Məhkəmə qərarları › İş №e-2(025)-91/2025

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-91/2025

12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-91/2025 12.03.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələri, maddi ziyanın ödənilməsi) Qəbələ Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, X2, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq 13.900,0 manat və 132,0 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, 2022-ci ilin iyun ayında Cavabdeh ondan cəmi 14.700,0 manat məbləğində “Şevrolet” və “Tofaş” markalı iki maşın nisyə almış və cəmi 4.100,0 manat ödəyərək 10.600,0 manat borclu qalmışdır. Cavabdeh borcunu qaytarmağa inandırmaqdan ötrü onunla 17.000,0 manat məbləğində xx.xx.2022-ci il tarixli, 3M-112 nömrəli kredit müqaviləsi başlamış və buna görə ondan 400,0 manat almışdır. Ona görə də, Cavabdeh 11000,0 manat və 132,0 manat dövlət rüsumu tutulub onun xeyrinə ödənilməlidir. Cavabdeh izahatında göstərmişdir ki, 2022-ci ilin iyun ayında o, İddiaçı cəmi 14.700,0 manat məbləğində “Şevrolet” və “Tofaş” markalı iki maşın nisyə almış və cəmi 4.100,0 manat ödəyərək 10.600,0 manat borclu qalmışdır. İddiaçı olan borcunu, dəymiş zərərlə birlikdə qaytarmaqdan ötrü onunla 17.000,0 manat məbləğində xx.xx.2022-ci il tarixli, 3M-112 nömrəli kredit müqaviləsi başlamış və buna görə ondan 200,0 manat almışdır. İşdə olan Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 3M-112 nömrəli kredit müqaviləsinin surətinə əsasən Məhəmmədov X1 Murad Rafiq oğlundan 17.000 manat məbləğində borc almış və xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. AR MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, Cavabdeh, 2022-ci ilin iyun ayında İddiaçı cəmi 14.700,0 manat məbləğində “Şevrolet” və “Tofaş” markalı iki maşın nisyə almış və cəmi 4.100,0 manat ödəyərək 10.600,0 manat borclu qalmışdır. Tərəflər arasında borcun ümumi məbləği və qaytarılması şərtlərinə dair xx.xx.2022-ci il tarixli, 3M-112 nömrəli kredit müqaviləsi bağlanmış, bu məqsədlə İddiaçı Cavabdeh 400,0 manat vermişdir. AR Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 11.000,0 (14.700,0- 4100,0+400,0) manat və 123,0 manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia tələbi qismən təmin olunsun. Cavabdeh 11.000,0 (on bir min) manat və 123,0 (bir yüz iyirmi üç) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar