Məhkəmə qərarları › İş №e-2(025)-921/2024

Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-921/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-921/2024 26.07.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi üzrə mübahisələr) Qəbələ Rayon Məhkəməsinin hakimi X1 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" ASC-i Cavabdeh qarşı pul tələbi barədə iddia qaldıraraq xeyrinə 219.07 manat əsas borc və 30.40 manat dövlət rüsumu tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli BPM**********62 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh istifadə etmək üçün “Tamkart” plastik ödəniş kartı verilmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh“Tam kart” plastik ödəniş kartında xx.xx.2023cü il tarixdə 5.80 manat pul olmasına baxmayaraq cəmi, 924.87 manat köçürmə və 700 manat mədaxil edilmişdir. Cavabdeh plastik ödəniş kart hesabında 5.80 manat pul olmasına baxmayaraq 924.87 manat köçürmə və 700 manat mədaxil əməliyyatları həyata keçirdiyi üçün kart hesabında mənfi 219.07 manat texniki overdraft yaranmış, yəni, plastik kart hesabının balansından artıq məbləği köçürərək əsassız varlanmışdır. Bankın Qəbələ filialı tərəfindən təqdim edilmiş xx.xx.2024cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Banka əsas borc üzrə 219.07 manat, olmaqla, cəmi 219.07 (iki yüz on doqquz manat, 07 qəpik) manat borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İşdə olan «Azərbaycan Beynəlxalq Bank»-ı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 6-2-22/2- 15868/2024 bildirişin surətinə əsasən, "xxxx" ASC-nin Qəbələ filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BPM**********62 saylı Tam kart müqaviləsinə əsasən Bank tərəfindən istifadə etmək üçün “Tam kart” plastik ödəniş kartı verilmişdir. xx.xx.2022-ci il tarixli BPM**********62 saylı Tam kart müqaviləsinə əsasən “Tam kart” plastik ödəniş kartı (kart hesabı) üzrə Banka vurduqları ziyan nəticəsində 219.07 manat əsas borc və buna müvafiq olaraq hesablanmış faiz mövcuddur. İşdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli BPM**********62 saylı Tam kart Müqaviləsi üzrə, 219.07 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə, və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin xeyrinə Cavabdeh 219.07 manat borc və dövlət rüsumuna görə 30.40 manat tutulmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216, 220, 227,233,357 və 360-cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 219.07 (iki yüz on doqquz manat yeddi qəpik) manat borc və dövlət rüsumuna görə 30.40 (otuz manat qırx qəpik) manat pul alınıb iddiaçı "xxxx" ASC-nin hesabına keçirilsin. Qətnamədən 1 (bir) ay müddətində Qəbələ rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qəbələ Rayon Məhkəməsinin hakimi: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar