki manat otuz beş qəpik) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında göstərmişdir ki, 2023-cü il tarixdə tarixdə tərəvəz məhsulları alıb-satmaq məqsədilə bankdan kredit götürmüş və 2235,0 manat məbləğində mal alaraq satmaqdan ötrü qohumu X1 vermişdir. X2 həmin malları ona məxsus olan “Ford” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə daşıyaraq Bakı şəhərində satmış və pulunu mənimsəyərək qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də 2.235,0 (iki min iki yüz otuz beş) manat, 42.35 (qırx iki manat otuz beş qəpik) manat dövlət rüsumu və 150 (bir yüz əlli) manat xidmət haqqı alınıb ona verilməsi barədə iddia qaldırmışdır. Cavabdeh izahatında göstərmişdir ki, 2023-cü ildə o, İddiaçı məxsus olan vəsait hesabına alınmış kömür və tərəvəz məhsullarının Bakı şəhərində fəaliyyət göstərən iaşə obyektlərinə satışını həyata keçirtmiş və qazancı aralarında 1/3 və 1/3 hissələr üzrə bölmüşdür. Mallar İddiaçı məxsus olan “Ford” markalı ** BD *** dövlət nömrə nişanlı avtomobillə daşınmış, paylanması və pulların yığılmasında isə X4 (Dilarənin oğlu) şəxsən iştirak etmişdir. İşlədiyi müddətdə restoranlara satılmış 910,0 mant dəyərində kömürün pulunu ala bilməmiş, bəzi obyektlər isə bağlandığı üçün pullar batmışdır. İddiaçı 4 kisə soğana görə cəmi 40,0 manat borcu vardır. Ona görə də, iddia tələbi əsassızdır. İşdə olan Qəbələ RPŞ-nin araşdırılma materiallarına əsasən Cavabdeh izahatında İddiaçı satmaq məqsədilə aldığı 2067,0 manat dəyərində tərəvəz məhsullarının pulunu ödəyə bilməyərək borclu qaldığını etiraf etmişdir. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, 2023-cü ildə həyata keçirilən birgə sahibkarlıq fəaliyyəti nəticəsində Cavabdeh İddiaçı nisyə aldığı cəmi 2.067,0 manat məbləğində tərəvəz məhsullarının dəyərini ödəməyərək borclu qalmışdır. AR Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 2.067,0 manat alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 2.067,0 (iki min altmış yeddi) manat və 41 (qırx bir) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar