Azərbaycan Respublikası adından QƏTNAMƏ Qəbələ şəhəri İş № e-2(025)-932/2022 12.09.2022 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: kredit üzrə mübahisələr, kredit borcu tələbi) Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit borcu tələbi”nə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 8573,76 AZN əsas məbləğ üzrə və 51,46 AZN faiz olmaqla, cəmi 8625,22 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 106.66 AZN məbləğində vəsaitin tutulması barədə məhkəmə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 7053rstBANK/19 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 10497,67 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə “Bu müqaviləyə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri”nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icraеtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həlledilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciə tedərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda göstərdi ki, xx.xx.2014-cü il tarixli dollar krediti Prezidentin fərmanına əsasən xx.xx.2019-cü il tarixdə restruktruzasiya olunmuşdur. 10497,67 manat məbləğində pul 60 aya bölünmüş, 1 il güzəşt tətbiq olunmuşdur. 1 ildən sonra isə aylıq ödəniş 224 manat olmaqla ödəniş aparmalı idi. Buna baxmayaraq, 2021-ci ilin sentyabr ayından sonra ödəniş yoxdur. Kredit isə 1%-lə restruktruzasiya olunub. Tərəfin kredit rest olunandan sonra təxminən 2101 manat ödənişi var. 2014-cü ildəki ilkin müqaviləni cavabdeh özü bağlayıb, restruktruzasiya isə etibarnamə üzrə nümayəndəsi olan qardaşı tərəfindən imzalanmışdır. Müqavilənin sonunda da özü əl yazısı ilə etibarnamə üzrə nümandəsi sözünü qeyd etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək göstərdi ki, 2014-cü ildə kredit götürəndə 23.500 manat pul götürmüşlər. Krediti dollarla rəsmiləşdiriblər. Onlar da pulu vaxtlı-vaxtında ödəyirmişlər. Devalvasiya baş verən vaxt maddi imkanları yaxşı olmadığına görə ödəniş edə bilməmişlər. Sonradan bank ipoteka qoyduqları mağazalarını əllərindən almış və satmışdır. O, həmin vaxt Rusiya Federasiyasında olmuşdur. Onun adından müqaviləni etibarnamə əsasında qardaşı bağlamışdır. Mağazalarını bank satmış, lakin kredit də olduğu kimi qalmışdır. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X1 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, mağazalarını əllərindən almışlar. 10000 manat kredit də üstlərində qalmışlar. O, 10000 manat kreditə ona görə razı olmuş ki, mağaza icarə əsasında onda qalır, o isə mağazanı işlədərək kreditdən ödəyir. Onlar da sonra mağazanı əllərindən almışlar, o da krediti ödəyə bilməmişdir. Mağazanı təxminən bir il işlətmişdir. Ondan tələb eləmişlər ki, topa pul ödəməlisən, onun da imkanım olmamış, ödəyə bilməmişdir. Məhkəmə iş üzrə iddiaçının nümayəndəsinin, cavabdehin və şahidin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işdə olan sənədlər: Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh (sonradan kredit müqaviləsinə uyğun borcalan) arasında bağlanan xx.xx.2019-cu il tarixli, 7053rstBANK/19 saylı “Güzəştli Kredit və Bank Hesabı” müqaviləsinə əsasən sonuncuya 60 ay müddətinə illik 1% ödəmək şərtilə 10497,67 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 7053rstBANK/19 saylı “Güzəştli Kredit və Bank Hesabı” müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Cavabdeh 10497,67 manat məbləği illik 1 %-lə, 60 ay müddətinə ilk aylar 8,74 manat, sonrakı aylar 224 manat, sonuncu ay isə 184,63 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 7053rstBANK/19 saylı “Güzəştli Kredit və Bank Hesabı” müqaviləsinə əsasən 8573,76 manat əsas və 51,46 manat faiz, cəmi 8625,22 manat borcu vardır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli, 7053rstBANK/19 saylı “Güzəştli Kredit və Bank Hesabı” müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 202,00 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. HəminMəcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, Cavabdeh "xxxx" KB ASC-dən əsas 10497,67 manat məbləğində kredit alıb, həmin borcu ödəniş cədvəlinə uyğun olaraq faizi ilə birlikdə geri qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini lazımınca icra etməyərək, icranı gecikdirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında qeyd olunmuşdur ki, «Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər.» Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nə vurduğu zərər nəticəsində sonuncu müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan müəyyən dərəcədə məhrum olmuşdur və iddiaçı kredit müqaviləsinə əsasən kredit borcunun tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh faiz borcu 51,46 manat olmuşdur. Məhkəmə bu səbəbdən Cavabdeh iddiaçı bankın xeyrinə əsas borc üzrə 8573,76 manat, faiz borcu üzrə isə 51,46 manat borcun tutulmasını əsaslı hesab edir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 106,66 (bir yüz altı manat altmış altı) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 8573,76 manat əsas borc və 51,46 manat faiz borcu olmaqla, cəmi 8625,22 (səkkiz min altı yüz iyirmi beş manat iyirmi iki qəpik) manat kredit borcu və 106,66 (bir yüz altı manat altmış altı qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 8573,76 manat əsas borc və 51,46 manat faiz borcu olmaqla, cəmi 8625,22 (səkkiz min altı yüz iyirmi beş manat iyirmi iki qəpik) manat kredit borcu və 106,66 (bir yüz altı manat altmış altı qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Abbas Əliyev
Məhkəmə qərarları › İş №e-2(025)-932/2022
Qəbələ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(025)-932/2022
12.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver