Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № e-2(025)-923/2025 17.07.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əbdürəhimova Fəridə Arif qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 8929,85 manat məbləğində kredit bоrcu, 722,40 manat məbləğində faiz bоrcu və 138,7 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9790 (doqquz min yeddi yüz doxsan) manat 95 (doxsan beş) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 117,91 manat məbləğində dövlət rüsumunun tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nicat Ələkbərov xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə təqdim edərək, cavabdehlə razılaşma olduğunu, bu səbəbdən iddia ərizəsinin baxılmamış saxlanılması, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alıb, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməli, mülki iş baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. X1 Azərbaycan Respublikasının qanununun 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı QSC tərəfindən Qəbələ Rayon Məhkəməsinə ödənilmiş 117,91 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı QSC tərəfindən dövlət büdcəsinə (Qəbələ Rayon Məhkəməsinə) ödənilmiş 117,91 (bir yüz on yeddi manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun İddiaçı QSC-nə geri qaytarılması hissəsində icra olunması üçün Qəbələ rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Qəbələ Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-923/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №e-2(025)-923/2025
17.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver